Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində videomüşavirə keçirilmişdir.

02 iyul 2020 | 16:00

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın 2020-ci il 1 iyul tarixdə keçirilmiş geniş tərkibli Respublika videomüşavirəsindən irəli gələn vəzifələrlə bağlı  2020-ci il 2 iyul tarixdə Laçın Rayon İcra Hakimiyyətində videomüşavirə keçirilmişdir.

     Videomüşavirədə rayonun xidmət sahələrinin rəhbərləri və müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişlər.

     Videomüşavirədə ölkəmizin ayrı-ayrı şəhər və rayonlarında müvəqqəti məskunlaşmış Laçın rayon sakinləri arasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli bu sahədəki vəziyyətlə bağlı videomüşavirə iştirakçılarının məlumatlarını dinləmiş, bu istiqamətdə zəruri tədbilərin görülməsi üçün onlara lazımi tapşırıqlar vermişdir.

     Daha sonra Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları ayrı-ayrı şəhər və rayonlarda sanitar və karantin rejimi qaydalarına hamılıqla əməl olunması üçün mobil qruplar tərəfindən maarifləndirmə tədbirlərinin genişləndirilməsi, sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin daha da gücləndirilməsi qərara alınmışdır.

Keçidlər