Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonu Taxta Körpü ərazisində gücləndirilmiş monitorinqlər davam etdirilir

08 iyul 2020 | 16:00

    Laçın Rayon İcra Hakimiyyətinin, rayonun idarə və müəssisələrinin fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxta Körpü ərazisindəki qəsəbədə və ətraf obalarda xüsusi sanitar rejiminin tələblərinin icrasına nəzarət məqsədilə gücləndirilmiş monitorinqlər davam etdirilir.
      Belə ki, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə yaradılmış mobil qruplar tərəfindən əhalinin sıx olduğu məkanlarda, bütün ictimai-iaşə və ticarət obyektlərində mütəmadi reydlər keçirilir, profilaktik söhbətlər aparılır.
     Bu məqsədlə Laçın Rayon İcra Hakimiyyəti başçısının və rayonun hüquq mühafizə orqanları rəhbərlərinın iştirakı ilə rayon sakinlərinin daha sıx məskulaşdığı Taxta körpü qəsəbəsi ərazisində 08.07.2020-ci il tarixdə növbəti monitorinq keçirilmişdir. Monitorinq zamanı ərazidə fəaliyyət göstərən ictimai- iaşə və ticarət obyekti sahiblərinə Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə ciddi əməl olunması barədə müvafiq göstərişlər verilmiş, xüsusi karantin rejimi ilə bağlı təbliğat işləri aparılmışdır. Həmçinin, ayrı-ayrılıqda sakinlərlə söhbət olunaraq ictimai yerlərdə sosial məsafənin gözlənilməsi şərtilə tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi onlara bir daha geniş izah olunmuşdur. Eyni zamanda monitorinq zamanı pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslərə ciddi xəbərdarlıq edilərək belə hallara qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmişqaydada tədbirlər görüləcəyi bildirilmişdir.
    Sakinlər koronavirus (COVİD-19) pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması ilə bağlı dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında görülən işlərdən razı qaldıqlarını bildirməklə, bütün bunların isə onların sağlamlığı və təhlükəsizliyi üçün edildiyini minnətdarlıqla vurğulamışlar.

Keçidlər