Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar Ramazan Bayramın qeyd etdilər

10 avqust 2013 | 15:00

2013-cü il 9 avqust tarixdə Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində Ramazan Bayramı münasibətilə bayram süfrəsi təşkil edilmişdir. Dini adət-ənənələrə uyğun təşkil olunmuş  bayram süfrəsinə rayon sakinləri, imkansız ailələrin nümayəndələri dəvət olunmuşdur.Tədbiri giriş sözü ilə açan rayonun Axundu Hacı Əsgər tədbir iştirakçılarının bayramını təbrik etmiş, 1993-cü ildən dövlət səviyyəsində qeyd olunan Ramazan bayramının yaranma tarixindən danışmışdır. Axund müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında insanlara Allahın göstərişlərini bütün qəlbi ilə qəbul etməyi, cismani və ruhi sınaqlardan keçməyi təlqin edən bu ayda oruc tutmağın vacibliyindən danışmışdır.Daha sonra tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov tədbir iştirakçılarının bayramını təbrik etmiş, onların ailələrinə bol ruzi-bərəkət arzulamışdır. Eyni zamanda rayon rəhbəri Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin yaradılmasından danışaraq orucluq bayramının respublikamızda həmişə yüksək səviyyədə qeyd olunduğunu vurğulamışdır.Tədbirin yekununda bayram münasibətilə  rayonun imkansız ailələrinə ərzaq bağlamaları paylanmışdır.

Keçidlər