Şriftin ölçüsü :

Saytın rəngi :

Hamılıqla karantin qaydalarına tam əməl etməliyik!

01 dekabr 2020 | 16:00

Son zamanlar elm üçün naməlum qalan virus kəskin ağciyər xəstəliklərinə səbəb olur.  Covid-19 adı verilən koronavirus artıq Azərbaycan da daxil olmaqla bir çox ölkədə və ərazidə yayılıb. İndiyədək dünyada koronavirusa yoluxan 43 546 236 nəfər sağalıb 1 465 186 nəfər isə virusdan ölüb. Bu günədək dünyada 63 072 905 nəfər şəxs virusa yoluxub. Noyabrın 29-a olan məlumata görə COVİD-19-un ÜST tərəfindən pandemiya elan etməsindən 10 aydan artıq müddət keçməsinə baxmayaraq  dünya səhiyyəsi bu virus qarşısında hələki acizdir. Təəssüf ki, COVD-19 ölkəmizdə də süətlə yayılır. Ordumuzun Vətən müharibəsindəki qələbəsi koronavirusu ikinci plana çəkdi. Qələbə günlərində kütləvi tədbirlərin təşkil olunması,yas mərasimlərinədə kütəlivilik, insanların qoruyucu maskalardan düzgün istifadə etməməsi koronavirus infeskisyasına yoluxma hallarının  yenidən artmasına imkan yaratdı.
Son 15 günün dinamikasna nəzər yetirisək yoluxma sayının 2000-dən 4200 qədər artdığını müşahidə edirik. Ölkəmizdə koronavirsu xəstələrinin müalicəsi üçün ayrılmışçarpayı sayını nəzərə alsaq yoluxmanın dinamikasl blı davam edəcəyi halda səhiyyəmizin bu gözəgörünməz düşmn qarşısında aciz qalacağını demək heç də çətin deyil.
Koronavirus infeksiyasına yoluxmalarda yenidən kəskin artım olacağı təqdirdə hökümət tərəfindən sərtləşdirici tədirlı tətbiq etməyə məcbur olacaq. Sərtləşdirici tədbirlər deyəndə evdən çıxmaq qadağası, iş yerlərinin müvəqqəti bağlanması və s. qadağalardır ki, bu da insanalara psixiloji və maddi çətinliklər törədir.
Ölkəmizdə və dünyada yayılmış koronavirus pandemiyasl ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq , əhalinin sağlamlığının qorunmasını ali məqsəd kmi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəi fəsadları qarşısının alınması məqsədilə Azərbaycan Respublikası “Sanitariya - epidomoloji salamatlılıq haqqında” Qanunun 25-ci maddəsinə əsasən,  Azərbaycan Respublikasında 24 mart 2020-ci saat 00:00-dan etibarən xüsusui karantin rejimi elan edilmişdir. Həmin qərara bir sıra dəyişikliklər olmuş, Respublikasının bir sıra şəhər və rayonlarında sərtləşrilimiş karantin rejimi tətbiq edilmişdir.
21 noaybr 2020-ci il tarixdə Baş nazir Əli Əsədovun sədrliyi ilə Opertativ Qərargahın Respublika müşavirəsi keçirilib. Müşavirdə Operativ Qərargahın üzvləri ilə yanaşı 68 rayon və şəhər icra hakimiyyəti başçıları, DİN VƏ DTX-nin yerli şöbələrinin rəisləri, rayon şəhər prokurorları, səhiyyə şöbələrinin və sanitar epidimioloji stansiyalarının rəhbərləri iştiak etmişdir. Baş nazir Əli Əsədov qeyd etdi ki, Ali Baş Komadan Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu müharibəni Qələbə ilə başa vuraraq işğal altına olan torpaqları işğladan azad edib. Müharibənin gedilində bütün imkanlar qələbənin təmin edilməsi üçün səfər olunmuşdur. İndi pandemiya ilə mübaizə yeni proritet məsələ olaraq gündəlikdədir və bütün imkanlarımızı bu istiqamətdə səfərbər etməliyik.
Yeni növ koronavirus infeksiyası ilə bağlı ölkədə tətbiq edilən karantin rejiminə əməl edilməməsi qanunvericiliyə əsasən həm mülki, həm cinayət, həm də inzibati məsuliyyətə səbəb olur.
Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması cinayət məsuliyyətinə səbəb olur. Həmin maddə iki bənddən ibarətdir; Maddənin birinci bəndi, 139-1.1-ci maddəyə əsasən - Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin, 139-1.2-ci Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
O cümlədən, Cinayət Məcəlləsində göstərilən göstərilən ictimai təhlükəli nəticələr baş vermədiyi halda sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə məsuliyyətə səbəb olur.
Belə ki, İXM-in 211.1-ci maddəsinə əsasən,  epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə, 211.2-ci maddəsinəəsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görəfiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə, 211.3-cü maddəsinə görə isə bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almışşəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə  isəfiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.
Göründüyü kimi ölkədə tətbiq edilən karantin rejiminin təmin edilməsi önündə kifayət qədər ciddi qanunvericilik bazası vardır, sözü gedən karantin qaydalarının pozulması vətəndaşlar üçün arzuolunmaz hüquqi nəticə yarada bilər.
Yaxşı olardı ki, vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş sanksiyalardan çəkindiyi üçün deyil, daha çox mövcud qaydalara riayət edilməsinin cəmiyyət üçün faydalı olduğu üçün zəruri olduğunu analaraq karantin qaydaarına əməl etsinlər. Əks halda cinayət və inzibati hüquqi mexanizmlər effektli olmayacaqdır.
Bir daha vətəndaşları karantin qaydalarına əməl etməyə, bu bəlanın öhdəsindən hamılıqla gəlməyə çağırırıq.
Biz birlikdə güclüyük!.

 

           Laçın Rayon Prokurorluğu

Keçidlər