Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr tarixində Ermənistanın hərbi təxribatı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət etmişdir

28 sentyabr 2020 | 16:00

   Ölkə Prezidenti, Ali baş Komandan cənab İlham Əliyev müraciətində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildiyini bildirmişdir.

    Müraciətdə  Milli ordunun çevikliyi və peşəkarlığı, ordumuzun şəxsi heyəti və tank bölmələri tərəfindən raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edilməklə onların hərəkət trayektoriyasının nəzarət altına alınmasının  təmin edildiyi bildirilir.

   Dövlət başçısı müraciətində Azərbaycan hökuməti və Milli Ordunun  təxribatlara uymamaqla, qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam etdirdiyi, bu səbəbdən əhalinin  hadisələri izləyərkən təxribat xarakterli məlumatların qarşısının alınmasında fəal iştirak etməsinin vacibliyini qeyd etmişdir.  

   Haqlı olaraq müraciətdə  27 sentyabr tarixində cəbhə boyunca baş verən hadisələrə görə bilavasitə Ermənistan hökuməti məsuliyyət daşıdığı bildirilməklə  Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulduğu, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulduğu qeyd olunmuşdur.

   Müraciətdə hərbi başladığı ilk andan  Azərbaycanın hadisələrə  məsuliyyətlə yanaşdığı  Milli ordumuzun  mülki əhalini atəşə tutmadığı bildirilmişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sözügedən mövqeyin vəziyyətdən asılı olmayaraq hər zaman qorunduğunu qeyd etməklə   27 sentyabr tarixində baş vermiş hadisələrin buna əyani sübut olduğunu milli ordumuzun  mülki əhalini atəşə tutmadığı qeyd olunmuşdur.

   Ölkə başçısının müraciətində  27 sentyabr hadisələrinin Ermənistanın yeni işğal siyasətinin təzahürü olduğu bildirilməklə bu yeni siyasətin danışıqlar prosesinin pozulması, status-kvonun təsdiqi, yeni təxribatların yaradılması və Ermənistanda yaradılmış sosial fəlakətin gizlədilməsinə xidmət etdiyi qeyd olunur.

    Ölkə başçısının müraciətində bir daha vurğulanır ki, Ermənistanda rasizm siyasəti yürüdülməklə erməni hökuməti öz dövlətində xüsusilə gənclər arasında  Azərbaycanın düşmən obrazının formalaşmasına xidmət edən məqsədyönlü addımlar atır.

    Müraciətdə danışıqların pozulmasının  ermənilərin əsas hədəflərindən olduğunu  bildirən ölkə başçısı açıq danışıqlardan qaçan Erməni hökumətinin  münaqişə boyunca müxtəlif hadisələr yaratmaqla məqsədli şəkildə ləngidərək bu prosesi uzatmaq üçün  əsaslı əngəllər yaratdığı ətraflı izah olunmuşdur.

    Dövlət başçısının Erməni təxribatlarının  sistemli xarakter daşıdığı göstərilən müraciətində   cari ilin iyul, avqust və sentyabr aylarında baş vermiş rəsmi Yerevanın törətdiyi  hərbi təxribatların regionda təhlükə yaratmaqla  Azərbaycanı hərbi qüvvədən istifadə etməyə təhrik etməsi ətraflı şərh olunmuşdur.

    Müraciətdə dövlət başçısı qeyd edir ki, təxribatlar təkcə cəbhədə deyil, Yerevanın siyasi bəyanatlarında da öz əksini tapır. Xüsusilə vurğulanır ki, Ermənistanın daxili auditoriyasına xidmət edən məsuliyyətsiz bəyanatlar danışıqlar prosesinə ciddi zərbə olmaqla bu danılmaz faktın  təkcə bizi deyil, bütün beynəlxalq ictimaiyyəti də düşündürməlidir. Çünki danışıqlar prosesinin aqibətini şübhə altına qoyan rəsmi Yerevan etibarsız və məsuliyyətsiz ölkədir.

   Ölkə başçısının müraciətində haqlı olaraq qeyd olunur ki, danışıqlardan  və münaqişənin sülhlə həlli yolundan qaçan Ermənistanın bütün təxribatları və bəyanatları bilavasitə ona dəlalət edir ki, Ermənistan danışıqlar formatını dəyişdirməyə nail olsun. Çünki bununla  onlar bütün sülh prosesini və əldə olunan nailiyyətləri sıfırlaşdırmaq istəyirlər.

   Müraciətində,  təxribatlar Yerevanın rəsmi siyasəti olduğunu vurğulayan  dövlət başçısı, Ermənistan tarixinin  falsifikasiya və müxtəlif təxribatlar üzərində qurulduğunu, könüllü hərbi birləşmələrin yaradılmasının isə  məhz həmin siyasətin davamı olduğu açıq şərh olunmuşdur.

   Qanunsuz məskunlaşma siyasəti regiona təhdid yaradan siyasət olduğunu bildirən ölkə Prezidenti cənab İlham Əliyev  müxtəlif yollarla digər ölkələrdə yaşayan erməni mənşəli əhalinin Qarabağa gətirilməsinin  regionun gələcəyini sual altına qoymaqla nəinki ölkə ictimaiyyətində eləcədə beynəlxalq səviyyədə haqlı olaraq pislənildiyini bunun beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması olmaqla  müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməsinin yol verilməz olduğunu bir daha vurğulamışdır.

   Ölkəmizə qarşı    ikili siyasətin  davam etməsi nəticəsində  30 ilə yaxın bir dövrdə qəbul edilmiş  beynəlxalq qətnamələrin  kağız üzərində qalmasının xalqımızın və dövlətimizin  ciddi narazılığına səbəb olduğunu bildirən dövlət başçısı  Azərbaycanın  haqq yolunda olduğunu bildirməklə işğalçı Ermənistana qarşı  tarixi ədalətin bərpası uğrunda mübarizə apardığını, qeyd edərək bütün dünyanın  Qarabağın  Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını bir daha   bəyan etməklə  xalqımızın bu həqiqət uğrunda hər an mübarizə aparmağa hazır olduğunu bildirmişdir.

Keçidlər