Erkən nikahlar, hüquqi aspektlər və praktik problemlər.
Sosioloji baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyi olan ailə instutu ər və xanımından, onların övladlarından ibarət olan ictimai-iqtisadi hüceyrə olub insanlığın ən ali, ülvi, saf duyğularını, nəcib niyyətlərini özündəəks etdirən, müqəddəs ittifaq və cəmiyyətin özəyidir. Sağlam təməllər üzərində qurulmuş ailənin əsas şərtləri ilk öncə ailəni quran şəxslərin şəxsiyyəti, onların dünyagörüşü, intellektual səviyyəsi, sağlamlığı, fiziki və psixoloji inkişaf səviyyəsi və s bu kimi bioloji, sosial və psixoloji faktorlardan asılır. Bu baxımdan fərdlərin nikaha daxil olma yaşının müəyyənləşdirilməsi vacib amillərdəndir. Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir. Uşaq Hüquqları Konvensiyası Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində deyilir: “Yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nikah yalnız hər iki tərəfin azad və tam razılığıəsasında baş verə bilər. Əgər nikaha daxil olmaq istəyən bir tərəf yetkinlik yaşında deyilsə və gələcək həyat yoldaşı haqqında məlumatlı qərar qəbul etmək iqtidarında deyilsə, bu cür razılıq “tam və azad” ola bilməz. O, cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
Aparılan tədqiqatlar göstərir ki, şəhərlərdən çox kənd yerlərində qızlar erkən ərə gedir və erkən də ayrılırlar. Qızların təhsilsizliyi, ailələrin sosial vəziyyəti bəzən problemin yaranmasında rol oynayır.
Erkən ərə gedən qızların özləri hələ uşaqlıq dövrünü yaşadığıüçün, həmin qızların ana olan zaman öz uşaqlarına laqeyd yanaşması real problemlər yaradır. Bu isəöz növbəsində ciddi psixoloji pozğunluğa yol açır kı, sonradan növbəti bir erkən nikaha zəmin yaranır. Paralel şəkildə təhsilə yönləndirmə olmalıdır. Təhsil çox vacib amildir. Ən azından ibtidai təhsilli bir xanımla, orta məktəbi tam olaraq bitirmiş bir xanımın ailəsindəçox böyük fərqlər olur. Bu qarşılıqlı münasibətdə, övlad yetişdirməkdəözünüçox aydın biruzə verir. Təhsil həm psixoloji, həm sosioloji, həm də fiziki cəhətdən təsiredici amil kimi qiymətləndirilir. Buna görə də, valideynlər öz övladlarını erkən nikaha sövq etməkdən çəkinməli, onların təhsillərini bitirmələrinə imkan tanımalıdırlar. Onlar ənənəvi düşüncə tərzindən uzaqlaşmalı və bu kimi davranışlardan çəkinməlidirlər. Psixoloq və həkimlərin rəylərində evlilik üçün optimal yaş həddi 19-30 arası yaş sayılır. Azərbaycanda evliliyin yaş həddi dövlət tərəfindən qızlar və oğlanlar üçün 18 yaşdır.
Dövlət Statistika Komitəsi, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin maddi və texniki dəstəyi ilə birgəölkənin regionlarının şəhər və kənd yerlərində“Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” aparılan statistik müayinəyəəsasən, 18 yaşadək erkən nikaha daxil olan qadınların 38,9 faizi şəhər, 61,1 faizi isə kənd yerlərində qeydə alınıb.
21 əsrdə qadın və uşaq hüquqlarının müdafiəsinin aktuallaşması, beynəlxalq təşkilatların, QHT-lərin, o cümlədən feminist meyillər, ailə-məişət, azyaşlıların cinsi isitsmarı ilə bağlı cinayət hadisələrinin artması, zorla ərə vermələr, bu kimi halların kiv-lərdə işıqlandırılması, ictimai nəzarət erkən nikahlar və erkən nikahlara qarşı mübarizə işində hüquq-mühafizə orqanlarının mübarizəsinin səmərəli olub-olmamasını gündəmə gətirir.
Ötən illər ərzindəRespublika üzrə törədilmiş azyaşlıların cinsi toxunulmazlığı və cinsi azadlığıəleyhinə olan cinayətlər, habelə azyaşlıları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə cinayətlərinin ibtidai istintaqı zamanı qanunların icrası vəziyyəti ümumiləşdirilməsi zamanıəldə edilmiş statistik məlumatlara əsasən müəyyən edilmişdir ki, azyaşlıların cinsi toxunulmazlığı və cinsi azadlığıəleyhinə olan cinayətlər üzrə artım dinamikası mövcuddur və Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə (152.1. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə ) törədilən cinayətlərin əksəriyyəti erkən nikah faktoru ilə bağlıdır.
Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir .
Mövcud problemlərdən danışarkən “qız qaçırma” adətini qeyd etməmək olmaz.Qüvvədə olan Cinayət Məcəlləsində isə “qız qaçırma” adəti CM-nin 144-cü“adam oğlurluğu” maddəsi kimi təsbit edilərək ağır cinayətlər kateqoriyasına aid edilib.Şəxsin iradəsinə zidd olaraq, evlənmək və ya başqa məqsədlə oğurlanması bütün hallarda adam oğurluğu kimi qiymətləndirilir.Əslində, məqsədin nə olmasında asılı olmayaraq, hətta evlənmək məqsədi ilə olsa belə, şəxsin iradəsinin əleyhinə oğurlanmasının “adam oğlurluğu” kimi qiymətləndirilməsi tamamilə düzgündü. Çünki bəzi hallarda evlənmək məqsədi ilə qız qaçıranlar daha irəli gedərək, qızın ata evinə qayıtmamasıüçün hətta onu zorlayır, onunla cinsi əlaqədə olmaqdan çəkinmirlər. Belə olan halda cəmiyyətin basqısı iləüz-üzə qalan qadın istəmədiyi şəxslə bir evdə yaşamağa məhkum olur. Qadının hüququnu qorunmaq əvəzinə, bəzən isə valideynlər də bu cinayətin ört-basdır olunmasında iştirak edir, evlənmək məqsədi ilə qaçırıldığına görə qızının başqa adama ərə gedə bilməyəcəyini düşünüb, övladlarını arzulamadığı adamla yaşamağa, nikaha daxil olmağa məcbur edirlər.
Demokratik inkişaf modelini seçmiş, hüquqi demoktatik dövlət quruculuğunu özünün prioritet istiqaməti hesab edən Azərbaycan Respublkikası insan hüquqları sahəsində bir sıra əhəmiyyətli konvensiyalara qoşularaq dünya standartlarına cavab verən qanunvericilik bazası yaratsa da, cəmiyyət olaraq əsrlərdən bəri formalaşmış və milli-mənəvi dəyərlər adı altında pərdələnmiş yanlış adət-ənənələri ram etməmiş, klassik nümunəvi Azərbaycan ailə modeli və milli-mənəvi dəyərlərini müasir dövrün tələbləri, dünyəvi qanunlarla uzlaşdıra bilməmişik. Erkən nikahlar və zorla ərə vermələrlə bağlı hüquq-pozmalar sahəsində hüquq-mühafizə orqanları bəzən digər preventiv qurumlar, təhsil müəssisələri, qht-lərlərləöz işlərini düzgün kordinasiya etməyərək səmərəli mübarizə apara bilmir, bu qəbilindən olan cinayət hadisələrinin qarşısı alınmamaqla, artıq qətl, intihar və s cinayət hadisələri baş verdikdən sonra hüquq-mühafizə orqanlarının işə qarışması ilə nəticələnir.
Nəzərə alınmalıdır ki, dövlət əksər hallarda məişət zorakılığı , erkən nikah problemlərini “ailənin daxili işi” hesab edir, operativ, qətiyyətli, təbdirlər görməli olduqları halda, passiv dayanır, “barışmaq”, “evlənmək” və s kimi təkliflər etməklə , milli-mənəvi dəyərlərə qarşı getməyə kobud dildə desək “cəsarət” etmirlər.
Hüquq-mühafizə orqanları, xüsusilə polis orqanlarıüçün qızıl qayda qabaqlayıcı tədbirlər görməklə arzuolunmaz halların qarşısını almaq olmalı, baş vemiş cinayət hadisələrinin istintaqında isə xüsusi həssaslıq və qətiyyətlilik göstərmək, əsla “milli-mənəvi dəyərlər adı altında formalaşmış yanlış adətlərin təsirinə düşməmək, qanun çərçivəsində zəruri olan bütün əməliyyat-istintaq tədbirlərini görməkdir.
Məişət zorakılığı, erkən nikahlar barədə polis və prokurorluq orqanlarına daxil olan ərizlərə xüsusi həssaslıqla yanaşılmalı, aidiyyatı dövlət orqanları (yetkinlik yaşına çatmayanların işləri üzrə komissiya, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi) cəlb edilməlidir.
Xüsusilə polis orqanlarında sahə müvəkillərinin bu işdə rolunun artırılması, aidiyyatı preventiv qurumlarla risk qrupunda olan azyaşlıların müəyyən edilməsi və s bu kimi işlər görülməlidir.
Eyni zamanda yetkinlik yaşına çatmayanlar üzrəərazi polis orqanlarında çalışan inspektorların da üzərinə müəyyən öhdəliklər düşür.
Valideynlər başa düşməlidir ki, övladlarının yerinə qərar qəbul etmək olmaz. Onlar övladlarına bir şəxsiyyət olaraq yanaşmalı, onlara seçim etməyə imkan verməli, psixoloji olaraq ailə qurmağa hazır olduqdan sonra ailə qurmağa “xeyir-dua” verməlidirlər.
Valideyn anlamalıdır ki, hər şeydən vacib övladının xoşbəxtliyidir. Bu baxımdan valideyn “qız yükü, duz yükü” prinsipi ilə, sterotiplərlə davranıb qız övladını elə tez “başından etmək”, “yükdən qurtarmaq” psinsipi ilə davranmamalıdır.
Eyni zamanda nəzərə alınmalıdır ki, artıq 18 yaşına çatmış oğlan və qız uşaq deyil, müstəqil fərddir və onun şəxsi həyatına müdaxilə yolverilməzdir. Valideyn əgər övladının tərbiyyəsi ilə maraqlanırsa, bunu övladının otağına, telefonuna və s şəxsi əşyalarına hədə-qorxu ilə, zor tətbiq etmək ilə baxmaq, axtarış aparmaq, onu hədə-qorxu ilə, zor tətbiq etməklə sorğu-sual etmək qanunla qadağan olunmaqla yanaşı , valideyn övlad münasibətlərinə mənfi təsir göstərərək arzuolunmaz hallara gətirib çıxara bilər. Valideyn bunu ehtiyyatla, inandırmaqla etməlidir, o, inandırmalıdır ki, övladı səhv yoldadır və ətrafında olan insanlar düzgün deyil.
Bu cür məsələlərdə məktəblərin rolu da çox vacibdir. Xüsusilə ,üumutəhsil məktəblərində cinsi maarifləndirmə dərslərinin keçirilməsi çoxdan dərs proqramlarına salınmalı idi. Bu məsələlərdə maarifləndirmə işini valideyn də etməlidir. Çox vaxt valideynlə övlad arasında dərin uçurum olur, uşaq öz problemlərini valideynlərinə deməyə cəsarət etmir və nəticədə arzuolunmaz hallar baş verir.
Sonda bir daha vurğulamaq lazımdır ki, əxlaq və hüquq normaları sabit qalmır, onlar tabu deyil və zamanla dəyişir. 21-ci əsrdə müasir informasiya texnologiyaları dövründə yaşadığımız vaxtda əsrlərdən bəri formalaşmış sterotiplərdən qurtulmalı, təhsiləönəm verməli, maarifləndirmə işini daha da təkmilləşdirməliyik. Mövcud yanlış adət-ənənələr və sterotiplər hüquq normalarımız və hüquq praktikamız hesabına sıradan çıxmalı, ictimai münasibətlər sağlamlaşmalı, əxlaq qaydaları ilə hüquq normalarıəksər hallarda üst-üstə düşməlidir. Bu işdə hüquq-mühafizə orqanlarının rolu əhəmiyyətlidir.
Laçın rayon Prokurorluğu