Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar düşmən üzərində müqəddəs Qələbəmiz üçün hamılıqla döyüşə getməyə tam hazırdırlar.

18 iyul 2020 | 16:00

   Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayondan kənarda, tamamilə fərqli ərazi olan Tovuzda təxribat törətməsi və bu təxribatın müzəffər ordumuz tərəfindən layiqli cavabının verilməsi xalqımızda bir daha ruh yüksəkliyi yaratdı. Sərhəd bölgəsində baş verən bu təxribatdan sonra ölkədə müşahidə edilən Ali Baş Komandan-xalq, xalq-ordu birliyi, milli ruh yüksəkliyi cəbhədə qazanılan uğurla birlikdə bizim üçün böyük qürur oldu. Hazırda bütün dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda xalqımız düşmənlə mübarizdə ön cəbhədə olmağa hazır olduğunu bildirir. Xalqımızın küçələrdə yürüş edərək birlik göstərməsi, Ali Baş Komandanın çağırışına daim hazır olduqlarını bildirməsi ön cəbhədə vuruşan əsgərlərimizdə də böyük ruh yüksəkliyi və sarıslmaz döyüş əzmi yaratmışdır. Bu ruh yüksəkliyi təkcə cəbhə xəttində yox, paytaxt Bakı və digər ərazilərdə də özünü qabarıq şəkildə göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin çağırışından sonra minlərlə vətəndaşımız yaşı və cinsindən asılı olmayaraq, könüllü olaraq ordu sıralarına yazılırlar. Bu, bir daha vətəndaşların ölkə rəhbərinə inamının, dəstəyinin və düşmənə qarşı mübarizədə böyük birliyin olmasını nümayiş etdirir. Ermənilərin sərhədlərimizdə təxribat törətməyə çalışdığı bir vaxtda milli birliyin nümayiş etdirilməsi, vətəndaşlarımızın həmrəyliyi düşmənə daha sarsıdıcı olan ağır bir zərbədir. Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşən laçınlıların da könüllü olaraq ordu sıralarına yazılması günbəgün artmaqdadır. Belə ki, artıq son üç gün ərzində 420-dən çox laçınlı könüllü olaraq döyüşlərdə iştirak etmək üçün qeydiyyatdan keçiblər. Belə könüllülər arasında laçınlı gənc qadınların da olması xüsusilə qürurvericidir. Hazırda bu məqsədlə müraciət edən laçınlıların sayı getdikcə artmaqdadır.
    Laçınlılar bu müqəddəs işdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlyi altında ordumuza yeni-yeni uğurlar arzulayır və xalqımızın düşmən üzərində tarixi Qələbəsinin bərqərar olmasına tam əmin olduqlarını bildirirlər.

Keçidlər