Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayon sakinlərinin də Covid-19 epidemiyasına qarşı peyvəndləmə işləri davam edir

12 fevral 2021 | 16:00

  İlkin olaraq Laçın Rayon Mərkəzi Xəstəxanasına vaksinlərin gətirilməsi təmin edilmişdir. Əvvəlcə tibb işçilərinin vaksinasiyasına başlanılmış, 21 yanvar 2021-ci il tarixdən başlayaraq ötən müddət ərzində peyvəndləmə prosesində tibb işçilərinin  vaksinasiyası başa çatdrılmışdır.
   Tibb işçilərinin vaksinasiyası başa çatdırıldıqdan sonra, yaşı 65-dən yuxarı olan rayon sakinlərinin peyvəndləmə prosesinə başlanılmışdır.
   Peyvənd üçün Laçın Rayon Mərkəzi Xəstəxanasında 5 xüsusi otaq ayrılmışdır. Burada gözləmə, qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları ilə yanaşı, vaksinasiyadan sonra səhhətində hər hansı problem yarana biləcək şəxslər üçün təcili tibbi yardım otağı da yaradılmışdır. Zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilmiş həmin otaqlarda gün ərzində rayon sakinlərinin peyvəndləməsi aparılır. Vaksinlər tələb olunan normalara uyğun şəkildə xüsusi termoçantalarda gətirilərək Rayon Mərkəzi Xəstəxanasında quraşdırılan soyuducularda saxlanılır.
    Peyvəndləmə prosesində iştirak edən rayon sakinləri onlara dövlətimiz tərəfindən göstərilən yüksək tibbi xidmətə görə ölkə Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdar olduqlarını bildirmişlər.

Keçidlər