Ölkə Prezidenti cənab İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti müsahibəsi əhali tərəfindən maraqla qarşılandı
Ölkə başçısının müsahibəsində Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan vermədiyi haqlı olaraq vurğulanmaqla yalnız məqsədli surətdə Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırması göstərilir.
Ümumiyyətlə Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edilməsi, xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun ermənilərdən ibarət yaxın ətrafı tərəfindən ölkəmizə qarşı nifrət hissinin daha da genişləndirildiyi bildirili.
Dövlət başçısının həmin dövrdə Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və o komitəyə Qorbaçovun köməkçisi Arkadi Volskinin təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planı olduğu idi. Volskinin vaxtında azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovul bildirilir. Volskinin bu fəaliyyəti müqabilində isə erməni lobbisi tərəfindən “mükafatlandırıldığı” , onun sonradan Rusiya Sahibkarlar İttifaqına rəhbərlik etməsinin təsadüfi olmadığı konkret faktlarla sübut olunur.
Müsahibədə Azərbaycanın o zamankı rəhbərliyinin xalqa xəyanəti. Səriştəsizliyi və məsuliyyətsiliyi nəticəsində Sovet İttifaqının 366-cı alayı azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynamışdır.
Dövlət başçısının müsahibəsində hazırkı vəziyyət şərh olunarkən Ermənistanın bugünkü rəhbərliyinin riyakar siması, məsuliyyətsizliyi, atdığı addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmədiyi ölkəsini uçuruma apardığı real faktlarla sübut olunmuşdur.
İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldığını bildirən ölkə başçısı cənab İlham Əliyev Azərbaycan tərəfinin Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı olduğunu bildirərək Ermənistanın bundan əvvəlki hakimiyyətinin də erməni xalqında da ancaq nifrət hissləri doğururduğunu qeyd etməsi ermənistan hakimiyyətinin nəinki başqa xalqlara, eləcədə öz xalqına düşmən kəsildiyini sübut etmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyev müsahibəsində hazırkı Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərməsi, riyakarcasına yalvararaq vaxt istəməsi, daha sonra Paşinyanın Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş etməsi günümüzün reallıqlarıdır.
Bununla yanaşı Paşinyan hakimiyyətə gəlişinin ilk dövründə Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq , danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini deməklə atəşkəs rejiminin möhkəmlənməsini xahiş etməsinə baxmayaraq tipik erməni xislətini uzun müddət gizlədə bilmədiyi özünü biruzə verməkdədir.
Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmış, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndirmişlər.
Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədilə istifadə etməmişdir.
Müsahibəsində cari ilin İyul hadisələri hadisələrinə diqqət çəkən dövlət başçısı törətdiyi təxribat nəticəsində məğlubiyyətlə üzləşən Ermənistan o döyüşləri qələbə kimi qələmə verməyə çalışsa da Azərbaycan tərəfinin təqdim etdiyi görüntülərdə Ermənistanın heç bir qələbə qazanmadığını konkret faktlarla ifşa olunmuşdur. Eyni zamanda müsahibədə haqlı olaraq sual olunur ki, əgər bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir?
Müsahibədə erməni xislətini konkret sitatlarla şərh edən dövlət başçısı bu “məzlum” xalqın iç üzünü məharətlə açmışdır.
Sitat: Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır.
Sitat: Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Bu necə müstəqil ölkədir ki, öz qərarını qəbul edə bilmir?.
Sitat: Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur. Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatları olduğunu qeyd edən ölkə başçısı ona görə də bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumduqlarını, Ermənistanda jurnalistin aclıq edərək həbsxanada ölməsi barədə heç bir təşkilat məsələ qaldırmır, buna münasibət bildirilmir.
Dövlət bacısı müsahibəsində Ermənistanda iki keçmiş prezidentin sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edildiyini göstərərək beynəlxalq təşkilatların buna göz yumasını, əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığının götürülməsinə heç bir reaksiya vermədiyini göstərərək haqlı olaraq: Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “FreedomHouse”, “HumanRightsWatch”, “AmnestyInternational” niyə susur? iradını bildirməklə bu təşkilatların Azərbaycana qarşı nə vaxta kimi ikili standartlardan çıxış edəcəklərinə qəti etirazını bildirməsi ölkə vətəndaşlarıkimi laçınlı köçkünlər tərəfindən də birmənalı qarşılanmışdır.
Dövlət başçısı televiziya kanallarına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın təxribatlarını geniş şərh etmişdir. Belə ki,
Birinci təxribat. Ermənistanla faktiki olaraq danışıqlar getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir.
İkinci təxribat. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz.
Minsk qrupunun həmsədrləri də Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirmişlər.
Üçüncü təxribat. Ermənistanın işğal edilmiş torpaqlarda məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Azərbaycanı təxribata çəkirlər. Çünki Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi nəinki ölkə ictimaiyyətində eləcədə beynəlxalq səviyyədə haqlı olaraq pislənilmiş bunun beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması olmaqla müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməsinin yol verilməz olması kimi qiymətləndirilir.
Dördüncü təxribat. Qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi növbəti təxribat, açıq təhqirdir.
Beşinci təxribat. Düşmən tərəfinin hansısa komediya tipli təlimlər keçirilməsi açıq təxribatdır.
Altıncı təxribat. İyul hadisələri açıq silahlı təxribatdır. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub.
İyul təxribatından sonra avqust ayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilib və o diversiya qrupunun başçısı tutulub.
Sitat: Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.
Televiziya kanallarına müsahibəsində təxribatlarla bağlı mövqeyini bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hazırda belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmağın məsuliyyətsiz olduğunu bildirərək bunu müvafiq sitatlarla ətraflı şərh etmişdir
Sitat: Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.
Sitat: Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir.
Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir.
Sitat: Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik.
Sitat: Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır.
Sitat: Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir . Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur.
Sitat: Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu , BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır.
Ölkə başçısı mövcud vəziyyəti təhlil edərək Ermənistanın yeni böyük müharibəyə hazırlaşdığını, onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparıldığını bildirirmişdır.
Bununla yanaşı ölkə başçısının müsahibəsində Ermənistanın təcavüzkar və terrorizmə sponsorluq edən dövlət kimi bizim üçün daim təhlükə mənbəyi olan bir ölkə olduğunu bildirərək bununla bağlı ölkəmizin mövqeyini aşağıdakı sitatlar vasitəsi ilə bildirməsi ölkə vətəndaşları tərəfindən böyük maraqla izlənmişdir.
Sitat: Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək.
Sitat: Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur.
Sitat: Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq.
Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsi məsələsini şərh edən ölkə başçısı cənab İlham Əliyev i mövcud problem, sual, narahatlıqlar haqqında xalqa və müttəfiqlərinə açıq mesaj verərək bunu konkret sitatlarla belə izah etmişdir.
Sitat: Serbiya və Rusiya prezidentləri ilə də mənim telefon söhbətim oldu və mən narahatlığımı ifadə etdim.
Sitat: Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm.
Bununla yanaşı ölkə başçısı qeyd etmişdir ki, Ermənistan və Gürcüstanda yaşayan, bir çox hallarda gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Həmçinin Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyində dünya ermənilərinin dayandığını bildirən dövlət başçısı onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaq olsa da buna nail olmayacaqlarına əminliyini bildirmişdir.
Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizməmeyil göstərirlər.
Sitat: Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur.
Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib. Ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub.
Ölkə Prezidenti cənab İlham Əliyev Ermənistanın müsəlman ölkələrində diplomatik fəallığı ilə bağlı məsələyə diqqəti çəkərək Azərbaycanın İslam həmrəyliyi işində həmişə çox fəal olduğunu bildirməklə dövlət başçısının xarici siyasət istiqamətləri ilə çıxışlarında əsas prioritetlərdən biri müsəlman ölkələri ilə olduğunu bildirmişdir. Bununla yanaşı Azərbaycanın islamofobiyaya qarşı mübarizəsi, ölkəmizdə islam həmrəyliyi ilə bağlı keçilən tədbirlər, İSESKO-da, İƏT-də fəal işi, Azərbaycan Prezidentinin beynəlxalq tribunalardan etdiyi müvafiq çıxışlar islam həmrəyliyinin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
Yaradılmış bu dostluq və həmrəyliyin nəticəsidir ki, hazırda Azərbaycanı BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləmişdir.
Buna baxmayaraq bəzi müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədir. dini tarixi abidələr dağıdaraq müsəlman müqəddəsləri təhqir edir. Çox təəssüf ki, bunu unudan bəzi müsəlman dövlət rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin.
Bununla yanaşı Ermənistan İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır. Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq?
Ölkə başçısı xüsusilə qeyd etmişdir ki, Ermənistanda islamofobiya dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər. lakin buna baxmayaraq Ermənistanın uğursuz ölkə olduğu, iqtisadiyyat çökdüyü, bazar məhdud olduğu, əhalisinin dayanmadan azaldığı , hər hansı bir investisiya üçün cəlbedici olmadığını görən müsəlman ölkələrinin burda hansı marağı ola bilər? deyə Türkiyə-Azərbaycan münasibətlərini müvafiq sitatlarla nümunə çəkmişdir.
Sitat: Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü bildirmək istəyirəm.
Sitat: Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir.
Son illər ərzində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərin sayı ciddi şəkildə artmışdır.
Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir.
Sitat: Naxçıvanda təlimlər keçirilmişdir və təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak etmişdir. Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil- Ermənistan özü baş çıxarsın.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər, psixoloji stress keçirirlər, müxtəlif qapıları döyüb yardım istəyirlər.
Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək deyən dövlət başçısı . Dağlıq Qarabağın əzəli və tarixi Azərbaycan torpağı olduğunu bəyan edərək 1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik. Lakin biz mütləq öz torpaqlarımıza qayıdacağımıza əminliyini vurğulaması bütün ölkə vətəndaşları kimi laçınlı köçkünlər tərəfindən də dərin razılıqla qarşılanmışdır.
Bizim başqalarının torpağında gözümüz yoxdur, deyən dövlət başçısı öz torpağımızı da heç kimə verən deyilik deməklə dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyimizi, küçələrə Azərbaycan adlarını verəcəyimizi, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağımızı bildirməklə Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Kimi şüarları səsləndirməsi hər bir ölkə vətəndaşında sevinc və ruh yüksəkliyi yaratmışdır.