Laçınlı gənclərlə görüş keçirilmişdir
22 iyun 2013-cü il tarixdə Taxta körpü qəsəbəsində Ağcabədi və ətraf rayonlarda məskunlaşmış laçınlı gənclərlə görüş keçirilmişdir. Tədbirdən əvvəl laçınlı gənclər Ulu öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstünü və Taxta körpü qəsəbəsində rayon şəhidlərinin adının əbədiləşdirildiyi xatirə kompleksini ziyarət etmiş, hər iki abidə önünə tər güllər düzmüşlər.
Sonra tədbir Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilmişdir. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov açaraq giriş sözü ilə çıxış etmişdir. Ulu Öndər Heydər Əliyevin gənclərə olan diqqət və qayğısından danışan rayon rəhbəri, bu gün bu sahədə Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərlə bağlı geniş məlumat vermişdir.
Tədbirdə “Ulu öndər Heydər Əliyev və Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsi” mövzularında məruzə dinlənilmiş, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin, gənclərə qayğının hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, dövlət gənclər siyasəti sayəsində əldə edilmiş nailiyyətlər barədə məlumat verilmişdir.
Tədbirdə çıxış edən gənclər Ölkə Prezidentinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduqlarını, bundan sonra da dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət edəcəklərini, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, qətiyyətli mövqeyi sayəsində doğma torpaqlarımızın tezliklə erməni işğalçılarından azad ediləcəyinə əminliklərini bildirmişlər.
(Tədbirdə respublikanın 24 rayon və şəhərdə məskunlaşmış 170 nəfər gənc iştirak etmişdir)