Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Prezidenti cənab İlham Əliyevin növbəti müraciəti

20 oktyabr 2020 | 16:00

       Öz ölkəsini  bataqlığa aparan cinayətkar Ermənistan hakimiyyəti:

   Azərbaycan Respublikasının Prezident cənab İlham  Əliyev 17 oktyabr tarixli müraciətində Ermənistanın rəhbərliyinin məsuliyyətə cəlb olunmalı olduğunun zəruriliyini  bildirmişdir. Ermənistanın faşist rəhbərliyinin hərbi cinayəti sivil dünyanın qəzəbinə səbəb olmalıdır. Çünki Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulması nəticəsində mülki əhali həlak olub, yaralanıb, evlər dağıdılmışdır.
  Bununla dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu. Bütün sivil dünya qüvvələri rəsmi Yerevanın Azərbaycanda mülki əhaliyə qarşı insanlığa sıxışmayan əməllərin şahididir. Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub: 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55 dən çox insan ciddi yaralanıb. Baş verənlər Azərbaycana, ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir.
Ölkə başçısının müraciətində rəsmi Yerevanın  Cenevrə Konvensiyasına zidd əməllər törədiyi qeyd olunaraq Şuşaya və Qarabağın digər şəhərlərinə Livandan, habelə başqa ölkələrdən ermənilərin gətirilməsi və məskunlaşdırmasının hərbi cinayət olmaqla  Cenevrə Konvensiyasına ciddi şəkildə pozulmasıdır.
Dövlət başçısı cənab İlham Əliyevin müraciətində işğaldan azad olunan ərazilər erməni vandalizmin şahidi olduğu qeyd  olumaqla  30 il ərzində erməni vəhşilərinin əlində qalmış yaşayış məkanlarımız amansızcasına dağıdıldığı bildirilmişdir. Bütün binalar və dini abidələrimiz sökülməsi,  Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir.
Ölkə Prezidenti müraciətində haqlı olaraq bildirir ki, bankrot ölkə olan Ermənistanda böyük sayda silah-sursatın mövcudluğu dünya ictimaiyyətini düşündürməlidir. Xüsusilə qeyd olunur ki, bank rezervlərində valyuta ehtiyatları cəmi 1,5 milyard dollar təşkil edən Ermənistanda, habelə xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil etdiyi halda müharibəni aparmaq üçün bu qədər silah və texnikanı hansı yollar ilə əldə etməkləri böyük suallar doğurur. Azərbaycan xalqının isə  bu açıq qalmış suallara cavab tələb etməyə haqqı vardır.
Dövlət başçısı müraciətində, hazırda   Ermənistanın əhalisi dövləti və dövlətçiliyi bataqlığa aparan kriminal hakimiyyətə qarşı çıxmasını vurğulayaraq   əhalinin  bu kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməsinin zəruriliyini bildirmişdir. Hazırda  Ermənistanda hərbi komissarlıqlar da təşkil olunan mitinqlər artıq onu deməyə əsas verir ki, onlar həqiqəti dərk ediblər və bu cinayətdə iştirak etmək istəmirlər. Müraciətdə  gec və ya tez  erməni xalqı öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcəyinə əminlik bildirmişdir. 


Azərbaycan ordusunun qələbə salnaməsi:

Müraciətində, Füzuli böyük qələbənin müjdəsidir deyən dövlət  başçısı Füzuli əməliyyatının  rəmzi məna daşıdığını qeyd etmişdir. Belə ki,  Füzuli qədim yaşayış məskənimizdir, onun qaytarılması minlərlə insanın o yerlərə qayıtması demək olduğunu bildirir. Bununla yanaşı  strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması yeni strateji üstünlükləri əhəmiyyət kəsb etdiyi də müraciətdə xüsusilə vurğulanmışdır. 
Dövlət başçısı müraciətində qorxudan öz silahlarını yerə qoyub qaçan erməni əsgərlərini qeyd edərək, Azərbaycan ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsinin siyahısına  diqqət çəkmişdir: tank – 234 ədəd məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb, piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. Özüyeriyən artilleriya qurğusu 16 ədəd məhv edilib, müxtəlifçaplı toplar 190, “Uraqan” sistemi 2, TOS odsaçan 1, əməliyyat taktiki raket kompleksi “Elbrus” 2, “Toçka-U” 1, OSA zenit raket kompleksi 35, TOR zenit-raket kompleksi 3, KUB və “Kruq” zenit raket kompleksi 5, radioelektron mübarizə sistemləri 9, S-300 zenit raket kompleksi 2, yük avtomobilləri 196-sı məhv edilib, 98-i qənimət kimi götürüldüyünü bildirmişdir.
Cənab Prezident müraciətində aparılan döyüşlərin ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən olduğunu qeyd edərək,  Füzuli uğrunda ağır döyüşlər haqqında kitablar və əsərlər yazılacağına əminliyini qeyd edərək böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq nümayiş etdirən  ordumuzun xalqımızın  haqqı işini bərpa etdiyini xüsusilə vurğulamışdır.
Dövlət başçısının müraciətində  Azərbaycan ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən gəldiyi fəxarətlə qeyd olunaraq, müzəffər Azərbaycan ordusu şərəfli missiyanın öhdəsindən uğurla gəldiyi bildirilir. Belə ki, qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edilməsi böyük qələbəni xalqa daha da yaxın etmişdir.
Hazırda da  Azərbaycan ordusunun  döyüş meydanında tam üstünlüyə malik olduğu qeyd olunmuşdur. Strateji məntəqə və yüksəklikləri əldən edən Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxarmaqla ötən günlər ərzində məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti təqribən 2 milyard dollar səviyyəsində olduğu bildirilmişdir.


Xilaskar missiya:

Ali Baş Komandan müraciətində xalq və rəşadətli ordumuzun  öz qələbə salnaməsini yazdığı bildirilməklə Azərbaycan ordusunun  öz xilaskar missiyasını yerinə yetirdiyi qeyd olunmuşdur.  Cənab Prezident  müraciətində 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhərinin işğalçılardan azad edildiyini  qürurla xalqa bəyan etməsi bütün xalqımız kimi laçınlıların da hədsiz sevincinə səbəb olmuşdur.
Müraciətində dövlət başçısı əminliyini bildirmişdir ki,  Qarabağa sülh həyatı mütləq qaytarılacaqdır. Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaqdır. Azərbaycan hökuməti dağıdılmış şəhərləri yenidən quracaq və abadlaşdıracaqdır.
Həmçinin vurğulanmışdır ki, işğaldan azad olunmuş bütün ərazilərdə məscidlər bərpa olunacaq və oralardan azan səsi eşidiləcəkdir. Bu şərəfli missiyadır və ordumuz bu missiyanın öhdəsindən mütləq gələcəkdir.
Cəbhədə haqlı olan Azərbaycan ordusu öz döyüş gücünü göstərdiyi müraciətdə qeyd olunaraq ordumuzun  öz torpaqlarında vuruşduğu, xalqın savaşının  müqəddəs savaş olduğu bildirilmişdir.
  Ölkə Prezidenti müraciətində vurğulamışdır ki,  haqq mübarizəsini aparan xalq xoşbəxtdir. Çünki torpaqlarımızın işğaldan azad olunan hər bir gün xalqa xoşbəxt hisslər bəxş edir. Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını davam edəcəkdir.
Müraciətdə vurğulanır ki, Azərbaycan xalqının haqq iradəsi dönməzdir. Bildirilir ki, bütün Azərbaycan xalqı dövlətimizin ən parlaq səhifəsini yazır. Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir. Xalqımız öz doğma dədə-baba torpaqlarını işğalçılardan azad edir.
Ali Baş Komandan müraciətində məqsədimizin  qələbə olduğunu bildirərək müzəffər Azərbaycan Ordusunun bu məqsədə uğurla çatdığını  və böyük qələbəyə  çatacağına tam əminliyini bildirmişdir. Həmçinin,  Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi yolunda  heç bir qüvvənin  Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməyəcəyini  xüsusilə vurğulamışdır. .
Bu gün də hər bir laçınlı möhkəm əmindir ki, ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin peşəkarlığı sayəsində xalqımızın milli maraqlarının  qorunacağı, dövlətimizin  milli maraqlarının mütləq təmin olunacağı, bu yolda heç bir təhdid, heç bir hədə, heç bir təzyiq xalqımızın və  ölkə Prezidentinin iradəsinə  təsir edə bilməyəcəkdir. 
Ölkə Prezidenti müraciətinin sonunda bir daha vurğulamışdır ki, Azərbaycan Ermənistanın namərd əməllərinə döyüş meydanında mərdliklə cavab verir. Azərbaycan məsuliyyətli ölkə olaraq düşmənin qısasını mülkü əhalidən götürmür. Baxmayaraq ki, öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar ilə məsuliyyəti bölüşmüş olduqları bildirmişdir.

Keçidlər