Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Prezidenti cənab İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi

04 noyabr 2020 | 16:00

Atəşkəsin pozulması və sülh haqqında
            Ölkə Prezidenti cənab  İlham Əliyev 02 noyabr 2020-ci il tarixində Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın Azərbaycana qarşı  törətdiyi təxribatların  davamlı və məqsədyönlü olduğunu bildirmişdir.
          Müsahibəsində dövlət başçısı birinci hərbi təxribatın iyul ayında törədildiyini,  ikinci hərbi təxribatın isə  avqust ayında baş verdiyini bildirməklə bu ərəfədə  Ermənistanın  qətllər törətmək üçün diversiya qrupu göndərdiyini vurğulamışdır.    Eyni zamanda üçüncü hərbi təxribatın sentyabrın 27-də törədildiyi bildirilərək  erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutduğu qeyd olunmuşdur.
        Belə ki, atəşi ilk açan Ermənistan olsa da  mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılardan olduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, buna baxmayaraq Azərbaycanın üç dəfə atəşkəsə razı olması faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş etdirmişdir. Təəssüflə qeyd olunmuşdur ki, Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozaraq dinc əhaliyə qarşı təxribat əməlləri ilə  hərbi cinayət törətmişdir.
Vurğulanmışdır ki, bütün bunlara baxmayaraq Azərbaycan düşmənə yalnız  döyüş meydanında cavab vermişdir.
Daim Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vuraraq döyüşün davam etməsində maraqlı olub. Eyni zamanda qeyd olunub ki, Azərbaycan həmişə sülh planına sadiq olmasına baxmayaraq,  Ermənistan həmişə münaqişənin sülh yolu ilə həllinə qarşı çıxaraq, danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən ibarət olduğu bildirilib.
Ölkə başçısı müsahibəsində, indi azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları onu  göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmadıqlarını üurğulamışdır. Lakin bu gün Azərbaycan nə qədər çox müdafiə olunursa, daha çox əraziləri azad edir deyə qeyd etməklə, Azərbaycanın kifayət qədər silah-sursatı, müasir silahları olduğunu və onları döyüş meydanında nümayiş etdiyini bildirmişdir. 
Müsahibəsində  Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü Ermənistan ordusu sursatının  dəyəri 2,7 milyard dollardır, deyən dövlət başçısı haqlı olaraq sual edir ki, bu pul haradan gəlir? Ermənistan kasıb ölkədir, büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollar olduğunu qeyd edən ölkə Prezidenti şəhərləri bir-birinin ardınca işğaldan azad edən və milli bayrağımızı ucaldan Azərbaycan ordusunun döyüşçüləridir, deyə bildirmişdir.
Statistika. Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən oktyabrın 31-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluğun məlumatı:
-91 nəfər mülki şəxs həlak olub, 404 nəfər isə xəsarət alıb;
-Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb.

Beynəlxalq vasitəçilər və yeni vasitəçilik haqqında
Ölkə Prezidenti müsahibəsində qeyd etmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər.
Dövlət rəhbəri, Minsk qrupu həmsədrləri Ermənistana sanksiya tətbiq etməli idilər. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar Ermənistana tətbiq edilsəydi, işğalçı qüvvələrini geri çəkərdi. Lakin görünür ki, münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib.
Beynəlxalq vasitəçi olan ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki, ona qulaq assın, lakin belə mesaj verilmədiyi qeyd edilmədiyi bir daha vurğulanmışdır. Xüsusilə bildirilib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi səmərəli olmayıb. Odur ki, Azərbaycanın daha güclü ola biləcək bəzi başqa vasitəçilər barədə düşünməyə yetərincə arqumenti olduğu qeyd edilmişdir. Bununla yanaşı hazırda Azərbaycanın  ədaləti bərpa etdiyi və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra etdiyi bildirilmiş, Azərbaycanın istənilən halda torpaqlarını azad edəcəyi qeyd olunmuşdur. 
Qeyd edirik ki, ölkə Prezidenti bir neçə müsahibəsində vasitəçi kimi digər ölkələrin də qatıla biləcəyini və ATƏT Minsk qrupunun fəaliyyətinin səmərəsizliyini qeyd etməsi ölkə vətəndaşları kimi laçınlılar tərəfindən də birmənalı qarşılanaraq dəstəklənir.

Beynəlxalq hüquq müdafiə təşkilatları haqqında
Dövlət rəhbəri müsahibəsində haqlı olaraq bildirib ki, bir çox beynəlxalq hüquq müdafiə təşkilatları hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Beynəlxalq hüquq müdafiə təşkilatlarının qərəzliliyi ilə bağlı böyük şübhələr var. Yalnız Azərbaycanın müraciətindən sonra bu təşkilatlar Azərbaycana gəlmişlər.
Odur ki,“Amnesty International”, “Human Rights Watch” və indiyədək Azərbaycanın tənqidi ilə məşğul olan  çoxsaylı beynəlxalq təşkilatların ifşası üçün  onların son günlər tutduğu mövqe, yenə ikili standartdan çıxış etməsi faktı qabardılmalıdır. Bununla yanası,“Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin istifadəsi qadağan olunmuş kasetli raketlərlə Bərdəyə zərbələr endirdiyini təsdiqləmələri, bununla bağlı hesabat vermələri təqdir olunmalıdır. Həmin hesabatlar əsasında beynəlxalq məhkəmələrə müraciət edilə bilər.  Bu diplomatik qələbə də yalnız cənab Prezidentin sözügedən təşkilatları israrla Azərbaycana dəvət etməsindən sonra mümkün olub, onlar müharibə başlayan zaman uzun müddət Azərbaycana səfər etmək istəməyiblər deyə bildirilmişdir.
Azərbaycan tərəfinin şərtləri
Ölkə Prezidenti cənab İlham Əliyev müsahibəsində bir daha Azərbaycan tərəfinin şərtlərini
açıqlayaraq yeddi rayonun  Azərbaycana qaytarılmalıdır deyə  bildirmişdir. Bununla yanaşı o da qeyd olunmuşdur ki,  ermənilərin  heç vaxt bu rayonlarda yaşamadıqları qeyd edilərək Dağlıq Qarabağdan qovulmuş, hazırda sayı 65 mindən çox olan azərbaycanlı icması  oraya qayıtmalıdır dey bildirmişdir.
Dövlət başçısı haqlı olaraq qeyd edir ki, Azərbaycan muxtariyyət təklif edəndə ermənilər bunu rədd edir, müstəqillik tələb edirdilər. İndi reallıqlar dəyişib. 27 il ərzində Azərbaycanın erməni tərəfinə  təklif etdikləri, ola bilsin, artıq öz qüvvəsini itirib. İndi muxtariyyət verilməyə bilər, müzakirələr hələ başlamayıb deyə bildirmişdir.
Ölkə Prezidenti qeyd edib ki, münaqişənin mərhələli həll planına əsasən, birinci mərhələdə boşaldılması nəzərdə tutulan beş rayon işğaldan azad edilib.  Ona görə də həmin plan köhnəlmiş sayılır.
Eyni zamanda azərbaycanlılar və ermənilər birgə yaşamalıdır deyən dövlət rəhbəri bu, asan olmasa da, biz öyrənməliyik deyə qed etmişdir.
Müsahibəsində müharibəni dayandırmağın yeganə yolu: Ermənistanın öz məğlubiyyətini qəbul etməli, bizim qələbəmizi qəbul etməli, sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürməlidir olduğunu deyə bildirmişdir. 
Bununla yanaşı cənab prezidentin müsahibəsində Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmədiyi bildirilərək Ermənistanla Azərbaycan arasında olan döyüşdən hər kəs uzaqda durmalıdır deyə bildirmişdir. Həmçinin qeyd olunmuşdur ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır, beynəlxalq səviyyədə tanınan ərazisidir. Ölkə Prezidenti Avropa ölkələrinin beynəlxalq hüquqla tanınan əraziləri onlar üçün nə qədər mühümdürsə, Dağlıq Qarabağ da Azərbaycan üçün o qədər mühümdür deyərək, Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsi olduğunu qeyd etmişdir. 

Daxili siyasi mühit və islahatlar haqqında
Dövlət başçısı müsahibəsində Azərbaycanda siyasi sistem və siyasi proses səmərəli olduğunu qeyd edərək parlament seçkilərindən əvvəl Azərbaycanda siyasi əməkdaşlığın yeni prosesinə start verildiyini,  müasir, yeni siyasi prosesə başlandığını bildirmişdir.
Belə ki. Prezidentin təşəbbüsü ilə praktiki əməkdaşlığa başlamaqüçün bütün siyasi partiyalara açıq müraciət edilmiş, mövcud  52 real siyasi partiyadan 50-si bunu dəstəkləmiş, yalnız iki partiya çağırışa cavab verməmişdir.
Hazırda Azərbaycanda siyasi dialoq mühiti mövcud olduğu, Azərbaycanda siyasi ittiham irəli sürülmüş heç kimin  həbs edilmədiyi qeyd olunmuşdur.
O da bilddirilib ki, Azərbaycanın pandemiya dövründə də iqtisadi göstəriciləri normaldır. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Azərbaycanın konvertasiya oluna bilən valyuta ehtiyatları xarici borcundan 6 dəfə çoxdur. İqtisadi göstəricilər regionda ən yaxşıdır, sosial göstəricilər Avropanın bəzi ölkələrindən belə yaxşıdır deyə  qeyd edilib.
Həmçinin, müsahibədə  Azərbaycanda ciddi daxili problemlər olmadığı, ancaq buna baxmayaraq Azərbaycan özünü demokratiya nümunəsi kimi göstərmədiyi qeyd olunub. 
Lakin özlərini demokratiya nümunəsi kimi göstərən ölkələrdə etirazçıların qətlə yetirildiyi qeyd olunmaqla buna,  Avropada etirazçıları  atlarla döyür, itləri gətirir və bu, demokratiya hesab olunur.“Sarı jiletlilər”in nümayişləri 17 noyabr 2018-ci ildən başlanıb. Etirazlardan keçən müddət ərzində polislə qarşıdurmada 10-dan çox adam qətlə yetirilib,26 nəfər gözünü itirib, 5-inin əli qopub və daha 2200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Euronews"fransız polisinin Avropada ən yaxşı silahlanmış təşkilat olduğunu deyir. Onlara fişənglər, digər ölkələrdə döyüşlərdə istifadə olunan silahlar verilir.Digər araşdırmaya görə, il ərzində Almaniyada aksiya iştirakçıları və yoldan keçənlərə qarşı polis tərəfindən törədilən 12 mindən çox zorakılıq qeydə alınır deyə misal göstərilmişdir.

Ümumiyyətlə ölkə Prezidentindemokratiyanın inkişafı ilə bağı yanaşması belədir ki, genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Eyni zamanda islahatların aparılması üçün partiyalararası dialoq vacibdir. Vətən müharibəsi də dialoqu zəruri edir. Bu zaman dialoqdan yayınanlar Vətən müharibəsimodelinə qarşı çıxan qüvvə kimi qəbul olunmalıdır.
Prezidentin müsahibə boyunca təkzib etdiyi feyklər:
-Sentyabrın 27-də Azərbaycan birinci atəş açmayıb. Birinci atəşi Ermənistan açıb və bunun sübutları olduğunu bildirməsi,
-Atəşkəsi Azərbaycan yox, Ermənistanın  pozması,
-Azərbaycan arsenalında olan İsrail dronlarına arxayın olaraq müharibəyə başlamayıb. Bu dronlar əvvəldən də var idi. Sadəcə,bu dəfə təxribatın miqyası böyük idi və Ermənistan hələ də hücumu dayandırmadığından atəşkəs əldə olunmadığını bildirməsi.
-“Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Azərbaycanın kaset bombalardan istifadəetməsi haqda iddiası yalandır. Ordumuzun yetirincə müasir silahları var və belə bir əlavə silaha ehtiyacın olmaması,
-Dağlıq Qarabağın azad olunması sərvətlərə görə deyil, tarixi və hüquqi ədaləti bərpa etmək üçündür. Bu, Avropa dövlətlərinin öz hüquqi ərazilərinə sahib çıxması ilə müqayisə edilə bilər deyə qeyd etməsi,
-“Dünya üzrə əksər tarixçilər” ifadəsi yanlışdır, Prezident hər dəfə müsahiblərində  Qərb jurnalistlərinə bəsit tarixi həqiqətləri izah etməklə, onlara mənbələrlə işləmək dərsi keçməsi,
-Ermənilər deyil, azərbaycanlılar etnik təmizləməyə məruz qalıb, ordu işğal olunmuş ərazilərimiz azad etdikdən sonra bir milyona köçkün öz yurd-yuvasına qayıdacağını bildirməklə  Ermənistan Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldığını qeyd etməsi.
Həmçinin,  Azərbaycanın  ermənilərə qarşı etnik təmizləmə aparmadığı,  və bunu indi də etməyi planlaşdırmadığını bildirməsi,
-Şuşada kilsənin məqsədyönlü vurulması xəbəri yalandır, bunu ermənilərin özünü etməsi də istisna deyil deyə bildirərək,  Bakıda erməni kilsəsi və kitabxanasının hifz olunması və  işğal olunmuş rayonlarımızda isə onların məscidləri təhqir etdiklərini bildirməsi,
-Sülh təbliğinə görə Azərbaycanda həbslər haqda heç bir real fakt yoxdur, şayiədir, jurnalist müsahibədə feyk xəbərə istinad etdiyini bildirməsi,
-İkinci Qarabağ müharibəsinin iqtidarın xalqı öz ətrafında birləşdirməsi, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq  üçün başladıldığı haqda deyilənlər Prezidentin gətirdiyi iqtisadi statistika ilə təkzib olunduğunu bildirməklə belə bir iddia səsləndirilməsinin  Qərb mediasının bir çox hallarda erməni feykləri ilə işləməsini  göstərdiyini bildirməsi,
-Döyüş meydanında heç bir xarici döyüşçünün olmadığını,  Bakıda görünən xaricililər sadəcə turist və ya birgə hərbi təlimlərdə iştirak edənlərin olduğunun bilddirməsi,
Ümumiyyətlə Qərb jurnalistləri ilə müsahibələrdə Prezident tam bir master-klasskeçir. Bununla yanası,müsahibələr həmin KİV-lərin qərəzini və  peşəkar jurnalistikadan uzaq olduqlarını göstərir. Nədənsə ARD müxbiri “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Bərdəyə qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləməsi faktının üstündən keçir. Qərbin aparıcı KİV-lərindən gəlmiş jurnalistlər sualları prokuror ədası ilə verir, faktları dəqiqləşdirmir, xristian təəssübkeşliyi edir, müsahibi ilə polemika girməyə cəhd edirlər. Bunlar media prinsiplərinə ziddir. Azərbaycan mediası və QHT-lərlə bağlı Qərb qrantlarının təyinatının heç də medianın, söz azadlığının inkişafına xidmət etmədiyini sübut etmək üçün bu günlər Qərb mediasının sərgilədiyi mövqeni xatırlatmaq lazımdır. Qərb media standartları deyilən təbliğatın mənasızlığı sübut olunur.

Keçidlər