Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan dövlətinin şanlı Qələbəsi

11 noyabr 2020 | 16:00

    Bu günlər Azərbaycan öz tarixinin ən möhtəşəm günlərindən birini yaşayır. Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulur. Bu 30 ildə xalqımız əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini, bu möhtəşəm xəbəri gözlədi. Heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə olan inamını sarsıtmadı, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycanın liderinin iradəsinə təsir göstərmədi. Xalqımız "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar", - deyən cənab Prezidentin, Ali Baş Komandanının ətrafında hər gün daha sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi. "Qarabağ Azərbaycandır və nida" ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrildi. Bu birlik bizi Qarabağa qaytardı.
   Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı qələbə müjdəsindən sonra ölkəmizinin hər yerində olduğu kimi laçınlıların məskunlaşdığı bütün ərazilərdə də  bayram şənlklərii keçirilib. Ölkə vətəndaşları kimi laçınlılar da tarixi Qələbədən doğan sevinc və qürur hisslərini bir-biri ilə paylaşaraq, bu zəfəri onlara bəxş edən dövlətimizin başçısına minnətdarlıq duyğularını bir daha dilə gətiriblər. Hər yerdə olduğu kimi rayonun idarə, müəssisə və təşkilatlarının fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxta Körpü ərazisində keçirilən bayram tədbirində Vətəni, Qarabağı, igid Azərbaycan əsgərini tərənnüm edən mahnılar səsləndirilib.
    Bu zəfər günündə Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanıb. Bu təsirli, qürur doğuran mənzərənin “bir millət, iki dövlət” olan Azərbaycan-Türkiyə qardaşlığının əbədiyyətə qədər davam edəcəyinə laçınlılar da qəti əmindirlər.

Keçidlər