Laçın Rayon İcra Hakimiyyətində operativ müşavirə keçirilmişdir.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü ərazisində mövcud vəziyyət və bu istiqamətdə qarşıda duran vəzifələrlə bağlı 2020-ci il 30 iyul tarixdə Laçın Rayon İcra Hakimiyyətində karantin rejimi qaydaları gözlənilməklə operativ müşavirə keçirilmişdir.
Müşavirədə Laçın rayonunun hüquq-mühafizə orqanlarnın, Laçın Rayon Mərkəzi Xəstəxanasının, Laçın Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərləri, Taxta Körpü və Qayğı qəsəbə, Alxaslı və Vağazin kənd inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak etmişlər.
Operativ müşavirədə ölkəmizin ayrı-ayrı şəhər və rayonlarında, xüsusilə Taxta Körpü ərazisində müvəqqəti məskunlaşmış Laçın rayon sakinləri arasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli bu sahədəki mövcud vəziyyətlə bağlı müşavirə iştirakçılarının məlumatlarını dinləmiş, bu istiqamətdə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün onlara lazımi tapşırıqlar vermişdir.
Daha sonra Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları ayrı-ayrı şəhər və rayonlarda, o cümlədən Taxta Körpü ərazisindəki qəsəbələrdə və ətraf obalarda sanitar və karantin rejimi qaydalarına hamılıqla əməl olunması üçün mobil qruplar tərəfindən maarifləndirmə tədbirlərinin genişləndirilməsi, sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarət tədbilərinin daha da gücləndirilməsi qərara alınmışdır.