Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Prezidenti cənab İlham Əliyevin ABŞ-ın “FoxNews” televiziya kanalına müsahibəsi

29 oktyabr 2020 | 16:00

Hərbi əməliyyatlara Ermənistan başlayıb və məqsədi danışıqlar prosesini tamamilə pozmaq idi

Ölkə Prezidenti cənab  İlham Əliyevin 26.10.2020-ci il tarixində ABŞ-ın “FoxNews” televiziya kanalına verdiyi müsahibəsində Sentyabrın 27-də döyüşlərə başlayanın Azərbaycan olmadığını bildirməklə, təəssüflə bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsinin bu məsələni qaldırmadığnı bildirib. Qeyd olunub ki, atəşkəsi pozan Ermənistan olmuşdur ki, bunun da məqsədi  danışıqlar prosesinə zədə vurmaqdan ibarətdir.
Bildirilib ki,  Ermənistanın hələ  avqustda hərbi cəhətdən  Azərbaycanın mövqelərinə nüfuz etmək, mülki şəxslərə və hərbi qulluqçulara hücum etmək üçün diversiya qrupu göndərdi. Sentyabrın 27-də onlar ağır silahlardan artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur.
Qeyd edilib ki, bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüş, 300 nəfər mülki şəxs yaralanmışdır. Hücuma başlayan Ermənistan qarşı  Azərbaycanın özünü müdafiə etməli və cavab verməli olduğu bildirilmklə, cavabın çox adekvat olduğu,  nəticədə işğal olunmuş ərazilərin mühüm hissəsi azad edildiyi bildirilib.

Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır

Dövlət başçısının müsahibəsində bildirilir ki,  Azərbaycanın verdiyi reaksiya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur. Belə ki, 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Odur ki, Azərbaycanın verdiyi cavab Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə tamamilə uyğundur.

Sülh planında muxtariyyət yox idi

Ölkə Prezidenti müsahibədə onu da göstərib ki, vasitəçilər tərəfindən - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı heç bir plan təqdim olunmayıb. Bu qədər. Sülh planında təklif var idi, muxtariyyət əsla yoxdur.
Eyni zamanda qeyd olunur ki, sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, - bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır ki, həmin şəxslərin ata-baba yurdlarına -  qaytarılması qeyd olunurdu  deyə bildirilib.
Həmçinin bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdur, müharibədən əvvəl orada 40 min azərbaycanlı var idi, Dağlıq Qarabağ ətrafında olan yeddi rayondan bütün azərbaycanlılar – yəni 700 min nəfər qovulduğu bildirilmişdir.

Azərbaycan müharibədə məğlub olmamışdı

Ölkə Prezidenti cənab İlham Əliyev müsahibəsində  Azərbaycan  müharibədə məğlub olmadığını, sadəcə  döyüşdə uduzduğunu bildirməklə bunun  da obyektiv səbəblər üzündən olduğunu bildirmişdir. Belə ki, həmin dövrdə  Azərbaycanda daxili qeyri-sabitlik olduğu qeyd edilməklə  Ermənistanın  da bundan sui-istifadə etdiyi bildirilmişdir.
Müsahibədə dövlət rəhbəri bildirib ki,  elə həmin dövrdə də  Ermənistana açıq xarici dəstək verilirdi. Hazırda  Azərbaycanın  müharibəyə başlamadığına diqqət çəkən ölkə Prezidenti, yalnız  Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun  hər bir ölkənin özünümüdafiə hüququnu təmin etmək hüququndan istifadə etdiyini bildirmişdir.  Azərbaycanın etdiyi odur ki, özünü müdafiə edir və beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edir. Bundan artıq heç bir şey etmir. Dağlıq Qarabağda yaşayan ermənilər vətəndaşlarımızdır, onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar deyə qeyd olunmuşdur.

Azərbaycan humanitar atəşkəs şərtlərinə əməl edir

Müsahibədə  Azərbaycanın  atəşkəsə həmişə  hazır olduğu qeyd edilməklə,  oktyabrın 10-da Moskvada Xarici İşlər naziri, Ermənistanın Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdikləri bildirilib.  Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum etdiyi bildirilmişdir. 
Qeyd olunub ki, yenə də  Azərbaycan sadəcə atəşkəsin pozulmasına cavab verdi. Çünki atəşkəs barədə iki dəfə razılaşma əldə edilmişdi. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu. Azərbaycanın atəşkəsi pozması barədə heç bir sübut olmadığı bildirilib.

Azərbaycan yenidən atəşkəsə hazırdır

Qeyd olunub ki,  Azərbaycan atəşkəsə yenə də hazırdır. Bu ölkə prezidenti tərəfindən dəfələrlə dilə gətirilib. Ermənistan, onun baş naziri, onların Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiq olduqlarını bildirmək əvəzinə təəssüf ki,  iki gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli olmadığını bildirmişdir.
Bildirilib ki, Azərbaycan atəşkəs və torpaqlarının qaytarılmasını istəyir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməli olduğu halda   onun  bunu etmədiyi qeyd olunur.

Azərbaycan mülki şəxslərə və obyektlərə hücum etmir

Dövlət başçısı müsahibəsində bildirib ki,  Azərbaycan mülki şəxslərə və dini məkanlara hücum etmir. Şuşada kilsədə baş verənlər ya səhv olub, - buna Azərbaycan rəhbərliyi rəsmi münasibət bildirib, ya da Azərbaycanı günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədildiyi qeyd olunub.
Qeyd olunub ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın paytaxtı Xankəndidə hərbi hədəflər olub və oraya hücumlar yalnız oktyabrın 9-dan əvvəl olub. Ondan sonra Azərbaycan Dağlıq Qarabağda heç bir mülki şəxsə və ya şəhərə hücum etməyib. Lakin onlar hücum ediblər.
Bildirilib ki, hücumlar zamanı Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası”nın paytaxtı Xankəndidə hərbi infrastrukturu hədəfə alırdı, çünki hərbi bazalar, hərbi infrastruktur məqsədli olaraq şəhərdə yerləşdirilmişdir.
Ölkə rəhbəri müsahibəsində  Azərbaycanın dronları Ermənistan tanklarını və başqa hərbi hədəfləri məhv etdiyini qeyd edərək, indiyədək dronlar vasitəsi ilə  230-dan çox tankın, 6 ədəd S-300 hava hücumundan müdafiə sisteminin, yüzlərlə zirehli texnikasını sıradan çıxarıldığı bildirilib. Həmçinin dronlardan mülki şəxslərə qarşı istifadə edilmədiyi, bu  barədə qeyd olunanların yanlış olduğu bildirilmişdir.

Azərbaycan tərəfində muzdluların döyüşdüyü dezinformasiyadır

Ölkə Prezidenti müsahibəsində Azərbaycan tərəfində muzdluların döyüşdüyü barədə məlumatın  dezinformasiya olduğunu bildirmişdir. Qeyd olunub ki,  Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Sübutlar, dəlillər tələb edildi və hələ də tələb edilir. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən heç bir dəlil və ya sübut təqdim olunmayıb;
Bildirilib ki,  Prezident Trampın “NewYorkTimes”ı necə adlandırdığını bilirsiniz, xatırlayırsınız? dezinformasiyadır. Heç bir dəlil, heç bir sübut yoxdur. Dəlil versinlər, sadəcə Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Nizami orduda 100 min əsgər, bir neçə gün ərzində bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edilə bilər, üstəgəl müasir avadanlıq. Heç bir muzdluya əsla ehtiyac yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan dezinformasiyadır deyə vurğulanmışdır.
Qeyd olunub ki,  Azərbaycanın iqtisadi göstəriciləri dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Ciddi sosial problem yoxdur. COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir.
Ötən müddət ərzində  Azərbaycan 30-dan çox ölkəyə dəstək - maliyyə dəstəyi, humanitar dəstək göstərib. İqtisadiyyat sabitdir, davamlıdır. Azərbaycanın bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamasına ehtiyac yoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı vardır deyə bildirilib.

Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır

Qeyd olunub ki,  ABŞ Minsk qrupunun üç həmsədrindən biri olaraq tərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatına sahibdir. Bu, tərəflərin nə istədiyinə deyil, beynəlxalq hüquqa əsaslanmalıdır. Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır.
- Azərbaycan Dövlət Katibi Pompeodan nə gözləyə bilər – birincisi, baş nazir Paşinyanın nümayəndəsinə desin ki, “diplomatik həll yoxdur” kimi bəyanatlar yanlış və təhlükəlidir. İkincisi, Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” kimi bəyanatları təhlükəli və yanlışdır. Onlar məntiqli olmalıdırdır.Onlar işğal olunmuş ərazilərdən çıxmaqla bağlı vaxt cədvəli verməlidirlər.
Qeyd olunub ki, bütün bu vaxt ərzində Ermənistan baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycana qarşı döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bunun isə  çox təhlükəli olduğu bildirilib.

Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi və dostudur,
amma sadəcə siyasi dəstək verir

Müsahibəsində dövlət başçısı bu müharibədə Türkiyənin  Azərbaycana siyasi dəstək verdiyini qeyd etməklə  Azərbaycan qürurlu və xoşbəxtdir ki, belə böyük ölkə tərəfdaşıdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var. Ermənistanın da öz müttəfiqləri olduğu bildirilib.
Türkiyənin müharibə çağırışı yoxdur. Qətiyyən! Buna dair heç bir dəlil belə yoxdur. Türkiyə yalnız siyasi dəstək verir və bu kifayətdir. Çünki Türkiyə deyəndə ki, onlar Azərbaycanın yanındadırlar və Azərbaycan tək deyil. Ola bilsin ki, bu, münaqişəyə müdaxilə etmək və öz maraqlarını təmin etmək istəyən hər kəsə bir mesajdır.

Azərbaycan məsələnin diplomatik həllinə inanır

Müsahibəsində Azərbaycanın məsələnin diplomatik həllinə inandığını qeyd edən dövlət rəhbəri. əks halda Azərbaycan 17 il ərzində danışıqlarda iştirak etməzdi deyə bildirmişdir.  Əgər müharibəyə Azərbaycan başlayıbsa, niyə 17 il gözləyirdi? Azərbaycan Ordusu artıq azı 10 ildir ki, yaxşı hazırlaşıb. Ona görə də, diplomatik həll masa üzərindədir.
Qeyd olunur ki, Azərbaycan arzu edir ki, hərbi həll bu gün dayansın və danışıqlar masasına keçilsin. Əfsuslar olsun ki, bu hərbi amil çoxlu ziyan və qurbanlara səbəb olur. Ona görə də, substantiv danışıqlara, – bütün bu illər ərzində Ermənistanın etmək istədiyi kimi imitasiyaya yox, - substantiv danışıqlara nə qədər tez başlanılsa, həll yolu bir o qədər tez tapılar. Həll yolu isə yalnız  Azərbaycanın ərazi bütövlüyünə əsaslanmalıdır deyə bildirilib.
Bildirilib ki, münaqişə ərzində Azərbaycanın bütün səyləri aktiv fazaya mümkün qədər tez son qoymaq məqsədi daşıyıb. Azərbaycan münaqişə genişlənsin deyə münaqişənin hər hansı formada beynəlmiləlləşdirilməsinin tamamilə əleyhinədir.
Qeyd olunur ki,  Ermənistanın etmək istədiyi isə məhz budur. Onlar Rusiyadan münaqişə bölgəsinə hərbçilər göndərməyi xahiş etdilər. Bu, tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Azərbaycan başqa ölkələrin müdaxilə etməsinə qarşıdır.
Bildirilir ki,  Rusiyanın hərbi bazası Ermənistandadır, Dağlıq Qarabağda yox. Onlar ruslardan Dağlıq Qarabağa qoşun göndərmələrini xahiş edirdilər. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar.

Ermənistan enerji xətləri və infrastrukturlarını hədəf seçir

Dövlət başçısı müsahibəsində bildirib ki, Ermənistanın yüksək rütbəli rəsmilərinin bəyanatlarını var ki, onlar Azərbaycanın strateji neft infrastrukturuna, o cümlədən kəmərlərə və Bakının Səngəçal qəsəbəsində ən böyük neft-qaz terminalına hücum edəcəklər. Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını pozmaq isə Ermənistanın çoxdankı planı olduğu bildirilib.
Qeyd olunub ki, Azərbaycan özünü müdafiə edir. Bakıdan Aralıq dənizinə neft kəməri 2006-cı ildə istismara verilib və heç bir fasilə olmadan işləyir. Azərbaycandan Türkiyəyə qaz kəməri 2007-ci ildə istismara verilib. Ona görə də, kəmər artıq qorunduğu halda, niyə kəməri qorumaq üçün müharibəyə başlamalıyıq. Kəməri dayandırmaq və Azərbaycana iqtisadi ziyan vurmaq istəyən isə  Ermənistan olduğu vurğulanmışdır.

Azərbaycan ABŞ-ın vasitəçiliyini tam dəstəkləyir

Ölkə başçısı müsahibəsində  Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğun olduğunu qeyd etmişdir.  Bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Görürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir deyə bildirilib.
Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar deyə bildirilib. Çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşülən olduğu da bildirilmişdir.
Bildirilib ki, düşmənçiliyə son qoymaq üçün istənilən motivasiya Azərbaycan tərəfindən dəstəklənir. Bu gün Vaşinqtondakı görüşün çox yaxşı nəticəsi onda ola bilər ki, Ermənistan sülh yolu ilə həllə sadiq olsun, hücum etməyi dayandırsın və qoşunları geri çəkəcəyinə dair öhdəlik götürsün.
Qeyd olunub ki,  Azərbaycan həmişə Amerika Birləşmiş Ştatlarının həqiqi tərəfdaşı olub. Beynəlxalq terrorçuluqla mübarizədə bir yerdədir, Əfqanıstanda bir yerdədir, hərbi qulluqçuları Əfqanıstanda saxlayır və bununla sülhməramlı əməliyyatlara öz töhfəsini verir.
O da vurğulanıb ki,  Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə Azərbaycan önəmli layihələri tamamlayıb. Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və həqiqətən də dostuq. Ona görə burada sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır deyə qeyd olunub .
Həmçinin  Amerikanın  super güc olduğu, müstəqilliyin lap ilk illərindən bəri Amerika Birləşmiş Ştatları həmişə Azərbaycanı dəstəklədiyi bildirilmişdir.  Bu gün ikitərəfli əməkdaşlıq bəlkə də, ən yüksək səviyyədədir. Bu gün Vaşinqtondakı görüş Ermənistanı təcavüzü dayandırmağa, işğalı dayandırmağa inandırmaq üçün önəmli olacaqdır və sonra da torpağımıza sülh gələcəkdir;

Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri var

Qeyd olunub ki, Azərbaycan Prezidenti  Baydenlə dörd il bundan əvvəl Vaşinqtonda Prezident Obama tərəfindən təşkil olunan Nüvə Sammitində görüşüb. Həmçinin cənab Baydenlə ikitərəfli görüşləri olub. İkitərəfli münasibətlərin bir çox məsələlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə edilmişdir.
Odur ki,  ABŞ-ın xarici siyasət komandasından gələcəkdə də bitərəf və obyektiv olmağı gözləyirik deyə bildirilib.
İndi nəyin baş verəcəyini proqnozlaşdırmaq çətin olduğunu bildirən dövlət başçısı bunun  təkcə Azərbaycandan asılı olmadığını qeyd edib. Çünki müharibəni bir ölkə aparmır. Bu, birtərəfli proses deyil. Azərbaycan Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola biləcəyini düşünür. Çünki bütün müharibələr dayanaraq  sülhlə qurtarır.

Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasını
mümkün hesab edir

Cənab Prezident müsahibəsində  Ermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda birlikdə yaşaya bilərlər.
Həmçinin qeyd olunub ki,  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi təmin olunacaqdır.

Keçidlər