Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Prezidenti cənab İlham Əliyevin xalqa müraciəti

29 oktyabr 2020 | 16:00

Ölkə  Prezidenti cənab  İlham Əliyev ikinci Qarabağ müharibəsinin   xalqımız üçün Vətən müharibəsi olduğunu bildirərək,  Azərbaycan ordusunun  döyüş meydanında tarixi ədaləti bərpa etdiyini, bu mübarizədə şanlı Azərbaycan Ordusunun  bir çox yaşayış məntəqələrini düşməndən azad etdiyini bildirmişdir. 
Müraciətində dövlət başçısı sonuncu azad edilmiş yaşayış məntəqələrinin siyahısını xalqa bəyan etməsi əhali tərəfindən yüksk sevinlə qarşılanmışdır. 
Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd
Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər.
Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri.
Bildiririk ki, müraciətdə göstərilənlər ölkə əhalisi kimi laçınlılar tərəfindən də yüksək əhval ruhiyyə ilə qarşılanmışdır. Belə ki, bununla azad edilən yaşayış məntəqələrinin sayı 150-yə yaxınlaşması, beş ilə (1988-1993-cü illər) işğal olunmuş, təxminən 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan ordusunun qüdrətinin göstəricisi olmaqla, ordu quruculuğu sahəsində dövlət başçısı cənab  İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının gücləndirilməklə ordunun modernləşdirilməsi, təchizatı, ölkədə hərbi-sənaye potensialının yaradılması xüsusi rol oynamışdır.
Müraciətdə cənab Prezident, Dağlıq Qarabağın əzəli, tarixi Azərbaycan torpağı olmasını  bildirməklə, erməni lobbi təşkilatları tərəfindən  həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürülərək dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bildikləri qeyd olunmuşdur.  Məhz buna görə, torpaqları işğal olunan Azərbaycana qarşı sanksiyalar tətbiq edildiyi bildirilmişdir.
Bununla əlaqədar Qarabağ tarixini dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Bu işlər sayəsində artıq dünyada məsələ ilə bağlı daha obyektiv təsəvvür vardır.
Ölkə Prezidenti  Münhen Təhlükəsizlik Konfransında, Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda,Vyanada,  Astanada diskussiya və çıxışlarındaDağlıq Qarabağla bağlı həqiqətləri səsləndirməsi dünya ictimai rəyinin lehimizə dəyişməsinə mühüm töhfə vermiş, erməni məkrini beynəlxalq aləmdə konkret tarixi faktlarla ifşa etmişdir. 
Müraciətində tarixə ekskurs edilərək,  Kürəkçay sülh anlaşmasında erməni xalqı haqqında bir kəlmə də olmadığını qeyd edən dövlət rəhbəri çünki erməni xalqı o vaxt orada yox idi deyə bildirmişdir.  Həmçinin erməni xalqının Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildiyi qeyd olunmuşdur.
Məqsəd isə imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq və yeni reallıq yaratmaq idi.
Müraciətdə, Qafqaz bürosunun 1921-ci ilprotokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Halbuki bütün bu illər ərzində saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb Azərbaycana veribdir.
Azərbaycan sovet dövründə də bölgəyə böyük investisiya qoyub və erməni əhalinin diskriminasiyasından söz gedə bilməz. Münaqişə başlayanadək ermənilərin Dağlıq Qarabağda bütün mədəni, sosial və mümkün siyasi hüquqları təmin olunub.
Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdırdıqları bildirilmişdir.
Eyni zamanda Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi yaradıldı ki, bu da faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün zəmin yaradırdı.
Müraciətdə bildirilir ki,  o vaxt kı Azərbaycan rəhbərliyinin qeyri-adekvat davranışı münaqişənin qarşısını vaxtında almağa imkan verməmişdir.
Qeyd olunur ki, 1992-ci ilin may ayında Şuşa və Laçının itirilməsi, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratmışdır.
Bildiririk ki, Prezidentin çıxışı həm daxili auditoriyaya, həm Ermənistan ictimaiyyətinə, həm də beynəlxalq ictimai rəyə hesablanıb. Prezident daxili auditoriyanı həm 20-ci əsrin əvvəllərinin, həm də 1988-ci ildən sonrakı dövrün səhvləri haqqında məlumatlandırır, beynəlxalq ictimai rəyi həqiqətlərlə maraqlanmağa məcbur edir,  Ermənistan ictimaiyyətini isə miflərdən xilas edib tarixi, hüquqi və ordumuzun yaratdığı hərbi reallıqları qəbul etdirməyə çalışır.
Odur ki, ölkə Prezidentinin  çıxışında  Dağlıq Qarabağ münaqişəsinin həm tarixi, həm də hüquqi incəlikləri müfəssəl izah edildiyindən, çıxış həm ictimai fəallar, həm gənclər,həm də diplomatlar üçün fəaliyyət proqramı kimi istifadə edilməlidir.
Ölkə Prezidentinin müraciətində haqlı olaraq Minsk qrupunun fəaliyyətinə müsbət qiymət vermək olmaz deyə bildirilmişdir. Çünki bu illər ərzində  Minsk qrupu işğalçıya təzyiq etməyib və etmək də istəməyibdir deyə vurğulanmışdır. 
Qeyd olunub ki, Minsk qrupu həmsədri olan üç ölkə məsələni həll etmək istəsəydi, Ermənistana sanksiyalar tətbiq edərdi. Minsk qrupu həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, istənilən məsələni həll edə bilərlər.
Minsk qrupu Ermənistanın qanunsuz məskunlaşma aparmasına etiraz etməyib.
Hansı ki, qanunsuz məskunlaşma beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir. Minsk qrupunun cinayətə susması torpaqlarımızı erməniləşdirməyə, Azərbaycan mədəni irsini silməyə təşviq mesajı olmaqla qətiyyətlə pislənilmişdir. .
Qeyd olunub ki, 28 il ərzində danışıqların imitasiyası olunaraq bununla Azərbaycanı vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də hesablaşmalısınız.
Müraciətdə bildirilir ki, hazırda öz torpaqlarını işğalçılardan azad etməyə başlayan Azərbaycana böyük təzyiq göstərirlər. Baxmayaraq ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir deyə qeyd olunmuşdur. Həmçinin təəssüflə bildirilir ki, Minsk qrupunun bütün fəaliyyəti indi təcavüzkar, Xocalı soyqırımını törədən, Gəncəni  ballistik raketlərlə bombalayanErmənistanı xilas etməkdir.
Müraciətində vasitəçi neytral olmalıdır deyə qeyd edən dövlət başçısı, neytral deyilsə, öz namizədliyini geri götürməli olduğunu bildirmişdir.
Müstəqilliyimizin ilk mərhələsində haqsız olaraq  Minsk qrupunun həmsədri olan Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir.
Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasında digər üzv   ölkələrə böyük təzyiqlər edərək yeni sənəd qəbul olunmasına çalışıb.  Məqsəd 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələri qüvvədən salmaq olub.  Bu yenə də işğalçıya dəstək göstərilməsi cəhdidir. Qoşulmama Hərəkatına üzv ölkələrbuna imkan vermədilər, bizə dəstək göstərdilər.
Ölkə Prezidenti haqlı olaraq göstərir  ki. bütün başqa məsələlərdə maraqları daban-dabana zidd olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ məsələsində mövqelərinin üst-üstə düşməsi sual doğurur.
Beləliklə hər kəsə məlum olmalıdır ki, Minsk qrupunun fəaliyyəti Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb. Minsk qrupunun üzvlərindən Fransa açıq şəkildə ermənipərəst mövqe tutur, parlamenti erməni soyqırımını tanıyır, ölkədə islamofobiya və türkofobiyadövlət siyasəti səviyyəsinə   qaldırılıb, son hadisələr zamanı isə erməni feykləri beynəlxalq gündəmə Fransa prezidenti vasitəsilə gətirilir. Rusiya Ermənistanı silahlandırır, hətta atəşkəs vaxtı belə təcavüzkarı silahlandırmaqda davam edir. ABŞ uzun illər Dağlıq Qarabağdakı işğalçı rejimə birbaşa yardımlar ayırıb, prezidentliyə namizədlər  ABŞ-dakı erməni əsilli seçicilərin maraqlarını ABŞ-ın regiondakı maraqlarından üstün tutur, Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edib. Beləliklə, heç bir həmsədr Azərbaycana qarşı qərəzsiz  deyil. Haqlı olaraq Azərbaycandakı siyasi partiyalar və ictimai–siyasi fəallar Minsk qrupunun fəaliyyətinə etiraz edirlər. Qoşulmama Hərəkatının verdiyi dəstək Azərbaycanın müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq etməsinin, çoxvektorlu diplomatiyasının effektivliyini də sübut etdi. Eyni zamanda göründü ki, əsasən Qərbin dominantlığı ilə yaranmış müasir dünya nizamı əbədi deyil, “dünya 5-dən daha böyükdür”.

Müraciətdə atəşkəs rejiminin  Ermənistan tərəfindən daim pozulduğu qeyd olunmaqla oktyabr ayının 10-da birinci atəşkəs qüvvəyə mindiyi, Azərbaycan tərəfi  həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün buna razılıq verdiyi bildirilmişdir. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi namərd şəkildə, gecə vaxtı Gəncəni bombalamaqla kobudcasına pozdu bildirilib.
İkinci atəşkəsin isə oktyabrın 17–də elan olunduğu, yenə də iki dəqiqədən sonra Ermənistan atəşkəsi pozdu qeyd olunub. 
Oktyabrın 26-sı səhər saat 8-dən üçüncü atəşkəs elan olunsa da ancaq səhər saat 9-da artıq atəşkəs Ermənistan tərəfindən pozulmuşdur deyə vurğulanıb.
Müraciətdə o da qeyd olunub ki, hər bir pozuntu qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər atəşkəsi nə qədər pozublar.
Ölkə Prezidenti cənab İlham Əliyev müraciətində Azərbaycan tərəfinin şərtlərini bir daha açıqlayaraq bildirmişdir ki, münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır.

Bildirilir ki,  cədvəl verilməli, Ermənistanın neçə gündən sonra hansı rayondan çıxacağı cədvəldə göstərilməlidir(Ermənistan bu cədvəli verməyib).

Müraciətdə bir daha göstərilir ki, döyüş meydanında diz çökən Ermənistan atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək, yenə də silahlanmaq  və yeni işğalçılıq siyasəti aparmaq istəyir. Son bir ay ərzində Ermənistana kütləvi surətdə müxtəlif növ silahlar göndərilir. Atəşkəsi istəyənlər  Ermənistanı silahlanıdrmağı dayandırmalıdır.

Müracitində hazırda münaqişənin həlli üçün hüquqi bazanın  kifayət qədər geniş olduğunu bildirən dövlət başçısı,  BMT Təhlükəsizlik Şurasının qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatların analoji sənədləri. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa olduğuna diqqət çəkərək, bu  hüquqi baza imkan verir ki,   döyüş meydanında düşmənə dərs verək deyə bildirmişdir.  

Cənab prezident Azərbaycanın məsələnin hərbi-siyasi yollarla həllinə hazır olduğunu bildirərək  bunun yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini reallaşdırmalı olduğunu xüsusilə qeyd etmişdir.

Xalqa müraciətində Dağlıq Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır deyə qeyd edərək, Azərbaycan xalqının  tolerant xalq olduğunu bir daha bildirmişdir. Hərbi mərhələnin  başa çatması üçün azərbaycanlılar Şuşaya, Xankəndinə, əvvəllər yaşadığı bütün başqa yerlərə qayıtmalıdır. Erməni əhali üçün şərait yaradılacaq, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik. Azərbaycan Prezidentinin bu yanaşması həm əxlaqa, həm beynəlxalq hüququn normalarına əsaslanır. 

Ölkə Prezidenti bir daha  bəyan etmişdir ki, indi vasitəçi ölkələr artıq beş rayonun azad edilməsindən danışa bilməzlər, 5 rayonun artıq 4-ü(Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı) bizədir. Bu rayonların böyük hissəsi bizdədir. Keçmiş Hadrut - indiki Xocavənd rayonunun bir hissəsi bizdə olduğunu bildirmişdir. 

Dövlət başçısı müraciətində Azərbaycanın  danışıqların əleyhinə olmadığını qeyd edərək, Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Cenevrədə görüşəcəklərini bildirmişdir. Həmçinin görüşün keçirilməsinə etirazı olmadığını  qeyd edən dövlət başçısı son  28 il ərzində o qədər mənasız görüşlərin olduğunu bildirərək taki bunun mənası olmasını arzulayaraq  Azərbaycanın yaratdığı  yeni bir reallıqla  hər kəsin  hesablaşmalı olacağını bildirib. 
Odur ki, ölkə Prezidenti cənab İlham Əliyevin geniş izahından  sonra açıqlanan şərtlərlə“5 rayon + 2 rayon” formatının, “Kazan formulu” adlanan danışıqlar mövzusunun arxada qaldığı aydın olur. Azərbaycan Prezidenti danışıqların mənalı olmasını, yeni istiqamətini, vasitəçilərin yeni tərkibini və yeni predmetinin təklif edilməsini istəyir. Yeni yanaşma Azərbaycanın hərb meydanında öz hüquqlarını bərpa etməsi reallığına uyğun olmalı, bunun təcavüzkar tərəfindən qəbul edilməsinə xidmət etməlidir. Həmsədrlərin məşğul ola biləcəyi fəaliyyət barədə həm müsahibələrində, həm son müraciətdə açıq istiqamət var- Azərbaycanın dəyişdiyi reallıqları qəbul edib danışıqları bu reallıqları təcavüzkara qəbul etdirmək,  erməni tərəfini mədəni muxtariyyət, iki icmanın birgə yaşayışı və bələdiyyə muxtariyyətləri çərçivəsində həllə razı  salmaq. Bunun mədəni dünyanın standartlarına uyğun olması, o cümlədən Regional Dillər və ya Azsaylı Xalqların Dilləri üzrə Avropa Xartiyası, Avropa Şurasının Etnik  Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyasına və digər beynəlxalq hüquqi aktlara uyğunluğu izah olunmalıdır.Əksinə, Ermənistan tərəfi keçmiş prezidentlərin və indiki baş nazirin dili ilə azərbaycanlılarla birgə yaşamağın mümkün olmadığı kimi irqçi fikirlər təlqin edir.

Ölkə başçısının müraciətində Ermənistanın hərbi itkiləri  barədə ətraflı məlumat verilərək bildirilib ki,  252 tankı  məhv edilib,  53 tankın qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda.
50 piyadaların döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd.
251 müxtəlif çaplı top məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275.
61 minaatan məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106.
53  tank əleyhinə vasitə məhv edilib.
82 “Qrad” qurğusu məhv edilib.
2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib.
Zenit-raket kompleksləri - 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2 “S-125” qurğusu məhv edilib. “S-300” ən bahalı qurğulardan biridir, 6 “S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator.
Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib.
Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobili.
Belliklə qeyd olunub ki, Ermənistan iflas həddinə çatıb. Haradandır bu pul, haradan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər desinlər ki, pullar haradan gəlir? Deyə müraciət edrək o silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir ay ərzində onların nə qədər malı batıb?
Bununla yanaşı qeyd olunub ki, bizim pulumuz var, hər şey şəffafdır. Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank rezervləridir. Onlardan istifadə edə bilməz. Əgər istifadə etsə, onların dırnaqarası valyutası da kəllə-mayallaq gedəcəklərini bildirən Prezident əgər Ermənistana maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstə dura bilməyəcəklərini bildirmişdir.
Qeyd olunmalıdır ki, bu rəqəmlər sadəcə itki və qənimətləri əks etdirmir, Ermənistanın çöküşünün  sürətlənməsini və onun süni yolla ayaqda saxlamağa çalışan dünya güclərinin ikili standartlarını əks etdirir.
Arayış. Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanmış və 1992-ci il noyabrın 9-da qüvvəyə minmişdir.  Sənəd üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın azaldılma mexanizmlərini də göstərirdi. SSRİ-nin Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi əsasında mövcud olan kvotasını bölüşdürərkən Ermənistan və Azərbaycanın hər birinin payına 220 tank, 220 zirehli döyüş maşını, 285 artilleriya qurğusu, 100 döyüş təyyarəsi və 50 zərbə helikopteri düşmüşdü. İndiyədək  Yerevan kvotanın pozulmasını inkar edirdi.Beynəlxalq hesabatlara görə, Ermənistanın  aldığı silahların  böyük hissəsi Dağlıq Qarabağda  anbarlarda gizlədilib. Ortaya çıxan hərbi texnikanın siyahısı Ermənsitanın və onu silahlanıdrınların müqavilənin şərtlərini kobud şəkildə pozduğunu göstərir.
Bu günlər Ermənistan tərəfindən humanitar yardım adı altında mülki aviasiya vasitəsilə  Ermənistana silahların daşınması həyata keçirilir. 1944-cü ildə Çikaqoda qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 4-cü maddəsinə görə, Konvensiyaya tərəf olan hər bir dövlət mülki aviasiyadan Konvensiyaya uyğun olmayan məqsədlər üçün istifadəetməməlidir. 
Ölkə Prezidenti xalqa müraciətində mövcud Ermənistanın idarə edən şəxslərinə diqqət çəkərək Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən, özünü böyük sərkərdə kimi aparan Ermənistan baş naziri indi yıxılıbdır onun-bunun ayağının altına kömək istəyir, imdad diləyir, özünü və xalqını alçaldır deyə bildirmişdir.
Cənab Prezident haqlı olaraq bir daha tələb etmişdir ki, Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, Dağlıq Qarabağdan çıxıram.
Ermənistanın yeni hökuməti Paşinyanın simasında deyir ki, Ermənistanı idarə edən adamlar cinayətkardır.  Paşinyana qədər 20 il ölkəni idarə edənlər cinayətkardırsa, bu ölkə cinayətkar ölkədir deyə vurğulamışdır. 
Eyni zamanda dövlət başçısı müraciətində xxarici medianın antiazərbaycan mövqe tutmasını, erməni lobbisinin təsiri altında olduğunu bildirərək onlarında bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar yazdıqlarını qeyd etmişdir.
Birmənalı olaraq media mənsubları tərəfindən  Ermənistanda indiyədək hakimiyyətdə olan şəxslərin hərbi cinayətləri haqda yazılar davam etməli, Paşinyanın qeyri-adekvatlığıgöstərilməlidir. Qərb mediasının isə erməni lobbisinin islamofobiya və türkofobiya təbliğ  edən dairələrin əlində alət olması,indiyədək Qərbin yüksək media standartları haqda deyilənlərin puç olmasını sübuta yetdiyi qeyd olunmalıdır.

Azərbaycan tərəfinın xəbərdarlığı:
Dövlət rəhbəri müraciətində F-16-lar barədə qeyd edərək onların  təlimlər üçün gəlib və müharibə başlayanda türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar deyə bildirmişdir. Həmçinin xəbərdarlıq olunub ki, Azərbaycana kənardan təcavüz olarsa, qarşılarında  F-16-ları görəcəklər.
Habelə bildirilib ki, Azərbaycan tərəfi bir tərəfdən atəşkəs deyib digər tərəfdən Ermənistana silah göndərilməsinə səssiz qalmayacaqdır.
Qeyd olunub ki, əgər Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun!
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar.
Eyni zamanda Ermənistanın havadarları bu saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın. Bir sözünüzlə çıxa bilər, bir sözünüzlə.
Kimin günahı var, o cavab verir və  Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır deyə bildirən Prezident Xocalı soyqırımını törədən cinayətkarların son bir ay ərzindəki bu döyüşlərdə artıq məhv edildiyini, ədalətin  zəfər çaldığını vurğulamışdır.
Bildirilib ki, Azərbaycan xalqı bu münaqişədə ədalətsiz mövqe tutanları unutmayacaq. Bəyan edilib ki, Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər.
Dünya artıq əvvəlki dünya deyil, güc amili ön plana çıxır. İndi böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoymur, BMT Təhlükəsizlik Şurasına məhəl qoymur, istədiklərini edirlər. Halbuki biz beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik.
Hazırda ədalət və beynəlxalq hüququn  bizim tərəfimizdə olduğunu bildirən Prezident ordumuzun axıra qədər gedəcəyini,  düşməni bundan sonra da qovacağını qeyd etməklə bizim haqlı və güclü olduğumuzu bildirmişdir.
Müraciətində heç bir qüvvənin  Azərbaycanı yolundan döndərə bilməyəcəyini qeyd edən dövlət rəhbəri, döyüş meydanında əldə edilmiş uğurların danışıqlar masasında da yeni reallıq yaradığını bildirib. Qeyd olunub ki, biz haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!
Azad olunmuş kəndlərdən bir şey qalmayıb.Azərbaycan xalqının, dövlətinin  onları bərpa etməyə  gücü çatacaq deyən  Prezident  əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik deyə vurğulamışdır. .
Müraciətinin sonunda həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik deyən ölkə Prezidenti  düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq deyərək bir daha  Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Şüarlarını səsləndirmişdir.
Bildiririk ki, ölkə Prezidentinin  xəbərdarlıqları kifayət qədər konkret və ünvanlıdır. Beynəlxalq hüquqa, xalqın həmrəyliyinə söykənir. Gələcəkdə Azərbaycanda iqtisadi maraqları olan dövlətlər ədalətli mövqe tutmayacaqları halda əməkdaşlıq edilməyəcəyi haqda xəbərdar olunurlar.Bu, ikinci Qarabağ müharibəsi başlayandanPrezidentin xalqa 5-ci müraciəti idi, amma bu dəfə daha sərt və açıq danışdı.  Prezidentin həmsədrləri – Bakıya təzyiq edən, müharibəni dayandırmağımızı istəyən, Ermənistanı silahlandıran böyük dövlətlərin açıq şəkildə ifşa etməsi cəbhədəki vəziyyətə uyğundur.Son müraciətdə bu qədər emosional notlarla köklənmiş çıxış həlledici məqamın yetişdiyini göstərir. Prezident müraciətdən bir gün əvvəl Mərkəzi Komanda Məntəqəsində keçirilən müşavirədə yubanmaları tənqid etməsi  ilə orduya “vaxt itirməyin” göstərişi verərək, düşmənə son zərbəni hazırlayır.Həlledici məqamda mane olacaq ölkələrə də F-16-ları xatırlatmaqla  son mesajını göndərir. Bir daha məlum oldu ki, işğala son qoymaq üçün sona qədər gedəcəyik: ola biləcək danışıqlar, yaxud atəşkəs sadəcə formal xarakter daşıyacaq, masada müzakirə gedərkən, əsgər cəbhədə döyüş tapşırığını yerinə yetirir.Vətən müharibəsi qələbəyə qədər davam edəcək.İlham Əliyev cənabları bir ay ərzində itirilmiş torpaqların mühüm hissəsində ölkəsinin bayrağını, xalqının milli ruhunu, qürurunu, özünə inamını, Ali Baş Komandanı olduğu ordusunun qüdrətini, Prezidenti olduğu ölkəsinin nüfuzunu, master-klass səviyyəsində müsahibələri ilə beynəlxalq imicini, xalqa müraciətlərində isə xalqın qəlbindəki məqamını ucaltdı.
Beləliklə, cənab Prezidentin verdiyi mesajlar həm Azərbaycan cəmiyyətini səfərbər etməyə, həm Ermənistanda daxili ziddiyyətləri körükləməyə, həm də Ermənistanın himayədarlarının beynəlxalq ictimai rəydədiskreditasiyasına hesablanıb.Müşahidələr göstərir ki, qarşıya qoyulmuş məqsədlərə əsasən nail olunur, amma vətəndaş cəmiyyəti institutları və medianın bu istiqamətdə səfərbər olmasına indi hər zamankından daha çox ehtiyac duyulur.

Keçidlər