Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun ümumtəhsil məktəblərinin qəbul imtahanlarında əldə etdiyi uğurlar bütün Laçınlıları sevindirir.

27 avqust 2013 | 15:00

2012/2013-cü  tədris ilinin yekunu olaraq rayonun ümumtəhsil məktəblərinin 11-ci sinifləri üzrə  572 nəfər şagird imtahana buraxılmış, 447 nəfər, yəni 78,15%   hər iki fənlərdən müsbət qiymətlər almışlar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 14 iyul 2013-cü il tarixdən, 03 avqust 2013-cü il tarixə kimi  olan müddət ərzində,  2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə    qəbul  imtahanları  keçirmişdir.  Keçirilən qəbul imtahanlarında  rayonun ümumtəhsil məktəblərinin 11-ci siniflərini bitirmiş 400 nəfər ali məkəblərə  ərizə vermiş şagird iştirak etmişdir ki, onlardan da 203 nəfəri yəni 50,75%-i respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşlar. İmtahan verən məzunlardan 30 nəfəri 500-dən yuxarı, o cümlədən onlardan 9 nəfəri 600-dən yuxarı bal toplamışlar. Bu rayon üzrə son 20 il ərzində ən yüksək göstəricidir.
Qəbul imtahanlarında qələbə qazanmış bütün abutiryentlərimizi təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayırıq.

Keçidlər