Laçınlılar 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri gününü əsgərlərlə birlikdə qeyd etdilər
23 iyun 2013-cü il tarixdə laçınlı ictimaiyyət nümayəndələri ön cəbhədə xidmət edən əsgərlərə bayram sovqatı aparmaqla, 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri gününü onlarla birlikdə qeyd etmişlər.
Tədbirdə çıxış edən Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Silahlı Qüvvələr günü münasibətilə bütün əsgər və zabit heyətini təbrik etmiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə güclənən Azərbaycan ordusu ilə hər bir vətəndaşın fəxr etdiyini qeyd etmişdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu bu gün də Ölkə Prezidenti , Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini vurğulayan Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov bildirmişdir ki, ölkə vətəndaşları kimi laçınlı məcburi köçkünlərin də regionda güclü bir ordu kimi formalaşan Azərbaycan ordusu tezliklə torpaqlarımızın yağı düşmənlərdən azad edilməsində öz qəti və kəskin sözünü deyəcək, üç rəngli bayrağımız Laçında, Şuşada və digər işğal altında olan torpaqlarda dalğalanacaqdır.
Respublikada tanınmış laçınlı müğənnilərin iştirakı ilə keçirilən bayram tədbiri əsgərlərdə yüksək əhval ruhiyyə yaratmışdır.