Şriftin ölçüsü :

Saytın rəngi :

5 Dekabr - Beynəlxalq könüllülər günüdür.

05 dekabr 2020 | 16:00

Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini daim yaşatmışdır.Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

          Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Artıq Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır. Odur ki, könüllük hərəkatının  daha da geniş yayılması və inkişafı üçün Azərbaycan  Respublikasının Prezidenti  cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli  Sərəncamı ilə 2020-ci il ölkəmizdə  Könüllülər ili elan edilmişdir. Bu Sərəncamın tələblərindən  irəli gələn məsələlərın rayonda yerinə yetirilməsi üçün il ərzində xeyli işlər görülmüşdür.

              Xüsusilə il ərzində laçınlı könüllülər də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışına çox böyük həvəs və ürəklə qoşularaq məhəllə və küçələrdə xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşılmış, ehtiyacı olan şəxslərə zənglər əsasında vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərmişlər. Həmçinin, YAP Laçın rayon təşkilatının Gənclər Birliyinin könüllüləri koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının ilk günlərindən başlayaraq səyyar şəkildə mütamadi olaraq tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş onlara tibbi spirt, tibbi maska və əlcəklər paylamışlar.

            Həmçinin,  “Heydər Əliyev” Fondu və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən “Böyüklərimizi qoruyaq!” devizi altında Bakı, Sumqayıt şəhərlərində, Abşeron, Bərdə rayonları və Taxta Körpü ərazisində müvəqqəti məskunlamış yüzlərlə tənha ahıllara, aztəminatlı ailələrə, şəhid ailələrinə, fiziki məhdudiyyəti olan şəxslərə müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların və gigiyenik vasitələrin çatdırılmasında Laçın Rayon İcra Hakimiyyətinin könüllüləri də fəal iştirak etmişlər.

           Laçın rayonu üzrə könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən yeniyetmə və gənclər əhali arasında pandemiya ilə bağlı yerlərdə və sosial şəbəkələdə maarifləndirmə işlərinin aparılmasında da yüksək fəallıq nümayiş etdirirlər.

Keçidlər