Azərbaycan-Ermənistan dövlət sərhədininin Tovuz rayonu sahəsində pozulması növbəti erməni təxribatıdır.
2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi kobud şəkildə pozularaq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır;
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmənin qısa müdət ərzində geri otuzdurulmaqla, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər vurulmuşdur. Törədilmiş təxribat cəhdinə qarşı Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşımaqla düşmənə tutarlı və qətiyyətli cavab olmuşdur.
Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirməsi nəticəsində düşmənin xeyli texnikası və canlı qüvvəsi məhv edilmişdir.
Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi ilə törədilmişdir.
Hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran vəziyyəti yaşanılır. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyan isə faktiki olaraq ölkədə diktatura qurmuşdur.O, bütün siyasi rəqiblərini təqib edərək, həbs etdirir. Ölkədəki ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız çətinliklər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salaraq ölkədə qarşıdurma yaratmışdır.
Belə bir çətin vəziyyəti ört-basdır etmək məqsədilə Azərbaycanla sərhəddə baş verən təxribat isə Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmaq üçün törədilmişdir.
Bununla Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaqdır.
Hazırda Ermənistanda ictimai-siyasi vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın isə belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünməsi sadəcə siyasi səbatsızlıq kimi qiymətləndirilir.
Bu gün hakimiyyəti itirməkdən qorxanNikolPaşinyanınyeganə məqsədi hansı vasitə ilə olursa- olsun hakimiyyətini qorumaqdır.Çünki Nikol Paşinyanın xalqa demaqoqcasına vəd etdiyi “çiçəklənmə” reallaşmır, xalqın sosial rifah halı günü- gündən ağırlaşır.
Siyasətdə naşı olan Nikol Paşinyan xarici siyasətdə də uğursuzluğa düçar olmuşdur. Bütün dünya ictimaiyyəti martda Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində təşkil etdiyi “seçki” şousunu qəbul etməyərək Azərbaycanın ərazi bütövlünə dəstəyini təsdiq etməsi bir daha bunu sübut edir.
Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı və erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat etməkdədir.
Xüsusilə ölkə Prezidenti cənab İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoymuşdur.
Azərbaycan Respublikası Prezideni cənab İlham Əliyevin dünyanın 130-dan ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə Ermənistan olmuşdur. Bu bir daha bu dövltin həm mənəvi cılızlığı, həm də Ermənistanda Azərbaycanafobiyanın hansı həddə çatdığını göstərir.
Odur ki, ölkədaxili problemlərdən və xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan belə bir avantüraya əl ataraq ermənistan-azərbaycan sərhəddində təxribat törətmişdir.
Ermənistan tərəfindən sərhəddə törədilmiş bu təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil, məqsədi yalnız zəbt etdiyi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir;
İşğalçı Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır.
Lakin Ermənistan dövləti unudurki, Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq və əməkdaşlıq münasibətləri vardır. Biz əminik ki, KTMT ölkələrində Ermənistanın məkrli niyyəti yaxşı başa düşülür bu dövlətlər heç zaman avanturanı dəstəkləməyəcəklər.
Dünyanın COVİD-19-a qarşı mübarizə apardığı şəraitdə Ermənistan tərəfindən bu hücum və təxribat əməlinin törədilməsi bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü üzdə dəstəkləməsi açıq riyakarlıq olmaqla dünya dövlətlərini aldatma cəhdinin növbəti təzahürüdür.
Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurmaqla etiraz aksiyalarına səbəb olmuş, sosial şəbəkələrdə fəallar tərəfindən Ermənistan hakimiyyəti ciddi tənqid tənqid atəşinə tutulmuşdur.
Hazırda Ermənistan hakimiyyətinin cəbhədəki vəziyyətlə bağlı çaşqınlıq yaradaraq əhali arasında guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirmələri, yeni yüksəkliklər əldə etmələri barədə iddialar yalan və dezinformasiya olmaqla. hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri tərəfindən belə ironiya ilə qarşılanır.
İyulun 12-də işğalçı Ermənistan dövləti tərəfindən ölkəmizin Tovuz rayonu ərazisində sərhəddin kobud şəkildə pozulması Azərbaycan ictimaiyyəti tərəfindən kəskin qəzəb və hiddətlə qarşılandı.Ölkə vətəndaşları sosial şəbəkələrdə Milli Ordumuzun qüvvələrinə həmrəyliklərini bildirərək hərbi əməliyyatlara başlamağın zəruriliyini bildirmklə, toplaşaraq cəbhə bölgəsinə getməyi, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirmişlər.
Xalq kütlələri arasından sadə vətəndaşlar tərəfindən bu kimi çağırışların səsləndirilməsi bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirməklə digər tərəfdən isə 1990-cı illərin əvvəllərindən fərqli olaraq hazırda sərhədlərimizi qoruyacaq və işğal altındakı torpaqlarımızı azad etməyə qadir müasir güclü, nizami ordumuza olan inam və sevginin təzahürüdür.
Ölkə vətəndaşları kimi öz ordusuna arxalanan və etibar edən Laçın rayon ictimaiyyəti nüayəndələri qəti olaraq bildirirlər ki, bu istiqamətdə edilən hər hansı arzuolunmaz xaotik təşəbbüs isə yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında, onlara uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər;
Buna görə də Ermənistan ordusundan dəfələrlə üstün olan güclü və nizami orduya malik olduğumuz halda bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək kimi çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdlərinin yolverilməz və qəbulolunmaz olduğunu bildiririk.
Qəti əminik ki, Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət etməklə Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir. Hazırda Ermənistan ordusundan qat-qat üstünlüyə malik olan Azərbaycan Ordusu ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna tezliklə nail olacaqdır.
Həmçinin möhkəm surətdə inanırıq ki, tərəqqisevər dünya ictmaiyyəti yaranmış vəziyyətə görə tam məsuliyyətli olan Ermənistan dövlətinin Azərbaycana qarşı növbəti işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləyəcək və bununla bağlı qəti qərarlar qəbul edəcəkdir.