Ermnistan silahlı Qüvvələri tərəfindən törədilən təxribat nəticəsində Tovuz rayonuna dəymiş ziyan qısa müddətdə aradan qaldırılacaq.
Cari ilin iyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələri trəfindən Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimiz, dinc əhali iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutulmuşdur. Törədilmiş təxribat nəticəsində kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Rayona dəymiş ziyanın aradan qaldırılması məqsədilə Ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanmışdır. (Sərəncamın linki: https://president.az/articles/39864). Bu Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müvafiq tapşırıq verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Tovuz rayonunda dərhal işlərə başlanılaraq təcili tədbirlər görülməkdədir. Sərəncamın icrası məqsədlə İşçi Qrup yaradılaraq, işə mütəxəssislər cəlb edilməklə, ekspertlər dərhal Tovuz rayonuna ezam olunmuşlar.
İşçi qrupu tərəfindən vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işləri aparılaraq dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsini təmin edəcək tədbirlər görülür. Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaqdır. Bundan sonra hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcəkdir.
Bildiririk ki, düşmən təxribatı nəticəsində əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəymişdir.
Həmçinin ilkin qiymətləndirmələrə görə, iri çaplı silahlardan edilmiş atəz nəticəsində dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən olunmuşdur.
Eyni zamanda düşmənin intensiv atəşi nəticəsində dövlət əmlakına da zərər dəymişdir ki, bunlarada əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturları daxildir.
Görüləcək bərpa işləri dövlət başçısının şəxsi nəzarətində saxlanılmaqla mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınmışdır. Bərpa işlərinin tempi onu göstərir ki, xain düşmən tərəfindən dəymiş zərər tezliklə aradan qaldırılacaq, infrastruktur və evlər bərpa olunaraq həyat tamamilə öz məcrasına qayıdacaqdır.
Bu isə bir daha onu göstərir ki, Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır.
Həmişə olduğu kimi dövlət başçısı cənab İlham Əliyevin diqqəti və tapşırığı əsasında Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində müvafiq addımlar atılır.
Bunun bariz nümunsidir ki, dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilməklə onların qayğıları nəzarətdə saxlanılır.
Bununla yanaşı ölkəmizin birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarını daim nəzarətində saxlanılması barədə tapşırıq verilmiş, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanılmışdır.
Hər bir ölkə vtəndaşı yaxşı anlayır ki, Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantı olmaqla, dövlətin dəstəyi ilə Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaqdır. .
Eyni zamanda bildiririk ki, ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradılır. Həmçinin torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan ailələr dövlət hesabına evlə təmin edilir, bu qayğı bundan sonrada davam etdiriləcəkdir. (indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib).
Bununla yanaşı ölkə başçısının qayğısı ilə şəhid ailələrinə birdəfəlik yardım olunmaqla, (hər ailəyə 11 min manat olmaqla) maddi köməkli göstərilir.
İşğaldan azad edilmiş ərazilərin inkişafı məqsədi ilə 2 aprel 2016- cı il görüşlərindən sonra Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər əyani misaldır. Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi tikilib, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir.
Həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması Ağdam və Tərtər rayonlarının hər birinə 3 milyon manat vəsait ayrılmaqla, yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılmışdır. (2016-cı il aprel döyüşləri zamanı
mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı həmin vaxt aparılan işlərə dair arayış əlavə edilir):
Ümumiyyətlə qeyd olunmalıdır ki, 2016-cı il Aprel döyüşləri zamanı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı görülən işlər aşağıdakı üzrədir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-ci il may ayının 2-də imzaladığı Sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat vəsait olmaqla 6 milyon manat vəsait ayrılmışdı. Dövlətimizin başçısı işin gedişini xüsusi nəzarətə götürmüş, işlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan və artilleriya qurğularından açdıqları intensiv atəş nəticəsində yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılmışdır.
Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunmuş, həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri görülmüşdür. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri aparılmışdır.
Bununla yanaşı Ağdam rayonunda 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunmuş, 27 ev əsaslı təmir edilmiş, 693 evdə cari təmir işləri görülmüşdür. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilmişdir