Ölkə Prezidenti cənab İlham Əliyevin iyulun 6-da Azərbaycanın aparıcı televiziya kanallarına verdiyi müsahibəsi maraqla izlənilmişdir.
ÖlkəPrezidenti cənab İlham Əliyevin respublikanın aparıcı üç televiziya kanalına müsahibəsində ölkədə koronavirus (COVİD-19)-un artımının nəzərə alınaraq dövlətin bu sahədə lazımi tədbirləri davam etdirdiyi bildirilmişdir. Belə ki, bu məqsələ hazırda ölkəmizdə 800 çarpayılıq xəstəxananın istifadəyə verildiyi, 1-1,5 ay ərzində isə əlavə 1300 çarpayılıq yeni modul tipli xəstəxananın inşa olunaraq istifadəyə veriləcəyi qeyd olunmuşdur.
Qısa müddət ərzində beş modul tipli xəstəxananın (Bakı-2, Sumqayıt-1, Gəncə-1, Abşeron-1) istifadəyə verilərək fəaliyyətə başlaması, daha beş modul tipli xəstəxananın isə tezliklə inşa ediləcəyi dövlətimizin koronovirusla bağlı ən pessimist ssenariyə belə hazır olmasının əyani göstəricisidir.
Təqdirəlayiq haldır ki, hazırda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların da 36-sı ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilmiş xəstəxanalardır.
Dövlət başçısının müsahibəsində ölkəmizdə xəstəliyə yoluxmanın tempinin yüksək olsada vəziyyətin nəzarət altındasaxlanıldığı bildirilməklə qeyd olunmuşdur ki, əhalisinin sayı Azərbaycan ilə müqayisə olunacaq, səhiyyə sistemləri nümunəvi hesab olunan bir sıra qabaqcıl ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə on minlərlə ölçülür. Bu o deməkdir ki, heç bir ölkə koronavirusa yoluxmaqdan sığortalanmamışdır.
Ölkə Prezidenti cənab ilham Əliyev müsahibəsində bir daha pandemiya dövründə xüsusi qaydalara riayət olunmasının vacibliyini bildirməklə, hüquq mühafizə orqanları tərəfindən qaydalara əməl olunmasına ciddi nəzarət edildiyi qeyd olunmuş, vətəndaşların nizam-intizama ciddi riayət edəcəkləri təqdirdə pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə birlikdə müvəffəq olunacağı xüsusilə vurğulanmışdır.
Ölkə Prezidentinin müsahibəsində dövlətimiz tərəfindən ÜST ilə əməkdaşlığın uğurla davam etdirildiyi, ÜST direktorunun Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşündə iştirak etməsinin yüksək əhəmiyyət kəsb etdiyi təşkilatla əməkdaşlığın, məsləhətləşmələrin bundan sonra da davam edəcəyi bildirilmişdir.
Müsahibəsində ölkə iqtisadiyyatının uzun illərdən bəri ciddi əsaslar üzərində qurulduğuna nəzər yetirən dövlət başçısı, pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatının 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradığını, buna baxmayaraq, heç bir sosial layihənin təxirə salınmadığını və ya ixtisar olunmadığını,əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələrin keçən ilə nisbətdə daha təsirli olduğu isə son illər düzgün qurulmuş iqtisadi siyasətimizin nəticəsidir.
İnsanların sağlamlığının həmişə olduğu kimi bu dövrdədə cənab Prezident tərfindən ön planda saxlanılması ölkənin bütün resurslsrının insanların sağlamlığı naminə səfərbər edilməsi ölkə vətəndaşları kimi laçınlı köçkünlər tərəfindən də razılıq və minnətdarlıqla qarşılanır. Bununla yanaşı ölkənin aprıcı televiziya kanallarına verdiyi müsahibəsində dövlət başçısının bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcəyini bildirməsi, 7 mindən çox köçkün ailəsinin yeni mənzillə təmin olunacağını qeyd etməsi, həmçinin şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcəyini, bununla yanaşı, qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsinin nəzərdə tutulduğunu qeyd etməsi , 85 min ailəyə, yəni, 300 mindən çox insanın ünvanlı sosial yardım alacağınıbildirməsi ölkə başçısının daim vətəndaşlarının qayğısı ilə yaşadığının onlara diqqət və qayğı ilə yanaşdığının əyani göstəricisidir.
Ölkə Prezidenti cənab İlham Əliyev neftin qiymətin qiyməti ilə bağlı məsələyə münasibət bildirərkən qymətlərin hətta 14 dollar da olsa belə olkəmizin ayaqda duracağını bildirməsi ölkə vətəndaşları kimi laçınlı məcburi köçkünlərdə son illər ərzində dövlətimizin apardığı sosial-iqtisadi sistemin dayanıqlığını, yaradılmış böyük iqtisadi - maliyyə potensialının istənilən böhrana tab gətirəcəyinə inamını daha da artırmışdır.
Cənab Prezidentin pandemiya başladığı andan bu günə qədər ölkəmiz tərəfindən dünyanın 30-dan çox ölkəsinə humanitar və maliyyə yardımı göstərməsi xalqımızın dünya xalqları ilə daimi həmrəyliyinin, xüsusilə dövlət başçısının humanistliyinin və insanpərvərliyinin bariz nümunəsi olmaqla beynəlxalq aləmdə dövlətimizin nüfuzunu dahada artırır.
Dövlət baaşçısı cənab İlham Əliyev müsahibəsində ilk növbədə Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkənin niyə məhz Ermənistan olması faktına açıqlama verdi, aydınlıq gətirdi. Qeyd olundu ki, bunun əsas səbəbi Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, bu Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Ancaq Ermənistan bu hərəkəti ilə heç şübhəsiz ki, özü-özünü çox pis vəziyyətə qoydu, özünü dünyadan təcrid etdi. Belə bir təşəbbüsün əleyhinə çıxma isə ağılsızlıq və qeyri-rasional düşüncənin məhsuludur. Ümumiyyətlə həmişə və hər bir məsələdə fərqlənməyə çalışan Ermənistan bu dəfə də çox pis formada fərqləndi. Ermənistanın BMT-dəki səfiri təşkilatın rəhbərliyinə çox qəribə bir məktub ünvanlayıb və bildirib ki, onlar bunun əleyhinədirlər. Lakin bu məktub və bu cür qeyri-sağlam davranışla ermənilər özlərini çox gülünc vəziyyətə qoydular. Maraqlıdır ki, Ermənistanın bu məktubuna heç kəs reaksiya vermədi. Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü isə 130-dan çox ölkə rəsmən dəstəklədi. Ermənistanın tutduğu şər mövqeyi isə onun özünə qarşı çevrildi, beynəlxalq imicinə zərbə vurdu. Prezident İlham Əliyevin də vurğuladığı kimi Ermənistanın bu mövqeyi “bir daha onların ksenofob, irqçi və faşist mahiyyətini göstərdi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsində mövqeyimizdə hər hansı bir dəyişiklik olmadığını qətiyyətlə vurğulayaraq bunun haqq-ədalət mövqeyi olduğunu, tarixi ədalətə, beynəlxalq hüquqa əsaslandığını bildirmişdir. Ölkə Prezidenti bir daha qeyd etdi ki, “heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir”.
Dövlət başçısı cənab İlham Əliyev müsahibəsində Ermənistanın BMT-dən üstün olmadığını, dövlətlərin özünümüdafiə hüququ olduğunu, Ermənistanın işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmasını, şəhərlərimizin tarixi adlarının dəyişdirilməsini, işğal edilmiş torpaqlarda kilsələr tikməklə həmin ərazilərin Ermənistan torpağı kimi göstərməyə çalışması bu dövlətin bütün sahələr üzrə apardığı saxtakarlığı tamamilə ifşa edir.
Ölkə başçısının müsahibəsində Ermənistanın daxilində demokratiyanın, insan haqlarının pozulması halları geniş vüsət aldığı bildirilməklə Avropa təşkilatları tərəfindən bütün bunlara göz yumulmasının yolverilməz olduğu bunun təşkilində erməni lobbisinin xüsusi rolu olduğu bildirilir.
Televiziya kanallarına müsahibəsində ölkə Prezidenti cənab İlham Əliyev Ermənistanın müstəqil ölkə kimi formalaşdığı andan dərhal sonra öz əsl xislətini göstərdiyini bildirərək Xocalı soyqırımını törədən faşistlərin demokrat olma cəhdini, başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan, onların elementar insan hüquqlarını pozan ölkənin saxta demokratıyasını ifşa etmişdir. Müsahibədə artıq Azərbaycanın məqsədyönlü fəaliyyəti sayəsində Ermənistanın saxta siyasətinin iflasa uğradığı, onların siyasətinin faşist mahiyyətinin dəfələrlə ifşa edilməsi bu dövlətin əsil simasını bütün dünyaya göstərdi.
Ölkə başçısının müsahibəsində xüsusilə göstərilir ki, indiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxararaq Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurların rəhbərlik etdiyini göstərməklə özləri öz cinayətkarlarını, rüşvətxorlarını ifşa edirlər. Bununla yanaşı 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsinin törədilməsi Ermənistanın terrorçu ölkə olduğunu gösttərməklə 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti dövründə Ermənistanı acınacaqlı vəziyyətə gətirib çıxarmışdır.
Dövlət başçısı cənab ilham Əliyev BMT-nin nizamnaməsinə görə Azərbaycanın özünümüdafiə hüququ olduğunu bir daha xatırladaraq Ermənistanın BMT-dən üstün olmadığını BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO kimi mötəbər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıyan qərarlarqəbul etmələri isə beynəlxalq aləmdə ölkəmizin mövqeyini daha da gücləndirir;
Dövlət başçısının müsahibəsində münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin növbətçi görüşlərindən savayı heç bir diplomatik səy göstərilmədiyi, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya, ekoloji vəziyyətin korlanmasına seyriçi mövqeyi, xunta rejiminin bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə, keçirilmiş saxta seçkilərə münasibət bildirməməsi hər bir Azərbaycan vətəndaşı kimi laçınlılarda da bu təşkilatlara qarşı hiddət doğurmaqla onlardan dövlətimizə qarşı tutduqları ikili siyasətlərindən əl çəkmələri tələb olunur.
Ölkə başçısı cənab İlham Əliyevin Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deməsinə dərhal layiqincə cavab verməsi Paşinyanın bu ifadəsinin Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqların mahiyyətini alt-üst edərək danışıqları faktiki olaraq əhəmiyyətsiz edərəkMinsk qrupu tərəfindən buna adekvat cavab vermədiyini haqlı olaraq tənqid etməsi xalqımız tərfindən hamılıqla dəstəklənmişdir.
Bu gün hər birimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ötkəm və uğurlu diplomatik fəaliyyətdən qürur duyur, iftixar hissi keçiririk. Qəti olaraq əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Ermənistanla müqayisə olunmaz dərəcədə əldə etdiyimiz nailiyyətlər sayəsində tezliklə işğal altındakı torpaqlarımızyağı düşməndən azad edilərək ərazi bütövlüyümüz təmin olunacaqdır.