Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbul etmişdir.

01 oktyabr 2020 | 16:00

      Ölkə Prezidenti cənab İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbulu mərasimində çıxışı zamanı  Pakistanın ölkəmizə dost və qardaş ölkə olmasından mənmun olduğunu qeyd etmişdir. Dövlətimizin başçısı çıxışında Dağlıq Qarabağda hərbi əməliyyatların başlanması  ilə əlaqədar Pakistanın dəfələrlə Azərbaycanın yanında olmasını bəyan etməsi və ölkələrimiz arasında strateji və qardaş münasibətləri olduğunu  bir daha təsdiqləyərək  Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarlığını bildirdi.
          Dövlətimizin başçısı Azərbaycanın  bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəklədiyini və daim yanında olduğunu bildirdi.   Xüsusilə vurğuladı ki, bu qarşılıqlı dəstək əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. İkitərəfli əlaqələrdə siyasi sahədən əlavə iqtisadi məsələlər üzərində diqqət cəmləşdirməsinin vacibliyini bildirən ölkə Prezidenti cənab İlham Əliyev qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensialın  mövcud olmasının əhəmiyyətindən danışdı.
             Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistana qətiyyətli mövqeyinə görə minnətdarlığını bildirən ölkə başçısı  Pakistanın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkə olmasını yüksək qiymətləndirərək bunun, qardaşlığın əsl nümayişi və nümunəsi olduğunu bildirdi. Dövlət başçısı bir daha qeyd etdi ki, bütün hallarda Pakistanın  həmişə yanımızda olması xalqlarımız arasında sarsılmaz dostluğun bariz nümunəsidir.  Ölkə Prezidenti çıxışında  Pakistanın Xarici İşlər nazirinin  bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat verməsinə yüksək dəyər verərək bu bəyanatın haqq işimizi tam dəstəklədiyni bildirdi.
            Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribata başlamasını  onların işğalçı siyasətinin davamı olduğunu bildirən ölkə Prezidenti, bundan əvvəl də iyulda Ermənistan tərəfindən çox kəskin təcavüz aktlarını törədildiyini,  baş verənlərin  beynəlxalq ictimaiyyətə yaxşı məlum olduğunu qeyd edərək artıq  hər kəsin  Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədində kəndləri və hərbi mövqeləri atəşə tutanın  Ermənistan olduğunu yaxşı bilir.
              Düşmənin qəfil təxribatına  Azərbaycan Ordusu tərəfindən dərhal adekvat cavab verilməsi nəticəsində  onların yeni əraziləri işğal etmək planlarının  uğursuzluğa düçar olduğunu bildirən dövlət başçısı  Azərbaycan Ordusunun  bir daha öz gücünü nümayiş etdirərək  erməni ordusunu etdiklərindən peşmançılıq keçirmək məcburiyyətinə saldı.
      Ölkə Prezidenti cənab İlham Əliyevin Ermənistanın müharibəyə hazırlaşdığını öz qeydləri, bəyanatları, müsahibələri və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışı zamanı bəyan etməsi  Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün açıq siqnal idi. Prezident İlham Əliyev Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu əvvəlcədən bildirməsi təəssüf ki, lazımınca dəyərləndirilmədi.  Odur ki, yağı düşmən sentyabrın 27-də  müxtəlif istiqamətlərdən kəndlərə, hərbi mövqelərə hücum etməyə başladılar və bu iki gündə mülki şəxslər arasında itkilərimiz oldu. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artır. Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirdiyini bildirən ölkə başçısı çıxışında, bu dəfə onlara növbəti dərs veriləcəyini xüsusilə qeyd etmişdir. 
            Çıxışı zamanı ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan ordusunun  öz torpağında döyüşdüyünə diqqət çəkərək  Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olduğunu,  beynəlxalq ictimaiyyətin  Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etmişdir. Eyni zamanda dövlət başçısının çıxışında  Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onların mədəni soyqırımı da törədiyi bildirilmişdir. Çıxıda həmçinin ermənilərin tarixi abidələri, məscidləri dağıtmaları,  hələ dağıdılmayan məscidlərin   heyvan saxlamaq üçün istifadə edildiyi hiddətlə bildirilmiş, bunun  bütün müsəlman dünyası üçün  təhqir olduğu qeyd edilmişdir. Xüsusilə vurulanmışdır ki,  hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq ermənilərin  islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilmişdir.
           Dövlət başçısının çıxışında  Ermənistanda diktator rejimi olduğu bildirilərək,  Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdid olduğu qeyd olunmaqla təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bu rejiminin etdiklərinə göz yumur. Diktatorluq artıq Ermənistanda rəsmi siyasətə çevrildiyi,  İki sabiq prezident barəsində cinayət araşdırmaları aparıldığı, jurnalistlərin  həbsxanada öldüyünün,  siyasi müxalifətin  sıxışdırıldığının Ermənistanın reallıqları olduğu bildirilır. Hazırda Paşinyanın  Ermənistanın yeni diktatoru olduğu, Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları buna  reaksiya vermədiyi, bunun, ikili standartların nümayişi olduğu bildirilməklə  əgər beynəlxalq ictimaiyyətin Ermənistanın diktator rejimi dayandırmasa  Azərbaycanın  onları dayandıracaqı qətiyyətlə bildirilmişdir. ;
              Ölkə başçısının çıxışında bildirilir ki,  hazırkı, Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə bəyanatlarla çıxış ediblər. Ermənistan isə buna məhəl qoymur və bu üç ölkəyə hörmətsizlik nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var. Ermənistan demək olar ki, 30 ildir bu qətnamələrə məhəl qoymur. Ermənistan rəsmiləri Azərbaycana qarşı, yeni ərazilər uğrunda yeni müharibə olacağını bəyan etməklə   Baş nazir Paşinyan  Qarabağ Ermənistandır xülyasından əl çəkmir.
            Ölkə Prezidenti çıxışında haqlı olaraq qeyd edir ki, Azərbaycan Dağlıq Qarabağın marionet rejimi ilə danışıqlar aparması danışıqların formatının dəyişməsi deməkdir. Livandan gələn ermənilər işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşır. Onlar işğal olunmuş ərazilərdə hərbi təlim təşkil edirlər. Onlar Dağlıq Qarabağdakı cinayətkar rejimin saxta liderinin qondarma andiçmə mərasimini Azərbaycanın qədim şəhəri olan Şuşada təşkil edirlər. Dağlıq Qarabağın cinayətkar xuntasının qondarma parlamentini Şuşaya köçürməyi qərara alırlar. Bu, Azərbaycan xalqının hisslərinin birbaşa təhqir olunmasıdır. Azərbaycanın heç vaxt bununla razılaşmayacaq və onlara yerlərini göstərəcəyini bildirir.
          Çıxışının sonunda Pakistanın Azərbaycana verdiyi dəstəyin əhəmiyyətini bir daha bildirən ölkə Prezidenti əməkdaşlığımızın bütün illəri boyunca bu dəstəyi hiss ediyini, həmçinin bu mühüm məqamda Azərbaycanın bu gün  yanında  olub öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrin  - qardaş Türkiyə və qardaş Pakistan olmasından mənmunluğunu bildirmişdir. 

- Türkiyə hər zaman bizimlədir. Türkiyə Prezidenti, Ermənistan-Azərbaycan münaqişəsi məsələsi ilə bağlı çox qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və Ermənistanın təcavüzü zamanı o, bir neçə dəfə açıq şəkildə bəyanat verib ki, Türkiyə Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Türkiyənin bütün aparıcı siyasi partiyaları da Azərbaycana dəstək olaraq yekdil mövqe ifadə etdilər. Bu mühüm məqamda yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Pakistandakı qardaşlarımıza minnətdarıq. Bu, necə deyərlər, həqiqət anıdır. Azərbaycan kimin kim olduğunu görür, kimin yanında möhkəm dayandığını görür və bunu heç vaxt unutmayacaq.

Keçidlər