Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçısı cənab İlham Əliyevin təhsilə olan dövlət qayığısı yerlərdə yüksək razılıqla qarşılanır.

12 avqust 2020 | 16:00

Dövlət başçısı cənab İlham Əliyevin ölkəmizdə bütün sahələrə, xüsusilə təhsil sahəsinə ayırdığı diqqət və qayğı ümumilikdə öz müsbət nəticəsini verir, hər bir sahədə davamlı şəkildə uğurlar əldə olunur.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə təhsil infrastrukturunun yenidən qurulması məqsədilə imzaladığı “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında”  2020-ci il 6 may  tarixli 2016 nömrəli Sərəncamına əsasən ölkə üzrə 34 məktəbin, o cümlədən Bərdə rayonunun Əyricə kəndi ərazisində fəaliyyət göstərən Laçın rayonunun Nağdalı kənd 80 şagird yerlik modul tipli köçkün tam orta  və Ağdam rayonunun Əfətli kəndində yerləşən Laçın rayonunun Əfətli kənd 40 şagird yerlik modul tipli köçkün ümumi orta məktəbinin  quraşdırılması məqsədilə vəsaitin ayrılması dövlət başçısının təhsilə olan davamlı diqqət və qayğısının bariz nümunəsidir.
Həmin Sərəncamın icrası ilə bağlı görülən işlərin gedişi ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 2020-ci il 12 avqust tarixdə Bərdə və Ağdam rayonlarında olaraq, Laçın rayonunun Nağdalı kənd tam orta və Əfətli kənd ümumi orta  modul tipli məktəblərin tikintisi işləri ilə yerində tanış olmuş, məktəb rəhbərliyi  və sakinlərlə görüşmüşdür.
Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov son tamamlanma işləri aparılan hər iki məktəbdə gedən işlərin gedişi barədə rayon rəhbərinə ətraflı məlumat vermiş, növbəti dərs ilində məktəb həmin binalarının müəllim və şagird kollektivinin istifadəsinə veriləcəyini bildirmişdir.
Daha sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli hər kimi məktəb binasının tikintisi işləri ilə yaxından maraqlanmış, nəzərdə tutulmuş işlərin vaxtında başa çatırılması üçün əlaqədar vəzifəli şəxslərə lazimi tapşırıqlar vermişdir.
Məktəb rəhbərliyi, ağsaqqallar və valideynlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər