İcra Hakimiyyəti başçısının səyyar qəbulları keçirilmişdir.
2013-cü il 29 iyul tarixdə İsmayıllı rayonunun Pirdinar kəndində, İsmayıllı və Qəbələ şəhərlərində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulları keçirilmişdir.
Keçirilən qəbullarda həmin ərazilərdə müvəqqəti məskunlaşan məcburi köçkünlər, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak etmişlər. Dövlət başçısı tərəfindən məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayan rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ölkədə və rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən, məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən geniş söz açmışdır.
Bu səyyar qəbullarda 220 nəfər iştirak etmiş, 36 nəfər məcburi köçkünün müxtəlif mövzularda müraciətləri dinlənilmişdir.
Vətəndaşların müraciətləri dinlənildikdən sonra qaldırılmış məsələlərin qısa zamanda həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilmiş, bir neçə məsələ isə yerindəcə həll edilmişdir.
Səyyar qəbul zamanı çıxış edənlər ölkədə aparılan quruculuq işlərindən, eyni zamanda məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının apardığı məqsədyönlü siyasətdən yüksək səviyyədə öz razılıqlarını bildirmişlər.