Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamın işğaldan azad olunması Azərbaycanın Vətən müharibəsində növbəti qələbəsidir

23 noyabr 2020 | 16:00

20 noyabr 2020-ci il tarixində Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir.
Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır.
Tarixi nailiyyətdir ki, Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək  öz yurisdiksiyasına qaytarır.
Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir deyə vurğulayan ölkə Prezidenti cənab  İlham Əliyev: Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız deyə  bildirmişdir.
Ölkə  Prezidenti cənab  İlham Əliyevin: Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir fikri nəinki ağdamlıları eləcədə bütün xalqımızı qürurlandırır.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib.
İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir.
Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurulduğu qeyd edilməklə ağdamlıların  həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmaları, çoxlu şəhidlər vermələri xüsusilə vurğulanmışdır. 
Rayonun Azərbaycan dövlətinin ərazilərində son illər ərzində böyük quruculuq, abadlıq işləri aparılmışdır. belə ki, cənab Prezidentin göstəriş ilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir.
2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdır.
Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar bu qondarma quruma aid edilmişdir.
Prezident İlham Əliyev: İndi nə oldu bu xəritələr? İndi bu xəritələr cəhənnəmə getdi, bu xəritələr artıq yoxdur deyə bildirmişdir. 
Qeyd olunmuşdur ki, Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi.
Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət olduğu bildirilmişdir.
Bütün bunlarla yanaşı Ağdamın  Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi,Şahmar Əkbərzadə,Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov,akademik  Zakir  Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və b.onlarla görkəmli şəxsiyyət bəxş etmişdir.
Bildirilib ki, Ağdamın tanınmasında  “Qarabağ” FK-nın ölkəmizi UEFA Çempionlar Liqası və Avropa Liqasında layiqli təmsil etməsinin də rolu olub. Avropa mediası Ağdamı “Ruhlar şəhəri” kimi “Qarabağ” klubu sayəsində tanıyıb.
Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri olduğunu bildirən dövlət başçısı, işğalçı rejimin İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar apardığını,  tapılmış artefaktların  Ermənistana daşındığını bildirmışdır.
Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparıldığını, mədəni abidələri talan edərək bütün infrastrukturun məhv edildiyini, Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası,  Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansaranın  vəhşicəsinə dağıdıldığını bildirmişdir.  Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edildiyini  qeyd edən dövlət rəhbəri, Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulduğunu bildirib.
Eyni zamanda bildirilib ki, bu vəhşilik, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır.
Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edəcək deyən dövlət başçısı, bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsinə ehtiyac olduğunu bildirib.
Xüsusilə o da qeyd olunmalıdır ki, ötən bu illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün şəhərciyi salınmış, rayona 93 min köçkün yerləşdirilmişdir.
Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır.
Ağdamın  yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacağını bildirən Prezident İlham Əliyev: İndi  Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var deyə bildirməklə  biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik deyə qeyd etmişdir.
Ağdam rayonunun  yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təsərrüfatının gurularaq  inkişaf etdiyi rayonlarından birinə çevriləcəyini bildirən dövlət başçısı, Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacağını, mütəxəssislər cəlb olunaraq, infrastruktur layihələri planlı şəkildə icra ediləcəyini, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcəyini qeyd etmişdir. 
Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən köməklik  göstəriləcəyini bildirən ölkə Prezidenti cənab İlham Əliyev: İşğaldan azad edilmiş bütün rayonların sakinlərini bir daha əmin etmişdir ki,  Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir.
İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil olduğunu qeyd edən dövlət başçısı, işğalçılıq siyasətinin  Ermənistanı uçuruma apardığını, Ermənistanın  bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədiyini, bu gün də müstəqil olmadığını  bildirmişdir. 
Ölkə Prezidenti cənab İlham Əliyev: Ermənistan faktiki olaraq müstəmləkədir. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıldığını qeyd edərək, bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar, deyə bildirmişdir. 
Haqlı olaraq ölkə Prezidenti cənab  İlham Əliyev: Ermənistan müstəqil ölkə kimi yaşaya bilmirsə, gedib başqa ölkənin tərkibinə girsin. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa deyə qeyd etmişdir. 
Ermənistanı bu günə salan qonşulara nifrət tərbiyəsinin, təbliğatının davam etməsi, qonşularla normal münasibət qura bilmədiyi, Azərbaycana, Türkiyəyə ərazi iddialarıdır.
Ermənistan İran üzərindən silahları gətirə bilməyib, çünki İran bizim dost, qardaş ölkəmizdir.
Həmçinin, dövlət başçısı cənab  İlham Əliyev: İranın  Azərbaycanın xahişini nəzərə alaraq öz hava məkanını bağladığını bildirib. 
Ermənistanda Rusiyaya qarşı iddia qaldırırlar ki, Rusiya bunlara kömək etməyib.
Bununla yanaşı ölkə Prezidenti cənab  İlham Əliyev: Bizim erməni xalqı ilə problemimiz yoxdur. Vahid Azərbaycan dövlətində yaşayan bütün xalqlar bərabər hüquqlara malikdir, o cümlədən erməni xalqı da bu hüquqlara malikdir  deyə qeyd etmişdir.
Ölkə Prezidenti cənab  İlham Əliyev: Dağlıq Qarabağda yaşayan ermənilər üçün yeganə yol Azərbaycan xalqı ilə dinc qonşuluq şəraitində yaşamaqdır deyə bildirərək, Dağlıq Qarabağdan 90 min erməni qaçması xəbərinin  yalan olduğunu,  Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşadığını qeyd etməklə  Azərbaycan kəşfiyyatının  bölgəyə tam hakimliyini bildirmişdir.
Ölkə başçısı bildirmişdir ki: Bizim o bölgədə bir çox informasiya mənbələrimiz var və bizim uğurlarımızın səbəblərindən biri də məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir, onların xunta başçısı harada gizlənir deyə qeyd etmişdir. Bununla yanaşı cənab Prezidentin müraciətində: Biz qaçqınların sayı ilə bağlı bu yalanları ifşa edəcəyik və əgər bu qaçqınlar olubsa, o, bizim günahımız deyil deyə qeyd etmişdir. 
Dövlət başçısı Ermənistanda repressiyanın baş alıb getdiyini,  Ermənistanda gündə hansısa müxalifət liderinin  tamamilə əsassız həbs olunduğunu heç bir Qərb ölkəsi, insan hüquqlarını qorumaqla məşğul olan heç bir təşkilat buna reaksiya vermədiyinə haqlı  iradını bildirmişdir. Bununla yanaşı müraciətdə,  bildirilib ki, Azərbaycana xor gözlə baxan, qaralamağa çalışan, Avropa Şurası haradadır, niyə susur? Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib, amma susması halı tənqid olunmuşdur.
Paşinyan məğlub edilmiş, rəzil vəziyyətdə olan diktatordur deyə bildirən dövlət rəhbəri Ermənistan diktatoru bunkerdə otura-otura özünü tamamilə dünyadan, öz xalqından təcrid edib, Azərbaycanda isə xalq-iqtidar birliyi var deyə qeyd etmişdir. 
Ölkə Prezidenti cənab  İlham Əliyev müraciətində: Azərbaycanının  gücü milli  birlikdədir. deyərək, beynəlxalq vəziyyəti düzgün təhlil etməklə, ölkənin güclənməsi yolunda ardıcıl addımlar atıldığını,  lazım olan anda düşməni məğlub etmək üçün zərbə endirildiyini bildirmişdir.
Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olduğunu bildirən dövlət başçısı rəsmi etiraflara görə Ermənistan ordusundan fərarilik edənlərin sayının  10 mini ötüb keçdiyini, bunun  bir daha  hansı ordunun  yenilməz olduğunun göstəricisi olduğunu bildirmişdir.
Ölkə Prezidenti öz çıxışlarında dəfələrlə qeyd edir ki,  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür.
Məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi Azərbaycanın qanuni hüququ idi.
Ağdamın azad edilməsinə səbəb olan  İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun!
Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Keçidlər