Ölkə Prezidenti cənab İlham Əliyevin Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsi
Müzəffər Azərbaycan ordusu
Ölkə Prezidenti cənab İlham Əliyevi 29.10.2020-ci il tarixdə Rusiyanın “İnterfaks” agentliyinə müsahibə vermişdir. Müsahibəsində Azərbaycan ordusunun şərtsiz üstünlüyünü qeyd edən dövlət başçısı, Azərbaycan Ordusunun döyüş meydanında özünün üstünlüyünü sübut etdiyini bildirmişdir. Belə ki, işğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olunması bunu bir daha göstərir. Qeyd edilmişdir ki, hazırda Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Sevindirici haldır ki, ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.
Rəsmi İrəvanın siyasəti artıq ifşa olunub
Dövlət başçısı müsahibəsində siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirən Ermənistan hakimiyyətinin mənfur siyasətinin artıq ifşa olunduğu bildirilib. Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır deyə bildirən dövlət başçısı təəssüf ki, atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdiridiyini bildirmişdir.
Haqlı olaraq qeyd olunub ki, artıq atəşkəsi 3 dəfə pozan Ermənistana etibar etmək çətindir. Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Lakin, atəşkəsi üç dəfə pozan rəsmi İrəvan öz təxribatlarını dayanmadan davam edir. Erməni hərbçilərin hədəfi isə əsasən mülki əhalidir. Qeyd olunan amil sadəcə təxribat deyil, hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması isə terror aktıdır deyə qeyd olunmuşdur.
Dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumların hərbi cinayət olduğunu bildirən ölkə Prezidenti bu baxımdan rəsmi İrəvanın hərbi cinayətkar olduğunu bildirmişdir. Ermənilərin atəşləri nəticəsində 91 dinc vətəndaş həlak olduğunu, 300-dən çox adamın isə yaralandığını qeyd edən dövlət başçısı, budur, erməni faşizminin siması deyə bildirmişdir.
Başqa ölkələrin arxasında gizlənmək Ermənistanın dövlət siyasətidir
Müsahibəsində, dövlət başçısı rəsmi İrəvanın bütün dövrlərdə başqa ölkələrin arxasında gizlənməyə nail olduğu qeyd edilməklə, onların problemlərini başqa ölkələr həll etdiyi, müasir erməni dövlətinin ideologiyasının da, əslində, bundan ibarət olduğu bildirməklə bu ideologiyanın çox dərin tarixi köklərə malik olduğunu qeyd etmişdir.
Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır deyə bildirən dövlət başçısı qeyd edir ki, son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Odur ki, Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır deyə qeyd olunmuşdur.
Dövlət başçısı müsahibəsində Paşinyan siyasətinin Ermənistanın suverenliyinə təhlükələr yaratdığını bildirərək, Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiyanın təşkil etməsini, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürülməsi və sair açıq təxribatlar Ermənistan üçün yeni təhlükələrin yaradılmasına xidmət etdiyini bildirmişdir.
Dağlıq Qarabağa həyat qayıdacaqdır
Müsahibəsində Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmalıdır deyə bəyanat verməsi azərbaycanlıların təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlərboyu yaşadıqları ərazilərə, torpaqlara qayıdacaqlarını bildirmişdir.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar yaradılacaqdır. Dəymiş ziyanın hesablanması üçün yaradılacaq bu komendaturalar tərəfindən hər şey inventarlaşdırılacaq, vurulmuş ziyan qiymətləndiriləcək və sonra vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaqdır. Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən Azərbaycanı dayandıra biləcək maddi maneə yoxdur deyə ölkə Prezidenti vurğulamışdır.
Azərbaycan öz tolerantlıq ənənələrinə sadiqdir deyə bildirən dövlət başçısı Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi birgə yaşayacağını qeyd etmişdir. Tarixən iş elə gətirib ki, artıq 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır. Ermənilərin Şərqi Anadoludan və İrandan köçürülməsi tarixini hər kəs bilir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalıdırlar. Mehriban qonşuluq şəraitində Erməni əhalisi də həmin torpaqda yaşamalıdır deyə bir daha vurğulamışdır. ;
Beynəlxalq təşkilatlar münaqişənin həllinə öz töhfələrini verməlidirlər
Ölkə Prezidenti müsahibəsində Minsk qrupunun özünü doğrultmadığını qeyd etməklə BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu olmadığını bildirib. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurduğu qeyd olunmuşdur. Münaqişəni nizamlamaq üçün formal məsələlərdən qaçmaq lazımdır deyə bildirən dövlət başçısı Minsk qrupu indiki kimi öz işini davam etdirə biləcəyini qeyd etməklə, ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazım olacağını bildirmişdir.
Müsahibəsində, Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır deyə vurğulayan dövlət başçısı həmsədr ölkələr Ermənistana qarşı siyasi təzyiq göstərməyinin vacibliyini qeyd etmişdir. Həmsədr ölkələr təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər.
Münaqişənin həlli regionun sürətli inkişafına səbəb olacaqdır
Cənab Prezident müsahibəsində bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər deyərək, əgər neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcəyini bildirmişdir.
Hazırda regionun inkişafı üçün müsbət əməkdaşlıq formatı yaradıldığını qeyd edən dövlət başçısı Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yarandığını bildirmişdir. Sözügedən amilin tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmli olduğunu bildirmişdir.
Hazırda Türkiyə və Rusiyanın yaxınlaşmasının strateji əhəmiyyət kəsb etdiyinə diqqət çəkən dövlət başçısı, Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olduqlarını bildirmişdir. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir. Ölkə Prezidentinin müsahibəsində Türkiyə ilə Rusiyanın səylərinin birləşdirməsi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirəcəyi xüsusilə vurğulanmışdır.
Münaqişənin davam etməsi heç kimin marağında deyil
Cənab Prezident müsahibəsinin sonunda regiona sülhməramlıların göndərilməsinə münasibət bildirərək bunun nizamlamanın sonuncu mərhələsində ola biləcəyini bildirmişdir. Belə ki, işğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda sülhməramlıların göndərilməsiməsələsi aktuallaşa bilər deyə qeyd etmişdir. Həmçinin, erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacağını istisna etməmişdir.
Müsahibədə, münaqişənin nizamlanmasındaTürkiyənin rolu olmalıdır sualına aydınlıq gətirən dövlət başçısı, Türkiyənin qardaş dövlət olduğunu vurğulayaraq , Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri olduğunu bildirmişdir. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir. Türkiyə həm də tamamilə müstəqil xarici siyasət yürüdür deyə müsahibədə qeyd olunmuşdur.
Dövlət başçısı bütün hallarda Azərbaycanın münaqişənin beynəlmiləlləşməsinin tərəfdarı olmadığını qeyd edərək, Ermənistanın isə əksinə münaqişənin beynəlmiləlləşdirə biləcək təxribatlar edir və bu onun arzusudur deyə bildirmişdir. Region ölkələri Rusiya, Türkiyə, İran və Gürcüstan, - təbii ki, Azərbaycanın bu ölkələrlə etimada əsaslanan sıx tarixi, mədəni, siyasi münasibətləri var, odur ki, təcavüzkarın dəyirmanına su tökən hər hansı hərəkətlərdən onların mütləq çəkinəcəkləri bildirilmişdir.
Müsahibəsində Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılması məsələsinin mümkünsüzlüyünə açıqlama verən dövlət başçısı Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt bu barədə heç bir referendum olmayacağını bildirdirərək qeyd etmişdir ki, təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz.