Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədəki çıxışı əhali tərəfindən razılıqla qarşılanır.
Azərbaycan Respublikasının Prezienti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilməklə layihələr arasında su ilə bağlı layihələrinin xüsusi yeri vardır ki,bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edir.
Ölkə başçısının çıxışında enerji sektoruna qoyulan vəsait hesabına bu sahənin müasirləşməsi ilə hazırdaimkan yaranıb ki, Azərbaycan nəinki özünü uzun müddət elektrik enerjisi ilə təmin edə biləcək, hətta yaranmış əlavə generasiya gücü nəticəsində ölkəmizin ixrac imkanları da yaranmışdır. Hazırda bu sahə üzrə 30-dan çox elektrik stansiyasının ölkənin enerji təhlükəsizliyini təmin etməsi, ölkədə qazlaşdırmanın 96 faizə çatdırılmaqla bunun dünya miqyasında ən yüksək göstəricilərdən olmaqla əhalinin bu sahədə normal təminatınınyaranması isə xüsusilə önəmlidir.
Bununla yanaşı ölkəmizin nəqliyyat infrastrukturunun yüksək səviyədə müasirləşləşməsi, Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdə, avtomobil yollarının keyfiyyətinə görə isə Azərbaycanın 27-ci yerdə olması ilə bütövlükdə Azərbaycanın infrastrukturla bağlı olan vəziyyətə görə dünya miqyasında 34-cü yeri tutması qürurverici olmaqla yanaşı bu sahədə əhaliyyə xidmətin yaxşılaşdırılmasının əyani təzahürüdür.
Dövlət başçısının çıxışında həyata keçirilən bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələrinin xüsusi yeri olduğu bildirilməklə 2004-cü ildə ölkəmizdə içməli su ilə təminatının 40 faiz səviyyəsindən hazırda 70 faizə yüksəlməsi qeyd edilmişdir. Eyni zamanda o zaman Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idisə, bu gün bu rəqəm təxminən 82 faizə, regionlarda isə cəmi 9 faizdən 63 faizə yüksəlməsi həqiqətən ürəkaçan olmaqla ölkə başçısının əhalinin təminatı ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlamasının nəticəsidir.
Həmçinin ölkə başçısının çıxışında əhalinin istər icməli suya , istərsədə təsərrüfat suyuna olan tələbatının 100 faiz səviyyəsinə yüksəldilməsinin əlaqədar təşkilatlar qarşısında olan həlli vacib məsələ kimi qoyulması ölkə vətəndaşları kimi laçınlı köçkünlər tərəfindən də dərin razılıq və minnətdarlıqla qarşılanmışdır.
Sakinlər, həmçinin son illərdə Azərbaycanda nəhəng su layihələrindən olan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkliməsini, su tutumu 270 milyon kubmetr olan Taxtakörpü su anbarının tikintisini tarixi layihələr kimi dəyərləndirərək bu su anbarından təqribən 30 min hektar suvarılmayan torpaqlara su veriləcəyinə yüksək əhəmiyyət verirlər.
Həmçinin digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsi, su tutumu 165 milyon kubmetrdir olan Şəmkirçay su anbarından ölkənin qərb zonasının bir neçə rayonu faydalanır ki, bu da kənd təsərrüfatının inkişafında böyük rol oynayacaqdır.
Bununla yanaşı cənub zonasında yerləşən Göytəpə vəsu həcmi 470 milyon kubmetr Tovuzçay su anbarları da inşa edilməsi, son 15 il ərzində yaradılmış böyük layihələr kimi regionun inkişafına yeni təkan verəcəkdir.
Ölkə başçısı cənab İlham Əliyevin çıxışında ötən il yaşanan quraqlıqla bağlı yaranmış böhran vəziyyətində əlaqədar müvafiq qurumların vəziyytdən çıxış yollarını düzgün müəyyənləşdirmədiynəciddi irad bildirməsi, su itgisinə imkan vermədən əhalinin su ilə təminatının daim nəzarəttdə saxlanılmasının vacibliyini, bu sahəyə ayrılmış vəsaitlərin düzgün istifadə olunmasını vurğulaması əhali tərəfindən də birmənalı olaraq dəstəklənmişdir.
Dövlət başçısı çıxışında ölkədə su çatışmazlığınının iqtisadiyyata, xüsusilə kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə nə qədər böyük ziyan vurduğunu, taxılçılıqda və pambıqçılıqda məhsuldarlığın aşağı salmasını göstərərək aidiyyəti təşkilatlar qarşısında sudan qənatlə istifadə yollarını müəyyən emək üçün xarici mütəxəssislər cəlb edilməsini tapşıraraq bu işdə yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquqmühafizə orqanlarının cəlb edilməsini bildirmişdir.
Xüsusilə itkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməli olduğu vurğulanaraq bu itgilərin minimuma endirilməsi tapşırılmışdır.
Ölkə başçısının çıxışında içməli su və meliorasiya layihələrinə böyük vəsait qoyulduğu bildirilməklə müasir texnologiyanın imkanlarından istifadə edərək 22 kanalın yenidən qurulacağı bununlada təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatı tam həll ediləcəyi bildirilməsi bir daha ölkə başçısının bu sahənin inkişafına xüsusi önəm verdiyini göstərir.
Ölkə Prezidenti cənab İlham Əliyev bu işləri səmərəli şəkildə davam etdirmək üçün ekologiya üzrə mütəxəssislər və alimlər cəlb edərək vahid idarəetmə mexanizmi işlənməli olduğu barədə tapşırıq vermişdir.
Çıxışda su təsərrüfatında fəaliyyət göstərən dörd quruma - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabinetinin ümumi rəhbərliyi göstərilməklə, işlərin planlı şəkildə həll olunması barədə verilmiş tapşırıqlar bütün ölkə vətəndaşları kimi laçınlı köçkünləri də əmin edir ki, yaxın gələcəkdə ölkəmizin su təhlükəsizliyində olan problemlər öz müsbət həllini tapacaqdır.