Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Prezidenti cənab İlham Əliyevin Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verdi

18 oktyabr 2020 | 16:00

Ermənistan hərbi cinayət törədir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17.10. 2020-ci il tarixində Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibədə Ermənistan tərəfi adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açdığını qeyd etməklə, bunun  birinci Qarabağ savaşında da müşahidə edildiyini bildirmişdir.  Məhz Xocalı soyqırımını törədənlər həmin mənfur Ermənistandır. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar Azərbaycanı yolundan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməyəcəkdir.
Çox təəssüf  ki, bu hücumlar nəticəsində mülki şəxslər arasında insan itkisi davam edir, buna baxmayaraq Azərbaycan ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmamış,  bu gün də açmır, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyünün bərpa edilməsidir.

Ermənistan məğlub olduğunu görüb atəşkəs istədi
Müsahibədə bildirilir ki, Ermənistan  görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmir, onlar atəşkəs üçün müraciət etdilər. Bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, Azərbaycan da bildirdi ki, humanitar məqsədlər üçün, cəsədlərin götürülməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan olunmasına razılıq vermişdir.
Ancaq görünür ki, Ermənistan bu atəşkəsdən istifadə etmək istəyir, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər. Ondan sonra digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular, çünki  bu  onların taktikasıdır.

Ermənistan ordusu müharibədə qısa zamanda əridi, yox oldu
Dövlət başçısının müsahibəsində qeyd olunur k  Ermənistan itkiləri hər gün dəyişən bir statistikadır. 200-dən çox tank məhv edilib, 33 tank qənimət kimi götürülüb, hava hücumuna qarşı 35 OSA sistemi,iki S-300 sistemi məhv edilib;
Bununla yanaşı təqribən 170 karqo maşını ya məhv edilib yaxud ələ keçirilib. Həmçinin 16 komanda mərkəzi məhv edili, Hesablamalara görə, bu günlər ərzində Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu, davam etməkdədir.

Ermənistan muzdlu döyüşçülər gətirir
Ölkə Prezidenti müsahibəsində göstərir ki, hələ hərbi əməliyyatlar başlamadan əvvəl məlumat var idi ki, PKK-çılar orada düşərgə qurub. Dağlıq Qarabağ nəzarətsiz bir ərazi olduğundan orada hər hansı bir beynəlxalq nəzarət mexanizmi yox idi. Ona görə orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi.

Ermənistan müharibə coğrafiyasını genişlətməyə çalışır
Ali baş Komandan müsahibəsində bir daha vurğulayır ki,  Azərbaycan öz torpağında özünü müdafiə edir və işğalçıları qovur. Bizim Ermənistan torpağında hərbi məqsədlərimiz yoxdur. Ancaq, eyni zamanda, Ermənistan ərazisindən Azərbaycana qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməyə davam edəcəklərsə, - necə ki, Gəncəni Ermənistanın Vardenis rayonundan vurdular, - bu, Azərbaycan üçün legitim, qanuni hərbi hədəflər olacağını  hər kəs bilməlidir.

Ermənistan Azərbaycanın təbii sərvətlərini talan edirdi
Cənab Prezidentin müsahibəsində göstərilir ki, Kəlbəcərin qızıl yataqlarını ermənilər tərəfindən qanunsuz olaraq  istismar edilməklə oradan çıxarılan qızılları Ermənistana aparılr  xaricə satılaraq  pul qazanılırdı. Orada çıxan təbii qaynaqları, torpaqdan əldə edilmiş məhsulu onlar Ermənistana daşıyırdılar. Ona görə burada bir çox hədəflər var. Əsas məqsədləri bu torpaqları əbədi Ermənistanın tapdağı altında saxlamaq olsa da onlar buna da nail ola bilmədilər.

Paşinyan Sorosun adamıdır və Rusiyaya qarşıdır
Dövlət rəhbərinin müsahibəsində Ermənistanda çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu olduğu bildirilməklə,  Paşinyanın  əslində, hər zaman anti-Rusiya mövqeyində olduğu, eləcədə  millət vəkili olarkən hər zaman Rusiyanın əleyhinə olduğu bildirilmişdir. O, hər şeyi Rusiyanın əleyhinə etdi, Rusiyanın “Qazprom” şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdırdı.


Status-kvo artıq yoxdur, Azərbaycan status-kvonu dəyişdi
Ölkə Prezidenti cənab İlham Əliyev müsahibəsində Status-kvo-ya münasibət bildirərək bunun  torpaqların işğal altında saxlanılması demək olduğunu bildirdi. Baxmayaraq ki, Minsk qrupunun həmsədrləri bununla əlaqədar hələ 10 il bundan öncə çox müsbət açıqlama vermişdirlər ki, status-kvo qəbuledilməzdir;

Azərbaycanın haqlı və ədalətli mübarizəsi dəstəklənir
Ölkə Prezidentinin müsahibəsində dərin razılıq hissi ilə bildirilir ki,  Türkiyə və Pakistan ilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan açıq dəstək göstərdi. Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. Ən çox dəstək göstərən qardaş Türkiyə olmuşdur. Bu Azərbaycanı daha da ruhlandırdı. Burada ancaq hərbi dəstəkdən söhbət gedə bilməzliyi bir daha vurğulanmışdır. 

Həmsədr ölkələr tərəfsizliklərini qorumalıdır
Dövlət başçısı müsahibəsində  Fransanın həmsədr kimi bitərəf olmasına diqqət çəkərək hər bir ölkənin başqa ölkə ilə xüsusi əlaqələri ola biləcəyini vurğulayır. Həmsədrlik statusuna aydınlıq gətirən Prezident  bunun artıq başqa bir mexanizm olduğunu bildirmişdir. Belə ki bu status   həmsədr olan ölkələrin üzərinə böyük məsuliyyət qoyur. Ona görə onlar bu mandat çərçivəsində gərək bitərəf olsunlar. Bu günə kimi Fransanın addımları və yanaşması müsbətdir;
Həmçinin bu barədə Rusiya Prezident ofisindən verilən açıqlama tamamilə əsaslıdır. Hər iki tərəf buna razı olmalıdır. Bunun razılığı və bunun təqvimi verilməlidir. Eyni zamanda dövlət rəhbəri bu gün fəal münaqişələr gedə-gedə bu haqda danışmaq bir qədər tez olduğunu bildirmişdir.

Qonşu ölkələr tərəfsizliyi qoruyur
Cənab Prezident müsahibəsində  qonşu ölkə kimi  İran və Gürcüstanın  öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladığını, buna görə İran və Gürcüstan hökumətlərinə bir daha təşəkkürünü bildirdi.


Türkiyə böyük bir bölgə dövlətidir
Ölkə başçısı cənab İlham Əliyev Türkiyənin gücündən narahat olan dairələr olduğunu bildirməklə  Türkiyənin də  artıq 20 il əvvəlki Türkiyə olmadığını qeyd etdi.  Bunu biz də  bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilirlər. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir.


De-fakto Türkiyə artıq müzakirə masasındadır
Dövlət rəhbəri müsahibəsində qeyd etmişdir ki, de -fakto  Türkiyə danışıq masasında olması bir reallıqdır. Bu gün Türkiyə digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir. Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin danışıqları olubdur. Eyni zamanda, iranlı həmkarları ilə Türkiyənin yüksək vəzifəli şəxslərinin əlaqələri olubdur, digər ölkələrlə. Ona görə Türkiyə de-fakto buradadır;

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir
Cənab Prezident müsahibəsində qeyd etmişdir ki,  Türkiyə ilə hərbi sahədə işbirliyimiz gündən-günə möhkəmlənir. Keçən il 10 birgə hərbi təlim keçirilmişdir, həm havadan müdafiə, eyni zamanda, özəl komandalar, digər sahələr üzrə. Ona görə bu işbirliyi ən yüksək səviyyədədir. Buna baxmayaraq Türkiyənin Azərbaycanda hərbi baza yaradılması məsələsi heç zaman müzakirə mövzusu olmamışdır.

Rəcəb Tayyib Ərdoğan dünya lideridir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində  Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanı dünya lideri kimi dəyərləndirərək onun  Türkiyəni böyük zirvələrə qaldıraraq  Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdığını bildirdi. Lakin bəzən ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən də olduğuna təəssüfləndiyini bildirdi.
Bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik.

 

Yeni zəfər müjdələrinə doğru
Ali baş Komandan cənab İlham Əliyev müsahibəsində son əks-hücum əməliyyatlarının nəticələri Azərbaycan Ordusunun əməliyyatının daha da uğurlu olmasına şərait yaratdığını bildirməklə   Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri olduğunu bizim tarixi şəhərimiz olmaqla, qədim mədəniyyət ocağı kimi qiymətləndirdi. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar kimi ifadə etmişdir.

Şəhidlərimiz ümummilli kədərimizdir
Müsahibəsində cənab Prezident İlham Əliyev onu ən çox kədərləndirən amilin Azərbaycanın həm mülki vətəndaşları arasında, həm də əsgərləri arasında.olan itkilərin olması olduğunu bildirmişdir. Xüsusilə vurğulanmışdır ki, cəbhədə gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, böyük faciədir, xalqımız üçün, onların yaxınları üçün, valideynləri üçün böyük faciədir. İstər mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların hamısı soydaşlarımızdır, övladlarımızdır, qardaşlarımızdır;

Azərbaycan xalqının iradəsi sarsılmazdır
Dövlət başçısı müsahibəsində  Azərbaycan xalqı iradəlidir, mərmi altında yaşayan insan yerindən tərpənmədiyini xüsusilə qeyd edərək  Tərtəri Ermənistanın Stalinqrada çevirdiyini bildirmişdir. Həmçinin cənab Prezident indiki Azərbaycan o Azərbaycan deyil, indiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlət olduğunu bildirmiş. insanlar mərmi altında yaşasa da  oranı tərk etmədiklərini, evləri yansa da, malları batsa da, amma deyirlər ki, təki “Vətən sağ olsun!” bildirmələrini qürurverici olduğunu qeyd etmişdir. 


Azərbaycan ordusunun döyüş hazırlığı öyrənilir
Ali Baş Komandan cənab İlham Əliyev müsahibəsində bu gün Azərbaycan ordusunun potensialı bütün dünyanın gözü önündə olduğunu vurğulamaqla, nkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrəniyini,  bu təcrübənin  kitablarda da, tədqiqatlarda da əksini tapacağına əminliyini bildirmişdir.
Qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi bu gözəl SİHA-ları və İHA-ları istehsal etməyə başlamışı, Azərbaycan Türkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bilməsinə diqqət çəkərək  Türkiyə istehsalı olan SİHA-larla bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edildiyini bildirmişdir. 

Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə gedir
Ölkə Prezidenti cənab  İlham Əliyev hər zaman Ulu Öndərin yoluna sadiq olduğunu,  2003-cü ildə ilk dəfə Azərbaycan xalqı ona etimad göstərəndə seçkilərdən əvvəl xalqa müraciəti zamanı  əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm fikrini davam etdirərək bu böyük layihələrin həyata keçirilməsi də əlbəttə ki, Heydər Əliyev yolunun davamı olduğunu bildirmişdir.

Milli həmrəylik
Dövlət başçısı müsahibəsinin sonunda ərazi bütövlüyümüzün bərpasının  bir nömrəli vəzifə olduğunu qeyd edərək buna nail olmaq üçün,  siyasi, iqtisadi, diplomatik, hərbi sahələrdə böyük səy göstərildiyini bildirmişdir. Bu sahədə fikrini davam etdirən dövlət rəhbəri siyasi mübarizə ilə yanaşı  milli məsələnin  də olduğunu vurğulayaraq milli məsələdə hər hansı bir siyasi mübarizə olmadan təhdid qarşısında birləşməyin vacibliyini xüsusilə qeyd etmişdir.

Keçidlər