Şriftin ölçüsü :

Saytın rəngi :

“Laçın rayonu üzrə 2013-cü ilin I yarısında görülmüş işlər və qarşıda duran vəzifələr”lə bağlı geniş yığıncaq keçirilmişdir

28 iyul 2013 | 15:00

  27 iyul  2013-cü il tarixdə  Rayon İcra Hakimiyyətində  rayon ictimaiyyəti  nümayəndələrinin  iştirakı ilə  “Laçın rayonu üzrə   2013-cü  ilin  I yarısında   görülmüş işlər və qarşıda duran vəzifələr”lə bağlı geniş yığıncaq keçirilmişdir. Yığıncağı  giriş  sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Akif  Səlimov   məruzə ilə çıxış edərək, ötən dövr ərzində  Möhtərəm ölkə Prezidentinin  rəhbərliyi  altında respublikada və  rayonda  görülmüş  işlər, əldə olunmuş nailiyyətləri ətraflı təhlil etmiş, qarşıda duran vəzifələrdən danışmışdır. Həmçinin məruzədə bildirilmişdir ki,  Rayon İcra Hakimiyyəti başçısı tərəfindən respublikanın müxtəlif rayon və şəhərlərində rayonun məcburi köçkün  sakinlərinin daha sıx məskunlaşdıqları  ərazilərdə  5075 nəfər rayon  sakininin  iştirakı ilə  40 yerdə səyyar qəbul-görüşlər keçirmiş, həmçinin rayon İcra Hakimiyyətində 1170 nəfər vətəndaş qəbul edilmişdir. Bu  qəbullarda rayon sakinlərinin  mövcud problemləri öyrənilmiş, sahələr üzrə təsnifatlar aparılmışdır.  Həlli yerlərdə mümkün olan problemlərlə bağlı dərhal rayonun aidiyyəti təşkilatlarına  göstəriş verilmiş, bu problemlərin qısa müddətdə həllinə nail olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, ötən müddət ərzində respublikanın əlaqədar bir çox  nazirlik, komitə rəhbərləri  ilə görüşərək,  Taxta-körpü ərazisində yeni qəsəbələrin tikintisinə 2014-cü ildə başlanılması, həmçinin laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdıqları ərazilərdə  elektrik enerjisi, yol, içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı məsələ qaldırılaraq, icrasının reallaşdırılması üçün əməli tədbirlər  görülmüşdür.
Hesabat dövründə Taxta-körpü qəsəbəsi və məcburi köçkünlərimizin sıx məskunlaşdıqları digər ərazilərdə başlanılmış tikinti-abadlıq işləri  davam etdirilmiş, qəsəbəsinin girişində abadlıq işlərinə başlanılmış, hazırda bu işlərdə tamamlama işləri aparılır. Eyni zamanda 552 ailəlik qəsəbə istiqamətində yol kənarında  səki tikintisi  davam etdirilmiş, görülən işlərin sürətlənməsi vurğulanmışdır. Ümumiyyətlə 2013-cü il üçün müəyyən edilmiş abadlıq işləri avqust-sentyabr aylarında tamamilə  başa çatdırılması nəzərdə tutulmuşdur.
Taxta-körpü ərazisində məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisi ilə bağlı problemlərinin həll olunması məqsədilə 30 ədəd transformatorda və müxtəlif gücə malik  20  km uzunluğunda elektrik hava xəttində təmir işləri aparılmış, Eyni zamanda Dövlətqaçqınkomdan 2 ədəd transformator alınaraq Mişni və Vağazin obalarına verilməsi, ərazidəki obalarda yararsız vəziyyətdə olan  8000 metr naqilin yenisi ilə əvəz edilməsi təmin edilmişdir.
Məruzədə rayon Təhsil şöbəsinin inzibati binasının tikintisi başa çatdığı, 2013-cü ilin altı ayında  Taxta-körpü ərazisindəki avtomobil yollarının 49 km-lik hissəsində cari təmir işləri görüldüyü, 1650 m2 yola, küçə və meydanlara  asfalt örtük verilməsi, həmçinin Məcburi Köçkünlərin  Sosial İnkişaf Fondunun xətti ilə Vağazin obasında, laçınlı məcburi köçkünlərin sıx məskunlaşdığı Qəbələ rayonunun  Kürd kəndində və Şəki rayonunun Polimet  ərazisində  yollarin əsaslı təmir edildiyi, hazırda isə Malıbəy obasında 6 km uzunluğunda avtomobil yolunun təmirinə başlanılmışdır.
Əhalinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı su xəttində 3150 metr uzunluğunda borunun yenisi ilə əvəz edildiyi, 2500 metr uzunluğunda xətdə və 1 ədəd elektrik nasosunda təmir işləri aparıldığı, rayon Sukanal idarəsinə 1 ədəd yeni “Şevrolet” markalı avtomobil alındığı bildirilmişdir.
Eyni zamanda ərazidə  təsərrüfat suyuna  olan tələbatın ödənilməsi məqsədilə xeyli işlər görülmüşdür. «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq Taxta-körpü ərazisində torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə meliorasiya  tədbirləri  davam etdirilmişdir. 1000 metr qapalı dren tikildiyi  və beton kanalın kənarlarına 14 min kubmetr torpaq töküldüyü bildirilmişdir. 
Məruzədə hesabat dövründə ən ciddi yanaşılan sahələrdən biri də laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə mərasim evlərinin inşası, rayon sakinlərinin bununla bağlı üzləşdikləri çətinliklərin aradan qaldırılmasına yönəldiyi, vətəndaşların müraciətləri nəzərə alınaraq Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində mərasim evinin tikintisi üçün torpaq sahəsi alındığı və cari ilin aprel ayında tikinti işlərinə başlanıldığı,  hazırda binada son tamamlama işləri görüldüyü bildirildi.
İlin ötən dövrü ərzində  yüzlərlə imkansız ailəyə rayonun daxili imkanları hesabına respublikanın 28 rayon və şəhərində məskunlaşmış 600 nəfərdən çox  şəhid ailəsi, Qarabağ müharibəsi əlili ilə  məskunlaşdıqları ünvanda görüşülərək,  onlara ərzaq bağlaması verilmişdir.
Hesabat məruzəsində görülmüş işlərlə yanaşı mövcud çatışmazlıqlar da qeyd olunaraq qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
          Məruzə   ətrafında  Rayon İcra Hakimiyyəti  başçısının aqrar məsələlər  üzrə müavini, Rayon Maliyyə  şöbəsinin müdiri, Rayon Yol İstismar İdarəsinin müdiri, Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin sədri, Rayon Sukanal  İdarəsinin  müdiri çıxış edərək rəhbərlik etdikləri  sahələr üzrə görülmüş işlər və qarşıda duran vəzifələrdən danışmışlar.

Keçidlər