Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısının Qax rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir

04 avqust 2013 | 15:00

2013-cü il 3 avqust tarixdə Qax rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə  Laçın  Rayonu İcra Hakimiyyətinin başçısı  Akif Səlimovun görüşü-səyyar qəbulu keçirilmişdir. Görüşdə Qax Rayonu İcra Hakimiyyəti başçısnın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Məhərrəm Məhərrəmov, həmçinin Laçın Rayonu İcra Hakimiyyəti başçısnın müavinləri, aparatın şöbə müdirləri iştirak etmişdir. 80 nəfər sakinin iştirak etdiyi görüşü Rayon İcra Hakimiyyətinin başçısı  Akif Səlimov  açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə sosial - iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışmışdır. Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov 16 nəfər sakin tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər