Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonuda da koronavirus infeksiyasına (Covid-19) qarşı vaksinasiya kampaniyasına başlanmışdır.

23 yanvar 2021 | 16:00

     Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 2021-ci ilin yanvarın 19-dan əhalinin vaksinləşmə prosesinə start verilmişdir.       
         Bununla bağlı Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aidiyyəti qurumlarla birgə bu tədbirin yüksək mütəşəkkilliklə keçirilməsi üçün zəruri tədbirlər görülmüş, eyni zamanda əhali arasında təşkilati-izahat işləri aparılır.
Belə ki, 21.01.2021-ci il tarixdən Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən “Laçın Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində yeni növ koronavirus infeksiyasına (Covid-19) qarşı vaksinasiya kampaniyasına başlanmışdır. 

       İlk olaraq tibb işçiləri peyvənd prosesinə cəlb olunmuşdur. Vaksinasiya prosesi hazırda  da davam etdirilir.

Keçidlər