Prezident İlham Əliyevin Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə vermişdir.
Ermənistan Silahlı Qüvvələrinin torpaqlarımıza qarşı törətdiyi növbəti hərbi təxribat və bu təxribatdan bölgədə doğan hərbi əməliyyatlar qardaş ölkə Türkiyə mediasının da gündəmində xüsusi yer almaqdadır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev Türkiyənin nüfuzlu “Haber Global” televiziya kanalına verdiyi müsahibə zamanı hərbi əməliyyatlar və Dağlıq Qarabağ problemi ətrafında çox mühüm açıqlamalar vermişdir. Azərbaycan, Ermənistan və Rusiya Xarici İşlər nazirlərinin Moskvada baş tutmuş görüşü və əldə olunmuş qərarları heçə sayan cinayətkar Ermənistanın təxribatçı əməllərinin davam etdiyini bildirən ölkə başçısı qeyd etdi ki, Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir. Dünya bunu təkrar görür. Müvəqqəti xarakter daşıyan humanitar atəşkəs sülh sazişi deyil. Bu humanitar məqsədli atəşkəsdir.
Moskva şəhərində baş vermiş son danışıqların nəticələri Azərbaycanın xeyrinə olduğunu vurğulayan dövlət başçısı bildirdi ki, danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir. Odur ki, Ermənistanın silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır. Danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi Yerevan öz məqsədinə nail ola bilmədi. Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti uğuru kimi qəbul olunmalıdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, Dağlıq Qarabağ probleminin həllində Qardaş Türkiyənin rolu əvəzolunmazdır. Münaqişənin siyasi yol ilə həll olunmasında Türkiyə fəal rol oynamalıdır. Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir. Odur ki, Türkiyə problemin həllində iştirak etməlidir.
Bundan əlavə ölkə başçısı daha bir vacib amili vurğulayaraq bildirdi ki, Status-kvonun dəyişilməsi münaqişədə əldə etdiyimiz növbəti uğurdur. Statusk-kvonun dəyişdirilməsi münaqişədə yeni reallıq yaradır. Ermənistan silahlı qüvvələrin öz mövqelərindən geri çəkilməsi rəsmi Yerevanın geri çəkilməsi deməkdir. Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdiririk və Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz;
Hərbi əmaəliyyatlar başladıqdan bu günə kimi Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərdən bəhs edən Ali Baş Komandan qeyd etdi ki,strateji yüksəkliklərin əldə olunması Azərbaycana taktik üstünkülər verir. Bütün əsas strateji əhəmiyyət kəsb edən yüksəkliklərin əldə olunması xalqımızın böyük qələbəsini yaxınlaşdırır. Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaqdır. İşğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaqdır. Lazımi infrastruktur yaradılacaq və normal həyat yaşanacaqdır.
Ermənilərin faşist əməllərini dünya görməlidir. Hətta Moskva danışıqlarından sonra davam edən təxribatlar Erməni xislətini dünyaya göstərir. Sülh şəhərləri hədəf almaları onların faşist sifətlərini aşkar edir.
Azərbaycan xalqı Qarabağa uşaqların gülüş səsini qaytaracaqdır. Tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Azərbaycan xalqı mütləq olaraq Qarabağa uşaqların xoşbəxt və sevincli gülüşün səsini qaytaracaqdır.
Eyni zamanda ölkə baççısı Erməni diasporuna qarşı mübarizə aparıldığını vurğulayaraq bildirdi ki, illərdir biz xaricdəki erməni diasporunun yaydığı qara propoqanda ilə üzləşirik və məqsəd Azərbaycanı ləkələmək və erməni işğalına bəraət qazandırmaqdır. Dünya KİVlərinə təsir edən erməni diaspor təşkilatları sentyabrdakı erməni təxribatları başlayan andan bizə qarşı iş aparırlar. Prezident Türkiyə mətbuatına minnətdarlıq ifadə etmişdir ki, real vəziyyətlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır.
Moskvada üçtərəfli görüş zamanı əldə olunan humanitar atəşkəsdən bəhs edən cənab Prezident qeyd etdi ki, Azərbaycan atəşkəsə razılıq verdi və Atəşkəs əldə olunduqduqdan sonra Azərbaycan tərəfi sözünə sadiq qalaraq atəşi dayandırdı və qərar verildi ki, diplomatik danışıqlarla barışıq əldə olunması üzrə fəaliyyətə başlayaq. Lakin, görünür cəbhə xəttində Azərbaycan tərəfinin əks-hücumu qarşı tərəfə dərs olmamışdır və mənfur düşmən yenidən çirkin əməllərindən əl çəkməyərək mülki əhaliyə hücum etmişdir. Gecə saatlarında Gəncə şəhəri “Toçka-U” raketi ilə atəşə tutulmuşdur. Gəncədə mülki əhalinin qətl edilməsi bunu bir daha sübut etdi ki, Ermənistan dövləti faşist dövlətidir, terror dövlətidir. Ermənistan bütün cəbhə boyu məğlubiyyətə uğrayır. Ona görə də ermənilər öz acısını dinc əhalidən çıxarmağa çalışır. Gəncəni bombalamaq əmri şəxsən Paşinyanın əmridir və bu da acizlikdən və ağır psixoloji durumdan doğan əmrdir.
Həm diplomatiyada, həm döyüş meydanında ciddi məğlubiyyətə uğrayan Ermənistan xarici dəstək axtarır. Bu ölkə öyrəşib ki, dünya erməniliyi, islamofob dairələr onun hər bir addımına bəraət qazandıracaq, Azərbaycanı təcavüzkar kimi göstərəcək. Lakin müasir internet düzü olduğu kimi təqdim etmək və yalanı təkzib etmək imkanı verir. Bundan əlavə, biz həm beynəlxalq hüquq, həm də ədalət baxımından haqq yolundayıq. Biz öz torpağımızdayıq. Erməni əsgəri bizim torpaqdan çıxarsa bu münaqişə də bitər.
Münaqişənin həllinə dünya ictimaiyyətinin biganə qalmasının təəccüb doğurmadığını vurğulayan ölkə başçısı bildirdi ki, Beynəlxalq aləmdən elə bir gözləntilərimiz yox idi. İllər boyu Beynəlxalq aləm bu münaqişəni fərqli tərzdə təqdim etməyə, həqiqətləri pərdələməyə üstünlük verib. Ona görə də Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın və digər Türkiyə rəsmilərinin açıq şəkildə Azərbaycanı dəstəkləmələri Azərbaycan üçün olduqca vacib idi. Biz hər zaman qeyd etmişik ki, Azərbaycan mülki əhali ilə müharibə aparmır və biz Gəncə bombardmanının əvəzini döyüş meydanında verəcəyik. Biz saat 12-dən qüvvəyə minmiş atəşkəs rejiminə sadiqik, lakin görəndə ki, qarşı tərəf buna riayət etmir, biz də özümüzü müdafiə etməliyik.