Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Prezidenti cənab İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi

29 oktyabr 2020 | 16:00

Hərbi əməliyyatlara Ermənistan başlayıb

           Ölkə Prezidenti cənab  İlham Əliyev 26.10.2020-ci il tarixində Fransanın “Figaro” qəzetinə müsahibəsində cari ilin sentyabr ayının  27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçdiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, bu hərbi hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Həmçinin bunun, son üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat olduğu qeyd olunmuşdur. Vurğulanmışdır ki, onlar birinci dəfə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etməklə təxribat törətmişlər.

Ermənistan strateji enerji infrasturkturunu ələ keçirmək istəyirdi

Müsahibədə bildirilmişdir ki,  Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan Azərbaycana qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək məqsədi daşıdığı qeyd olunmuşdur.
Dövlət başçısı qeyd etmişdir ki, hazırda  Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və Azərbaycanı, ola bilsin Avropa istehlakçılarını şantaj etmək olsa da, onlara ciddi cavab verildiyi bildirilib.
Müsahibədə o da vurğulanıb ki,  əfsuslar olsun ki, növbəti ay - avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər.
Müsahibədə  bu hücumları etməklə  Ermənistanın güddüyü siyasi məqsədləri isə  status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı Azərbaycanın üstünə atmaqdan, danışıqların tamamilə pozmaqdan, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət olduğu qeyd olunaraq, bu müddət ərzində  Azərbaycanın  onlara yalnız adekvat cavab verildiyi qeyd edilmişdir.

Azərbaycan nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə artıq regional mərkəzə çevrilib

Dövlət başçısı müsahibəsində bildirib ki, Azərbaycanın infrastruktur layihələrinə yatırdığı sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnmişdir. Əlbəttə ki, hər şey enerji infrastrukturu ilə başladı, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrildiyi qeyd olunub.
Müsahibədə,  həmçinin  Azərbaycanın  informasiya texnologiyaları  sektoruna böyük sərmayələr yatırdığı,  Azərbaycanda internetdən istifadə təqribən 80 faiz təşkil etməklə  yəni, əhalinin 80 faizi internet istifadəçisi olduğu bildirilib. Həmçinin bu sahədə çox inkişaf etmiş şirkətlər, özəl şirkətlər olduğu, onların hədəfi kommersiya cəhətdən gəlirli layihələri həyata keçirmək olduğu qeyd olunub. Bildirilib ki,  coğrafi və infrastruktur nöqteyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdaş kimi qəbul  olunur.
Uğurlu əks-hücum nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edə bilib

Müsahibədə hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında xalqa məlumat verildiyi bildirilir.  Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Ermənistan döyüş meydanında məğlub olur və onlar qaçmaq məcburiyyətində olduqlarını bildirir.  Artıq İranla beynəlxalq sərhədin bərpa edildiyi bu sərhədin 130 kilometrdən çox hissəsi işğal atlında olduğu qeyd olunmuşdur.  Beləliklə döyüş meydanında çoxlu işlər görülüb və bu işləri  davam etdiyi  qeyd olunub.
Dövlət başçısı müsahibəsində  Ermənistanın  atəşkəsi iki dəfə pozduğunu bildirərək  vurğulamışdır ki,  əgər onlar atəşkəsi pozmasaydılar, - onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-də ediblər, - bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Bu, Azərbaycanın mövqeyi olduğu bildirilsə də onlar dayanmasa torpaqların azad olunması davam edəcəyi qeyd olunub.

Ermənistan hökuməti dezinformasiya yayır

Müsahibəsində dövlət başçısı qeyd edib ki,  Türkiyənin F-16 qırıcı təyyarələri ona görə Azərbaycandadır ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, onlar səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi dağa çırpıldığı halda  onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışdıqlarını bildirib.
          Eyni zamanda qeyd olunub ki, bu, münaqişənin ilk günlərində, sentyabrda baş vermişdir. Onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum ediblər. Onlar Gəncə şəhərində insanların yaşadığı ərazini vurublar. Beləliklə, bu, beynəlxalq terror əməli idi, bu, Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürü idi. Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqları xüsusilə qeyd edilmişdir.

Türkiyə əsla münaqişəyə cəlb edilməyib və Azərbaycanda muzdlular yoxdur

Müsahibəsində müharibədə  Türkiyənin iştirakına dair heç bir dənə də sübut olmadığı bildirilib. Həmçinin qeyd olunub ki,  Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstək, beynəlxalq hüququn norma və prinsiplərinə dəstək verirlər ki, bu xalqlarımızın qardaşlığından irəli gəlir. 
Eyni zamanda bildirilib ki,  Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, dezinformasiyadır. Bu, müəyyən ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Heç bir sübut yoxdur, heç bir dəlil  olmadığı vurğulanıb.
Həmçinin qeyd olunub ki, digər bir məsələ ondan ibarətdir ki, Azərbaycana əcnəbilər lazım deyil, çünki Azərbaycanın 100 min nəfərdən ibarət nizami ordusu var, müasir avadanlığı var, 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanları vardır.
O da qeyd olunub ki, bu günə kimi hətta tam səfərbərlik belə elan edilməyib. Döyüşdə əlavə insan lazım olsa, daha artıq qüvvə çağırıla bildiyi də qeyd olunub.

Ermənistanı pulsuz silahlandırırlar

Ölkə rəhbəri qeyd edib ki,  Azərbaycana hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyadan aldığı silahlara görə pul ödəyir. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Əlbəttə ki, bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə kömək edən müasir silahları almaq imkanı yenə də vardır.

İranın narahat olmasına artıq ehtiyac yoxdur

Cənab Prezident müsahibəsində bildirib ki,   İranın rəhbərləri, Azərbaycan, həm də Ermənistan tərəfi ilə danışmışlar. Çünki toqquşmalar İranla sərhəd olan Araz çayının yaxınlığında gedirdi və təsadüfən mərmilərin bəziləri sərhədi keçmişdir. Lakin bu gün Azərbaycan-İran sərhədi erməni işğalçılarından tamamilə təmizlənib. Buna görə orada artıq heç bir toqquşma baş vermir və Araz çayının o biri tərəfində - İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacağıda qeyd olunub.

Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupu həmsədrləri kimi vasitəçiliyə davam edirlər

Dövlət başçısı müsahibəsində haqlı olaraq qeyd etmişdir ki,  ATƏT-in Minsk qrupu həmsədr ölkələri 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Onlar Azərbaycanın istinad etdiyi və erməni qoşunlarının çıxarılmasını tələb edən qətnamələri qəbul etmişdir. Lakin əfsuslar olsun ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbi hücumundan sonra Azərbaycan özünü müdafiə etməli və ədaləti güc yolu ilə qorumalı idi. Bunu da uğurla edirik  deyə bildirilmişdir.

Ermənistan atəşkəsi kobud şəkildə pozdu və Gəncəyə hücum etdi.

Ölkə Prezidenti müsahibəsində  Azərbaycanın  bu gün dayanmağa hazır olduğunu bildirməklə, bunu oktyabrın 10-dan – Moskvada hər iki tərəf atəşkəslə bağlı razılığa gələndən bəri deyir. Problemin həllinin hərbi hissəsi nə qədər tez qurtarsa, bir o qədər yaxşıdır deyə qeyd etməklə, danışıqlar masasına keçməyin ən düzgün variant olduğunu bildirib.
Həmçinin o da təəssüflə bildirilib ki, oktyabrın 17-də növbəti atəşkəs qüvvəyə minəndən 2 dəqiqə sonra Ermənistan onu pozdu. Ona görə də, əgər onlar bu gün dayansalar, Azərbaycan dayanar və qalan işlər diplomatlar tərəfindən görülər. Əgər onlar dayanmasalar, Azərbaycan işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəkdir.
Bildirilib ki, Ermənistan indi dayansa və konstruktiv davransa, əgər onlar Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış və Azərbaycanın sadiq olduğu əsas prinsiplərə açıq şəkildə əməl etsə, onda əlbəttə hər şey dayanar və geri danışıqlar masasına qayıdarıq. Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər. Çünki, status-kvo artıq mövcud deyil, təmas xətti artıq mövcud deyil. Azərbaycan yeni reallıq yaratdı və onlar bunu nəzərə almalıdırlar.

Azərbaycan Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşaması şəraitində özünün çiçəklənən, təhlükəsiz ərazisi kimi görür

Müsahibəsində dövlət başçısı bildirib  ki, Azərbaycan dəfələrlə açıq şəkildə ifadə edib, həmçinin vasitəçilər, Ermənistan hökumətinə Azərbaycanın gələcəyi necə görməsi ilə bağlı müəyyən mesajlar veriblər. Azərbaycanda yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin Azərbaycanda işsizlik səviyyəsi çox aşağıdır.
O da bildirilib ki,  Ermənistan da daxil olmaqla indiyədək heç kim “Dağlıq Qarabağ Respublikası”nı tanımayıb. Heç kim onu tanımayacaq. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, - bu, Azərbaycanın böyük regionudur, - ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır – ermənilər və azərbaycanlılar deyə vurğulamışdır.

Müharibə və toqquşmaların ilk qurbanları Dağlıq Qarabağdakı azərbaycanlılar oldu
Ölkə rəhbəri müsahibəsində münaqişə Ermənistandakı millətçilər tərəfindən Dağlıq Qarabağdakı separatçıların Azərbaycandan ayrılmaq planlarını dəstəklədikdən və maliyyələşdirdikdən sonra başladığını bildirdi.  Sovet İttifaqı vaxtında onlar bunu qanuni baxımdan edə bilmirdilər. Lakin sora Dağlıq Qarabağda, əsasən Şuşada, eləcə də paytaxt Xankəndidə yaşayan 40 min azərbaycanlı tamamilə etnik təmizələməyə məruz qaldı deyə bildirilib.
Qeyd olunub ki,  Ermənistanda yaşayan 250 min azərbaycanlı, - onların çoxu qətlə yetirildi, - hamısı etnik təmizləməyə məruz qaldı, qovuldu. Həmin toqquşmalar hər yerdə - İrəvanda, Ermənistanın başqa şəhərlərində, Dağlıq Qarabağda baş verirdi.
Bildirilir ki,  Ermənistanın sabiq Prezidenti Köçəryan açıq şəkildə bəyan etdi ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilməzlər. Lakin baxın, onlar məsələn, Gürcüstanda necə birlikdə yaşayırlar. Gürcüstanın bəzi kəndlərində azərbaycanlılar və ermənilər yanaşı yaşayırlar. Rusiyada da eyni şəkildə. Azərbaycanda minlərlə erməni yaşayır. Niyə bu, Dağlıq Qarabağda mümkün deyil? Deyə suala haqlı sualla cavab verdi.

Türkiyə və Azərbaycan qardaşlığı əbədidir və qardaşlığımız bir çox sınaqlardan keçib

Müsahibəsində cənab Prezident bildirdi  ki, Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. O dedi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Beləliklə, bu, çox güclü siyasi dəstəkdir və buna görə çox minnətdarıq. Azərbaycan döyüş meydanında nə edirsə özü edir. Bəli, müasir silahlarla, müasir avadanlıqlarla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir;
Bununla yanaşı  Türkiyə ilə münasibətlərin böyük tarixi və daha da parlaq gələcəyi olduğunu bildirməklə bu prosesə cəlb edilmək üçün Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi legitim hüququ olduğunu qeyd etdi.  Çünki qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydın ölkə olaraq o, beynəlxalq hüququ müdafiə etdiyi qeyd olundu.
Burada  Türkiyənin rolu çox müsbətdir deyə bildirilməklə Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra  Türkiyənin rolu çox mühüm və müsbət olacağına əminliyi bildirilib.

Sülh müqaviləsi imzalandıqdan sonra kommunikasiya xətləri açılacaq

Dövlət başçısı bildirib ki,  Paşinyan hakimiyyətə gəlməzdən əvvəl Ermənistan liderləri ilə müzakirə olunan sülhməramlı planda kommunikasiyalara açıq-aydın istinad var idi. Sülh sazişi imzalanandan sonra bütün kommunikasiyalar açılır, o cümlədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında. Beləliklə, Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiyanın quru əlaqəsi olacaq. Bu gün bu yoxdur. Lakin Türkiyənin həmin regionla Azərbaycan vasitəsilə əlaqəsi vardır deyə bildirilib.
Qeyd olunub ki, bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu tikilib,  bütün kommunikasiyaların isə açılması nəzərdə tutulur. Odur ki, Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalıdır.

Azərbaycan-Gürcüstan münasibətləri mükəmməldir və strateji tərəfdaşdırlar

Müsahibəsində dövlət bacısı onu da vurğulayıb ki,  Azərbaycan Gürcüstanda ən böyük investor, ən böyük vergi ödəyicisidir. Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatımız var. Prezidentlər səviyyəsində sammitlər, nazirlər səviyyəsində, o cümlədən müdafiə, xarici işlər və iqtisadiyyat nazirləri səviyyəsində görüşlər olub.
Həmçinin qeyd olunub ki, hazırda bütün əsas nəqliyyat və enerji kommunikasiyamız Gürcüstan ərazisindən keçir. Gürcüstanda böyük azərbaycanlı icması var, 300 minə yaxın adam. Ona görə də münasibətlər mükəmməldir. Yeri gəlmişkən, Gürcüstanın xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir fərqi yoxdur. Azərbaycan regiona bu nöqteyi-nəzərdən baxmadığı isə  xüsusilə vurğulanmışdır.

Azərbaycan dininə hörmət edən dünyəvi ölkədir

Bildirilib ki,  Azərbaycan dünyəvi ölkədir. Konstitusiyaya əsasən din dövlətdən ayrıdır. Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edilir. Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyət qarşısında bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirmişdir.
Hazırda  Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bərpa olunmuş və hökumət tərəfindən qorunan erməni kilsəsi var. İşğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb. Ermənilər məscidlərimizdə donuz saxlayırlar. Bu yaxınlarda internetdə videolar var idi. İnternetdə Zəngilan rayonunda bir kəndin azad edilməsindən sonra donuzların məscidimizdə necə gəzdiyini göstərən görüntülər var idi. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcəkdir deyə bildirilmişdir. .

Keçidlər