Taxta körpü ərazisində aparılan abadlıq işlərini Laçınlılar böyük rəğbətlə qarşılayırlar.
10 sentyabr 2013 | 15:00
Respublikamızın bütün bölgələrində olduğu kimi, Laçınlıların məskunlaşdığı Ağcabədi rayon Taxta körpü qəsəbəsində son illər bir sıra quruculuq və abadlıq işləri aparılmışdır. Bu illər ərzində Heydər Əliyev adına park və Gənclər parkı yaradılmış, parklarda müxtəlif gül və ağaclar əkilmiş, geniş yaşıllıq zolağı salınmışdır. Parkda əhalinin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılmışdır.
Taxta körpü qəsəbəsinin girişində dairəvi yol yenidən qurulub, yaşıllıqlar salınıb, dekorativ ağac və gül kolları əkilib, yeni işıqlandırma sistemi yaradılmışdır. Yolun hər iki tərəfində yaşıl örtüklü kiçik təpələrin yaradılması bu sahəyə xüsusi gözəllik vermişdir.