Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısının səyyar qəbulları davamlı və əhatəli olacaqdır.

18 iyul 2013 | 15:00

Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Akif Səlimovun  iyul ayının birinci yarısında  laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdıqları 6 rayonun 7 yaşayış məntəqəsində rayon sakinləri ilə görüş-səyyar qəbulları keçirmişdir.
  Göyçay, Ağdaş, Oğuz, Yevlax rayonlarında,  Ağcabədi rayonunun Taxta-körpü ərazisindəki  Qoşasu və Mirik obalarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilən səyyar qəbul-görüşlər rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanmışdır. Keçirilmiş  qəbullar  zamanı  Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişafdan, o cümlədən məcburi köçkünlərin həyat tərzinin yaxşılaşdırılması məqsədilə həyata keçirilmiş işlərdən geniş söz açmış və bildirmişdir ki, belə bir görüşlərin keçirilməsində əsas məqsəd mövcud problemləri öyrənmək və onların aradan qaldırılması üçün lazımi tədbirlər görməkdən ibarətdir.
  Ümumilikdə, keçirilmiş səyyar qəbullarda  385 nəfər rayon sakini iştirak etmişdir ki, onlardan da 85  nəfəri çıxış edərək onları narahat edən problemlərin həllinə köməklik  göstərilməsini xahiş etmişlər. Səsləndirilmiş problemlər içərisində Taxtakörpü obaları üzrə ərazidə yaşayış evlərinin tikintisinin sürətləndirilməsi istiqamətində tədbirlərin görülməsi, avtomobil yolları, içməli su, ərazilərdə meliorasiya işlərinin aparılması  və vaxtaşırı həkim briqadalarının göndərilməsi bildirilmişdir.
         Həmçinin  Ağdaş, Göyçay , Oğuz ,  Yevlax   rayonları və Mingəçevir şəhərində keçirilmiş qəbullarda  isə sakinlər məskunlaşdıqları mənzillərin təmiri və yeni mənzillərin tikilməsi, müayinə və müalicə  üçün maddi köməkli edilməsi, işlə təmin olunma,  ünvanlı dövlət sosial yardımının təyin olunması məsələləri barədə  təkliflər səsləndirmişlər.
  Ümumilikdə, iyul ayının birinci yarısında  keçirilmiş səyyar qəbullar zamanı qaldırılmış  85 məsələdən 18-i artıq öz müsbət həllini tapmış, mənzil məsələləri bağlı müraciət edən vətəndaşlara həmin məsələlərin yaxın vaxtlarda müvafiq Dövlət Proqramına uyğun həll ediləcəyi izah edilmiş, digər məsələlərin  həllinə köməklik edilməsi isə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçilərinə  və    ayrı-ayrı xidmət təşkilatlarının rəhbərlərinə tapşırılmış  və görülmüş tədbirlərlə bağlı müəyyən edilmiş vaxt ərzində rayon İcra Hakimiyyətinə arayış təqdim edilməsi nəzarətə götürülmüşdür.

Keçidlər