Şuşanın azad olunması və Qələbə münasibətilə ölkə Prezidenti cənab İlham Əliyevin xalqa müraciəti
Şuşa şəhərinin erməni işğalından azad olunması və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 10 noyabr 2020-ci il tarixində xalqa müraciət etmişdir.
Dövlət başçısı müraciətində noyabrın 10-un ölkəmiz üçün tarixi bir gün olduğunu qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu bildirdi.
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacağıı vurğulayan ölkə Prezidenti, imzalanmış bəyanatın xalqımızın şanlı qələbəsi olduğunu bildirərək bunu xalqa çatdırmaqdan özünü xoşbəxt hesab etdiyini bildirmişdir.
Müraciətdə, iyirmi səkkiz il yarım işğal altında olan Şuşanın azad edildiyi, Azərbaycanın tarixi Qələbəni döyüş meydanında qazandığı, 2020-ci il noyabrın 8-nin Azərbaycan tarixində əbədi qalacaq bildirdi.
Bununla yanaşı Şuşanın azad edilməsinin həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıdığı qeyd edilib.
Bildirilib ki, Şuşada qondarma rejimin dəstə başçısının özünə andiçmə mərasimi keçirməsi, Ermənistan baş naziri gedib orada iştirak etməsi Azərbaycana sataşmaq idi. Bunun hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq! deyə qeyd edilib.
Şuşanın azad olunması ilə, şəhidlərimizin intiqamının alınması ilə, bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndərin vəsiyyəti yerinə yetirildiyini bildirən dövlət başçısı işğalçıları torpaqlarımızdan iti qovan kimi qovulduğunu, vurğulayaraq öz Vətənimizə, doğma Qarabağımıza qayıtmağımızdan,özünü xoşbəxt hesab etdiyini Qarabağımızın tacı olan Şuşaya qayıtmaqla bu torpaqlarda əbədi yaşayacağımıza əminliyini vurğulamışdır.
Qələbəyə aparan yol
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində bu siyasi qələbənin qazanılmasında hərbi qələbənin müstəsna rol oynadığını qeyd edərək bəyanatın imzalanmasının səbəblərindən biri Şuşanın, daha sonra isə 9 noyabr bayraq günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi olduğunu bildirmişdir.
Xüsusilə o da qeyd olunub ki, bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonları siyasi yolla qaytarılsın.
Ölkə başçısı müraciətində son illər ərzində ölkəmizdə aparılan işlərin , mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdiyini bildirmişdir.
Dövlət rəhbəri müraciətində ölkəmizin İqtisadi gücünün qələbəni əldə etmək potensialımızı təmin etdiyini qeyd edərək, Azərbaycanın iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmadığını qeyd etmişdir. İqtisadi müstəqilliyin ordumuzu gücləndirmək üçün imkan yaratdığını bildirən dövlət başçısı ordu üçün lazım olan bütün hərbi texnikanı, silahları alınaraq Azərbaycanda müdafiə sənayesi yaradılaraq, ordumuzun tələbatının böyük dərəcədə daxili istehsal hesabına təmin edildiyini bildirib.
Ölkə başçısının müraciətində o da qeyd olunub ki, bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratmışdır. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib edərək, Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın maraqlarını təmin etmədiyi, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin etdiyi, bunla da Azərbaycanın beynəlxalq nüfuzunun gücləndiyi bildirilib.
Müraciətində BMT Nizamnaməsi özünümüdafiə hüququnu bəxş edir və Azərbaycan xalqı bu hüquqdan istifadə edir deyə bildirən ölkə Prezidenti, aparılan danışıqların tamamilə səmərəsiz olduğu üçün Azərbaycanın bu hüquqularına müraciət etməyə məcbur olduğunu bildirib.
Dövlət başçısı, Azərbaycanın illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüz dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdığını bildirib. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığı qeyd edilib.
Müraciətdə qeyd olunub ki, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir deyə bildirən dövlət rəhbəri, milli məsələlərdə biz hamımız birləşə bilirik, bu da bizim gələcəyimiz üçün çox önəmli olduğunu bildirmişdir.
Ölkə başçısı müraciətində siyasi müxalifətin bu dövrdə yüksək şüur nümunəsi göstərdiyini qeyd edərək, dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz deyə vurğulamışdır.
Bütün laçınlılar bunlara rəğmən qələbənin əldə olunmasında ən böyük amil Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi olduğunu, müharibədən sonra bəzi məqamlara açıqlanandan sonra hər kəs dövlətin və dövlət başçısının nə qədər böyük sınaqlardan çıxdığını, hansı böyük təzyiqlərə məruz qaldığını kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr zamanı şahidi olduqlarını qeyd edirlər.
Bəyanata əsasən:
1. Bu gün Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında bütün hərbi əməliyyatlar tam dayandırılır. Azərbaycan və Ermənistan hazırda tutduqları mövqelərdə qalacaqlar;
2. Noyabrın 20-dək Ağdam, noyabrın 15-dək Kəlbəcər, dekabrın 1-dək Laçın rayonları Azərbaycan Respublikasına qaytarılır;
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiyanın 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir;
4. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır;
5. Növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur;
6. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır;
7. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir;
8. Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir.
Bəyanatın üstünlükləri
• Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsinin müvəffəqiyyətlə başa vurdu, Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı;
• Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır;
• Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Azərbaycana maksimum sərf edən sənəddir;
• Ermənistan baş naziri əvvəlcə bəyanatı imzalamaqdan imtina etsə də, sonradan imzalamışdır. Beləliklə, Ermənistanın müstəqil siyasi iradəsi olmadığı, Rusiyanın forpostu olduğu bir daha təsdiqləndi;
• Bəyanat uzun illər davam edən işğala son qoyur;
• Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur.Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir;
• Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqidir;
• İmzalanacaq sazişdən sonra insanlarımızın 30 illik həsrətinə son qoyulur, insanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq;
• Bəyanatla Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürür (işğal altında olduğu dövrdə Ermənistan həmin ərazilərdə çoxsəviyyəli dərin eşelonlaşdırılmış istehkam-sığınacaq sahələri yaradıb);
• Bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır;
• Bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya iştirak edəcək. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir;
• Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Beləliklə, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da, Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda türk dünyasının yerüstü tranzit–rabitə əlaqələri bərpa olunur;
• Başqa kənar oyunçuların bölgədə tərəf olmaq cəhdləri aradan qalxır.
Bəyanatın əldə olunmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin səylərini yüksək qiymətləndirilməlidir. Münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb.
Eyni zamanda müraciətdə ölkə başçısı, Biz düşməni məcbur edə bilmişik. Mən onlara ultimatum vermişəm. Demişəm ki, çıxmalısan, çıxmasan sona qədər gedəcəyəm deyə vurğulamışdır.
Həmçinin, biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaqdır deyə bildirmişdir.
Dövlət başçısı qeyd edib ki, böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur deməklə yanaşı hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladığını bildirib.
Ermənilərin yaratdıqları mifin dağılması
Ölkə Prezidenti müraciətində, ermənilərin “yenilməz” ordusu məhv oldu, fərarilik başladı, xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim oradan qaçacaq, o, məsuliyyətə cəlb olunacağını qeyd edərək bizdə bir nəfər fərari oldumu? Olmadı! Deyə bildirmişdir.
Həmçinin, onların demək olar ki, bütün texnikasını məhv etmişik, 30 il ərzində qurulmuş istehkamları keçmişik, əsgərlərimiz aslan kimi keçiblər, əziblər düşməni keçiblər, əcəb də ediblər, çünki öz torpağında olduğu bildirilib.
Azərbaycan və erməni xalqlarının mənəvi keyfiyyətlərinin müqayisəsi
Dövlət rəhbəri müraciətində bildirib ki, heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizimlə zarafat edə bilməz.
Qeyd olunub ki. Paşinyan bəyanatı qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Azərbaycanın dəmir yumruğunun hesabına imzalayır!
Həmçinin bildirilib ki, Tərtər şəhəri, İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir. Gündə yüzlərlə mərmi düşürdü, amma bir nəfər də tərpənmədi. Amma ermənilər qaçıb getdilər.
Azərbaycan müharibəni humanitar hüquq normaları ilə aparmışdır, ermənilərin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq.
Mənfur düşmən Şuşanı işğal altında saxlamaqla mədəni irsimizə böyük zərbə vurdu, tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi qeyd edən ölkə Prezidenti bizim məscidlərimizdə donuz saxlayan özü donuzdur deyərək bildirmişdir.
Eyni zamanda bildirilib ki, erməni tərəfdə qarışlıqlı ittihamlar baş alıb gedir. Artıq onlarla şəxs vətənə xəyanət ittihamı ilə, hərbi qanunlarla mühakimə olunub, onlarla şəxs yüksək postlardan uzaqlaşdırılıb.
Azərbaycan xalqı 27 il ərzində həmişə Ümummilli Lider Heydər Əliyevin, sonra isə prezident cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyib. Ermənistanda indiyədək az qala bütün hakimiyyət dəyişikləri qanla, gülləboranla və ya küçədə həll olunub.
Azərbaycan xalqı qələbə bayramı qeyd edir, ermənilər parlament və hökumət binalarını dağıdır.
Ölkə başçısı müraciətində vurğulayıb ki, mülki vətəndaşlar, evi dağılıb, malı batıb, yaxın insanını itirib, yenə də deyir ki, "Vətən sağ olsun". Ancaq irəli, irəli! Mənə yazılan məktublarda deyilir, Ali Baş Komandan, irəli!
Həmçinin qeyd edilib ki, bu günlərdə bütün Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib.
Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! olduğunu göstərdi deyə qeyd edilib.
Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.
Ermənistan monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir.
30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi deyə qeyd edilib.
Xüsusilə bildirilib ki, biz Xocalı qurbanlarının da qisasını aldıq, şəhidlərimizin də qisasını aldıq.
Bununla yanaşı dövlət rəhbəri Şəhidlərin ruhu qarşısında baş əyirəm,birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq deyə qeyd edib.
Azərbaycan xalqı böyük xalqdır, vətənpərvər xalqdır, dəmir iradəyə malik olan xalqdır deyə bildirən dövlət başçısı intiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq deyərək, mülki vətəndaşlarla işimiz olmayıb və olmayacağını bildirib.
Ölkə rəhbəri müraciətində, Azərbaycan xalqı şəhidlər verərək qələbəni qazandığını, yaralı əsgər və zabitlərin tezliklə sağalıb normal həyata dönməsi, sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik deyə bildirən dövlət rəhbəri, Ermənistan silahlı qüvvələrinin ballistik raketlərlə mülki vətəndaşlara atəş açmasının hərbi cinayət olduğunu, onlar bu hərbi cinayətə görə cavab verəcəklərini bildirib.
Dünyanın bir çox ölkələrində köçkünlər var, amma bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisəedilməz dərəcədə müsbətdir. Amma onların əsas arzusu doğma torpaqlara qayıtmaqdır deyə qeyd edən ölkə Prezidenti, Azərbaycan dövlətinin işğaldan azad olunmuş bütün ərazilərdə infrastrukturu yeniləyərək məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını mümkün olan ən qısa müddətdə təmin edəcəyini bildirib.
Müraciətdə dövlət başçısı, Azərbaycan xalqı bütün tarixi abidələri bərpa edəcək, bütün məscidləri bərpa edəcək, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəyini qeyd etmişdir.
Həmçinin ölkə Prezidentin müraciətində vurğulanıb ki, biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir.
Habelə qeyd olunur ki, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq.
Bununla yanaşı müraciətdə bildirilib ki, “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi, belə ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!