Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Prezidenti cənab İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi

24 oktyabr 2020 | 16:00

ATƏT-in Minsk qrupu həmsədr ölkələrin vasitəçiliyi

Cənab Prezident müsahibəsində bildirmişdir ki, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Xarici İşlər nazirlərinin bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Moskvaya da səfər edilmişdir, orada da görüş olmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamı olduğu qeyd olunaraqŞ hazırda  vəziyyətin  dəyişildiyi vurğulanmışdır. 
Müsahibədə qeyd olunmuşdur ki, satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etmək olduğunu bildirmişdir.

Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli
görüş keçirilə bilər

Ölkə Prezidenti cənab İlham Əliyev müsahibədə qeyd etmişdir ki, bu növ görüşlər əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Bildirilmişdir ki, əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır.
Müsahibədə vurğulanmışdır ki,  Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmadığı bildirilmişdir.
Ölkə rəhbərinin müsahibəsində vurğulanmışdır ki, buna görə də Azərbaycan Ermənistan hökumətinə sübut etməlidir ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər. Azərbaycan onların cəzasını yerində verir, əraziləri azad edir, demək olar ki, hər gün ölkə Prezidenti tərəfindən  Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri barədə xalqa məlumat verilir.

Birinci və ikinci humanitar atəşkəsin pozulmasının səbəbkarı Ermənistandır

Dövlət başçısının  müsahibəsində qeyd olunmuşdur ki, atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər. Ermənistan bir gündə Tərtər şəhərinə 100-dən çox raket atıb. Onlar hərbi mövqelərimizə hücum edirlər. Birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıdığı bildirilməklə beləliklə, onların  atəşkəsi pozubuqları bildirilmişdir.
Vurğulanmışdır ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər hücum olunursa, nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Onlar ikinci dəfə atəşkəsi pozandan sonra Zəngilan şəhəri və bir çox kəndlər azad edildi.
Müsahibədə o da qeyd olunmuşdur ki, atəşkəs humanitar zəmində elan olunmuşdur. Moskva bəyannaməsində substantiv danışıqlara və danışıqlar formatının dəyişməz olaraq qaldığına da istinad var idi. Bu isə Ermənistan tərəfindən qondarma “Dağlıq Qarabağ hökumətini” danışıqlara cəlb etmək cəhdlərinin artıq olmayacağı demək olmaqla  bunun  Azərbaycan və  Minsk qrupu tərəfindən rədd edildiyi bildirilmişdir;

Ermənistandan yeddi rayonu boşaltmağa öhdəlik götürməlidir

Müsahibədə bunun  Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsi olduğu bildirilmişdir. Qeyd erilmişdir ki,  əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, qaçqın və məcburi köçkünlər işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağın ərazisinə, o cümlədən qədim Azərbaycan şəhəri olan Şuşanın ərazisinə.
Qeyri şərtsiz  Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməli olduğu,  bundan sonra əlbəttə ki, danışıqların bir şərtlə  işğal olunmuş bütün ərazilərin Azərbaycana qaytarılması şərti ilə  başlayacağı bildirilmişdir.
-;

Beynəlxalq müşahidəçilərin və ya sülhməramlıların kim olacağına Azərbaycan və Ermənistan razılıq verməlidir

Ölkə Prezidenti müsahibəsində  bildirmişdir ki, beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin bir hissəsidir. Lakin bu, sonuncu hissədir. Buna görə, Azərbaycan danışıqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməyib. Minsk qrupunun həmsədrləri olan üç ölkə, əlbəttə, öz adından bu müşahidəçilərin tərkibi, sayı, onların nə zaman və hara göndəriləcəyi ilə bağlı təkliflərini verəcəyi qeyd olunmuşdur.
Həmçinin bildirilmişdir ki, bu, həm də texniki nöqteyi-nəzərdən vacibdir. İndi döyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altında ola bilər. Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Aydındır ki, bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü Azərbaycan deməli olduğu qeyd olunmuşdur.

Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi

Dövlət rəhbəri müsahibəsində qeyd etmişdir ki, Minsk qrupunun vasitəçiliyi ilə keçmiş Ermənistan hökumətləri ilə irəliləyişə nail olunmuşdu. Böyük olmasa da, hər halda irəliləyiş idi. Lakin əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərdiyini bildirmişdir. 
Qeyd olunmuşdur ki, Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilb.

Türkiyə de-fakto, həm də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan danışıqlara artıq cəlb olunub

Ölkə başçısı müsahibəsində  Azərbaycan Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək verdiyini bildirmişdir. Qeyd edilib ki, faktiki olaraq, bu iştirak açıq-aşkardır. Türkiyənin indi təkcə regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynadığı bildirilib. 
Qeyd olunub ki, bu, reallıqdır və bu, Azərbaycan üçün çox yaxşı reallıqdır. Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur. Əlbəttə ki, Türkiyə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və Azərbaycan bunu möhkəm dəstəklədiyini bildirmişdir.

Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır

Dövlət başçısının müsahibəsində ermənilərin təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacağı bildirilmişdir.
O da qeyd olunmuşdur ki,  1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı. Ermənilər etnik təmizləmə həyata keçiriblər. Azərbaycan bunu heç vaxt etməyib. Hətta bu toqquşmalar zamanı eyni yolla cavab vermədiyi bildirilib.

Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq

Ölkə başçısı müsahibəsində   Azərbaycanın bununla heç vaxt razılaşmayacağını bildirərək, danışıqlar zamanı Azərbaycanın buna razılıq vermədiyi və indi ərazinin böyük bir hissəsini geri alındığı bir vaxtda bundan söhbət gedə bilməzliyi qeyd olunmuşdur.
Bildirilmişdir ki, öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır;
Qeyd olunmuşdur ki, öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək. Bundan söhbət gedə bilməz.

Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri münaqişə zonasına gətirir

Müsahibədə bildirilib ki,  Ermənistanın Baş naziri bunu etiraf edib. O bildirib ki, onlar erməni kökənlidirlər. Birincisi, heç kim bilmir onlar erməni kökənlidir, ya yox. Məlumat var ki, başqa millətlərin nümayəndələri hazırda Ermənistan tərəfdən döyüşür. İkincisi, əgər insan etnik ermənidirsə və başqa ölkənin vətəndaşıdırsa, bu, o demək deyil ki, o, muzdlu deyil. Döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan, Kanada pasportu olan insanlar olduğu da qeyd olunmuşdur. 
Bildirilmişdir ki,  Azərbaycana gəlincə, haqqında yalnız şayiələr, yalnız əsassız bəyanatlar yayılır. Heç bir sübut yoxdur. Ona görə də, bu şayiələrə son qoyulmalıdır. Azərbaycan özü döyüşür. Heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur. Azərbaycanın kifayət qədər insanı, nizami ordusu, kifayət qədər əsgər və zabitləri vardır.

Azərbaycan beynəlxalq enerji layihələrini qrafikə uyğun icra edir

Ölkə Prezidenti bildirmişdir ki, TAP-ın rəsmi açılışı bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan Avropaya tarixi kəmər tamamlanıb. Digər kəmərlərimizə, xüsusilə neft-qaz kəmərlərinə gəlincə, Azərbaycan ərazisində bütün bu illər ərzində, Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cı ildən bu yana heç bir hadisə baş vermədiyi bildirilib.
Bildirilib ki, kəmərlərimiz ərazimizdə lazımi qaydada qorunur. Lakin, əlbəttə, Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar kəmərlərə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklərini qeyd etmələri isə  onların terrorçu xislətinin bir hissəsi olduğu bildirilmişdir.

Azərbaycan iqtisadiyyatının şaxələndirmə proqramı çox uğurla icra olunur

Dövlət başçısı müsahibəsində bildirib ki, Azərbaycan iqtisadiyyatıının  şaxələndirilməsi ilə bağlı gündəlik var və bu proses uğurla davam edir. Hətta baxmayaraq ki, bu il ümumi daxili məhsul aşağı düşür indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, artım var. Bu, onu göstərir ki, sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə ki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdiyi qeyd olunub.
Bildirilib ki, ərazilərin geri qaytarılması kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək. Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlanıldığı qeyd edilib.
Müsahibədə o da bildirilib ki, Yaponiya şirkətləri Azərbaycanda enerji sahəsində çox fəaldırlar. Yaponiya banklarından alınan kreditlərlə Bakıda iki böyük elektrik stansiyası tikilib. Yeri gəlmişkən, Azərbaycan həm də elektrik enerjisini ixrac edir. Yaponiya şirkətlərini hazırda prioritetlərdən biri olan bərpaedilən enerji sahəsində görmək istəyirik;
Qeyd olunub ki,  Yaponiya şirkətləri ilə avadanlıq, maşınqayırma, texnologiya, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlığımız var. Yaponiya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindən məmnunuq.

Siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Ali Baş Komandanın yürütdüyü siyasəti tam dəstəkləyir

Dövlət başçısı ölkədə demokratik inkişafın müsbət məcrada getdiyini, Azərbaycanda siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı təmin olunduğunu bildirməklə bununla bağlı məhdudiyyət olmadığını, internetin  azad olduğunu bildirib.
Həmçinin qeyd olunub ki,  Siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Ali Baş Komandanın yürütdüyü siyasəti tam dəstəkləyir;
Eyni zamanda müsahibədə qeyd olunub ki, iki siyasi partiya (Xalq Cəbhəsi və Müsavat) hökumətin siyasi dialoqla bağlı təklifini qəbul etmədi. Hökumət bu təklifi bir neçə ay bundan əvvəl etmişdi. Müsahibədə normal dialoqa ehtiyac olduğu vurğulanaraq, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyac olduğuda vurğulanmışdır. Ölkə başçısı indi 50 və ya ondan da çox partiya bunu dəstəklədiyini və siyasi dialoqun çox aktiv fazasında olduğunu bildirmişdir.
Dövlət rəhbəri qeyd etmişdir ki, birbaşa maliyyələşdirməsi kənardan gələn, həmişə Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermənistanın ərazilərimizi işğal etdiyi zaman - 1992-1993-cü illərdə hakimiyyətdə olduqları üçün ərazilərimizin itirilməsinə görə məsuliyyət daşıyan bu iki, Xalq Cəbhəsi və Müsavat partiyaları əfsus ki, hələdə ümummilli maraqlara qoşula bilmirlər.
Qeyd olunub ki, ərazilərin itirilməsinə görə məsuliyyət daşıyan o insanlar bu gün həmin partiyaların demək olar ki, 30 ildir rəhbərləridir. Heç kim demokratiyadan danışmır, heç kim onların bu vəzifədə demək olar ki, 30 il ərzində necə qaldıqları barədə danışmır. Buna görə hökuməti tənqid etmək istəyənlər yaxşı olardı ki, güzgüyə baxsınlar sonra danışsınlar.

Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var

Müsahibəsində  fəaliyyəti ilə bağlı suala cavab verən ölkə Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəlmədən əvvəl uzun illər 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü ,  Milli Olimpiya Komitəsinin prezidenti və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı olduğunu, aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədr müavini və sədrin birinci müavini kimi fəaliyyət göstərdiyini və Respublikanın  Baş Nazir oduğunu  qeyd etmişdir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
parlaq siyasi karyerası var

Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 2005-ci ildən bəri parlamentin üzvü olduğunu, onun sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal iştirak etdiyini bildrməklə, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti olduğunu bildirmişdir. Onun azərbaycanlılar arasında güclü dəstəyi olduğunu qeyd edən cənab Prezident, küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmadığını bildirmişdir.

Sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlər müvəqqətidir

Müsahibəsində bu məhdudiyyətlərin toqquşmalar başladıqdan sonra tətbiq olunduğunu qeyd edən dövlət başçısı bildirdi ki, xalqa elan olundu ki, bu, milli təhlükəsizlik məsələləridir, çünki belə bir vaxtda informasiya sistemimizi erməni təxribatından qorumalıyıq. Bu, müvəqqəti səciyyə daşıyır deyə bildirmişdir.
Eyni zamanda qeyd olunmuşdur ki, toqquşmaların aktiv fazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaqdır. Həmçinin bildirilmişdir ki, ölkədə internetin əhatə dairəsi çox yüksəkdir və azərbaycanlıların 80 faizdən çoxu internet istifadəçiləridirlər.

Sülh bölgənin simasını müsbət mənada dəyişdirəcək

Müsahibəsində sülhün regiondakı vəziyyəti tamamilə dəyişəcəyini bildirən dövlət başçısı, üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtını görəcəklərinə əminliyini vurğulamışdır.  Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq səviyyəsi çox yüksək olduğunu, strateji tərəfdaşıq çərçivəsində Gürcüstanın hazırkı hökuməti ilə mükəmməl əlaqələr qurulmaqla hər iki dövlətin bir-birini dəstəklədiyini, yaxşı qonşu və dost olduqlarını bildirdi. Baxın, birlikdə nə qədər layihə icra etmişik, neftin nəqli, qazın nəqli, elektrik enerjisinin nəqli, dəmir yolu bağlantısı, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və bir çox başqa birgə  layihələrimizdir.
Bildirilib ki, hazırda  Ermənistanın Azərbaycana qarşı təcavüzə və Türkiyəyə qarşı ərazi iddialarına görə onların Türkiyə ilə sərhədi bağlıdır. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Türkiyə kimi qüdrətli ölkəyə qarşı ərazi iddialarını gündəmə gətirmək üçün gərək ağılsız olasan. Lakin bu, onların ideologiyasının mahiyyətidir deyə qeyd olunub.

Ermənistan işğala son qoysa, sərhədlər açılacaq

Müsahibədə o da vurğulanıb ki, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur. Çünki bazar kiçikdir və daha da kiçilir, əhali azalır, miqrasiya çox yüksəkdir. Bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır, və daha da azalacaq, çünki iş yoxdur, xüsusilə indi, onlar, necə deyərlər, işğal olunmuş çox məhsuldar torpaqlardan məhrum olduqdan sonra belə vəziyyətləri tamamilə pisləşəcəkdir.
Cünki hazırda  Azərbaycanın əhalisinin  artdığını,  Türkiyənin əhalisinin isə  83 milyon olduğuna diqqət  cəkən dövlət başçısı  10 milyon Azərbaycanın əhalisi ilə müqayisədə  Ermənistanın əhalisinin  2 milyondan az olduğunu bildirmişdir.  Qeyd olunmuşdur ki, onlar məntiqli olmadığı, işğala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqqında düşünməlidirlər. Haqlı olaraq bildirilmişdir ki,  artıq bu təcavüzə son qoymalıdırlar. Döyüş meydanında onlara kimin,  kim olduğunu göstərdik. Onların “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ dezinformasiya idi deyə bildirən dövlət başçısı, Azərbaycan ordusu tərəfindən  məğlub edilən erməni ordusunun qaçdığını bildirmişdir..

Keçidlər