Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar Azərbaycan polisinin yaranmasının 95-ci ildönümünü qeyd etdilər.

03 iyul 2013 | 15:00

2 iyul Azərbaycan polisi günü münasibətilə Laçın Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Laçın rayon ictimaiyyəti nümayəndələri və polis əməkdaşları əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü və qəsəbədə rayon şəhidlərinin əziz xatirəsinə ucaldılmış Xatirə Kompleksini ziyarət edərək, hər iki abidə önünə tər güllər düzmüşlər. Sonra tədbir Rayon İcra Hakimiyyəti inzibati binasının iclas zalında davam etdirilmişdir.  Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  açdıqdan sonra Qarabağ müharibəsi zamanı həlak olmuş polis əməkdaşları və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra rayon rəhbəri çıxış edərək rayonun  bütün  polis əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etmiş, onlara çətin və şərəfli işlərində uğurlar arzulamışdır. Azərbaycan polisinin  keçdiyi  tarixi yola nəzər salan Rayon İcra Hakimiyyəti başçısı  A. Səlimov   Ulu Öndər Heydər Əliyevin 24 may 1998-ci il tarixli Fərmanı ilə hər ilin 2 iyulu Azərbaycan Polisi günü elan olunduğunu qeyd etmişdir. Azərbaycan polisinin   bütün dövrlərdə dövlət müstəqilliyimizin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və ictimai  asayişin təmin olunmasında önəmli rol oynadığını bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, ən çətin anda, ən dar məqamda polis həmişə xalqımızın köməyinə çatmış, suverenliyimizin qorunmasında xalqımıza ləyaqətlə xidmət etmişdir. Bu gün Azərbaycan ən stabil, ən sabit bir məmləkətdir deyən Akif Səlimov xalqımızın Ulu öndəri Heydər Əliyevin, 2003-cü ildən isə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan polisinin öz xidməti vəzifəsini ləyaqətlə yerinə yetirdiyini, ölkəmizdə davamlı sabitliyin qorunmasını daim nəzarətdə saxladığını xüsusilə qeyd etmişdir.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri də polis işçilərini peşə bayramı günü münasibəti ilə təbrik etmiş, ölkəmizdə əmin-amanlığın qorunmasında polis orqanlarının əvəzolunmaz xidmətlərini yüksək qiymətləndirmiş, onlara gələcək işlərində uğurlar arzulamışlar.

Keçidlər