Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır.

27 iyun 2020 | 16:00

Əsası Ulu öndər  Heydər Əliyev tərəfindən qoyulan  ordu quruculuğunun son illər ölkə  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi və tapşırığına əsasən kompleks şəkildə aparılan islahatlar Silahlı Qüvvələrdə bütün istiqamətləri əhatə etmişdir. Bunun nəticəsidir ki, Ordumuz aparıcı dövlətlərin orduları səviyyəsinədək yüksəlməyə nail olmaqla  güclü ordularla bir cərgədə dayanmağa layiq olduğunu sübut etmişdir. Ali Baş Komandanın atdığı uğurlu addımlar sayəsində Azərbaycanın iqtisadi qüdrətlənməsi ölkəmizdə bütün sahələrdə inkişafa təkan verdiyi kimi, hərbi büdcəmizin də sürətlə yüksəlməsinə, qısa  zaman kəsiyində hərbi büdcəmizin 20 dəfədən çox artmaqla üç milyardı ötməsinə səbəb olmuşdur.
Son bir neçə il ərzində Ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, dəqiq, geniş ərazidə məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası ilə  təminatı gündən günə ordumuzun qüdrətinin artmasına əyani sübutdur.
Azərbaycan ordusunda aparılan islahatlar, döyüş qabiliyyətinin yüksəlməsi üçün qəbul edilən qərarların nə dərəcədə düzgün, əhəmiyyətli, uğurlu olmasına 2016-cı ilin aprel ayında həyata keçirilən əks-həmlə əməliyyatının və Günnüt əməliyyatının qələbəmizlə başa çatması buna ən dolğun əyani sübut, bariz nümunədir. Heç kimdə şübhə olmasın ki, Ali Baş Komandanın əmri ilə ordumuz hələ dəfələrlə qələbələr əldə etməklə ötən zamandan, keçirilən təlim-məşqlərdən, ayrılan vəsaitindən nə dərəcədə səmərəli bəhrələndiyini sübut edəcəkdir.
Aprel zəfəri və Günnüt əməliyyatı ilə xalqımıza qələbə sevincini yaşadan ordumuza isə ən böyük qiyməti və dəyəri “Aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir” sözləri ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev verib. Verilən bu qiymətdən qürurlanan Azərbaycan hərbçiləri, eyni zamanda, ona etimad göstərildiyini, üzərlərinə ərazi bütövlüyümüzün təmin edilməsi kimi müqəddəs vəzifə düşdüyünü də bir anlıq unutmurlar. Bu etimadı bu vəzifənin müqəddəsliyini və nə qədər şərəfli olduğunu düzgün dərk edən şəxsi heyət irimiqyaslı təlimlərdə, çöl çıxışlarında günbəgün döyüş qabiliyyətini yüksəldərək, mənəvi-psixoloji hazırlığını daim artırmaqla, peşəkarlığını təkmilləşdirərək Vətən qarşısında borcunu şərəflə yerinə yetirməkdə davam edir. Dövlətimizin qayğısından, xalqımızın sevgisindən ruhlanan Ordumuz torpaqlarımızı inamla qoruyur və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi naminə daha da əzmlə öz döyüş qabiliyyətini artırmaqda davam edir.
Ən müasir və yüksək texnologiyalar əsasında yaradılmış avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən yeni Qırıcı Aviasiya Bazası və Radiolokasiya hərbi hissəsinin Birləşmiş Komanda Məntəqəsinin istifadəyə verilməsi, respublikamızın müxtəlif bölgələrdə hava hücumundan müdafiə bölmələrinin yeni məntəqələri yaradılması, “İldırım” və modernləşdirilmiş S-125, eləcə də digər zenit raket komplekslərindən döyüş atışlarının icrası bu istiqamətdə görülən işlərin cüzi bir qismi, həyata keçirilən tədbirlər müəyyən bir parçasıdır. Ümumi proseslərə nəzər saldıqda isə əminliklə deyə bilərik ki, müasir texnoloji avadanlıqla təchiz edilən Hərbi Hava Qüvvələrimiz özünəməxsus bütün komponentlərə - döyüş növbətçiliyinin yüksək səviyyədə aparılması, qüvvələrin qısa müddətdə döyüş hazır vəziyyətə gətirilməsi, həmçinin istənilən iqlim, hava şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsi, kəşfiyyat məlumatlarının toplanması, təhlili, qərarların dəqiq, vaxtında qəbulu, bütün hədəflərin dərhal, dəqiqliklə məhv edilməsi və aviasiya qüvvələrinin bütün döyüş tapşırıqlarını səmərəli icrasını təmin etmək imkanına tam malikdir. Bu gün Ordumuzun üzərində çalışdığı ən mühüm istiqamətlərdən biri də müasir döyüş taktikasına uyğun olaraq, düşmənlə birbaşa təmasa girmədən onun qüvvə və vasitələri məhv etmək, hərbi strukturlarını iflic vəziyyətinə salmaqla onun canlı qüvvəsinin maksimum demoralizə olmasına nail olmaqdır. Hazırda tam səmimiyyətlə deyə bilərik ki, bu istiqamətdə böyük uğurlara artıq imza atmışıq.
Heç kimə sirr deyil ki, son illər Azərbaycanda hərbi-sənaye kompleksinə aid onlarla müəssisə uğurla fəaliyyət göstərir və Ordumuzu keyfiyyətli məhsullarla təmin edir.
İki nazirlik arasında imzalananı anlaşma memorandumuna əsasən bölmələrimiz yerli istehsal olan “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları ilə təmin ediləcək həmçinin, yüzlərlə yeni növ kamikadze tipli PUA hərbi hissələrimizin istismarına veriləcəkdir.
Heç şübhəsiz işğalla heç vaxt barışmayacaq ölkəmizdə ordu quruculuğu Ali Baş Komandanın tapşırığına əsasən növbəti illərdə də prioritet sahələrdən biri olaraq qalacaqdır. Müasir silahlara, yüksək texnologiyalara, ən qabaqcıl hərbi-texniki vasitələrə, güclü sosial bazaya, ruh yüksəkliyinə malik olan Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etməklə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi, müqəddəs vəzifənin icrasına tam hazırdır.Xalqımız tam əmindir ki, şanlı ordumuz bu əminliyi, inamla  doğrultmaq qüdrətinə malikdir.
        Zəngin tarixi keçmişə malik olan ordumuzda ölkə Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanmış , şəxsi heyətə  hərbi xidmət aparmaq üçün  bütün imkanlar yaradılmışdır.
Bununla yanaşı ölkə  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğəsə sayəsində  hazırda orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilməsi böyük vəsait tələb etsədə artıq  1700 zabit mənzillə təmin edimiş, ilin sonuna qədər əlavə 419 zabitə də dövlət tərəfindən mənzillər veriləcəkdir. Eyni zamanda hərbçilərin əməkhaqlarının  müntəzəm olaraq artırılması, fərqlənmiş hərbçilər mükafatlandırıması xidmətdə olan hər bir vətəndaşı ruhlandırmaqla  onların işinə yeni stimul verir.
Qürurverici haldır ki, dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar təsidq edirlər ki, Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir.
Azərbaycan dövləti güclü iqtisadiyyat qurmaqla, nəhəng neft-qaz layihələrini icra etməklə, öz potensialı hesabına ordumuzu daha da müasirləşdirərək regionun ən güclü ordusuna çevirmişdir.
Bu gün strateji obyektlərimiz ən yüksək səviyyədə qorunur, hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun. Cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir.
Ordumuzun müasir silah-sursat, texnika ilə təchizatının bundan sonra da davam etdirilməsi silahlı qüvvələrimizun daha da modernləşdirilməsini, hərbi potensialımızın daha da artırılmasını təmin edəcəkdir.
Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazimizin işğalçılardan azad edilməsi və strateji yüksəkliklərin əldə olunması, Ermənistandan Dağlıq Qarabağa gedən yolun nəzarətimizə götürülməsi ordumuzun növbəti və qürurverici uğurudur.
Hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyətin verilməsi barədə ölkə başçısı cənab İlham Əliyevin tapşırıqları prioritet məsələ kimi daim diqqətdə saxlanılmalıdır. Şəxsi heyətin hər bir üzvünə aşılanmalıdır ki,  bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşmışdır. Gənclərimiz bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını öyrənməli bu barədə geniş məlumata malik olmalıdırlar.
Çox təəsüf ki, uzun illər Azərbaycan Xalq Cümhuriyyəti antimilli qurum kimi qələmə verilmiş, müstəqilliyimizi əlimizdən alanlar, yerli satqınlar qəhrəman kimi qələmə verilmişdir. Ötən əsrin 90-cı illərində Qarabağ münaqişəsi isə Azərbaycan Xalq Cəbhəsinin istənilən yollarla hakimiyyətə gəlmək istəyi və hakimiyyəti illırindın xalqımıza qalmış acı mirasdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşməklə ağır faciələrimizə yol açılmışdır. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi  ilə ölkəmizdə müasir dövlət quruculuğunun yeni mərhələsi  başlanaraq, vahid mərkəzdən idarə olunan nizami ordu yaradıldı. Bu gündə ordunun döyüş qabiliyyətinin artırılması bu istiqamətdə  lazımi tədbirlər görülməsi davam edir. Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, ordumuz qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirmək əzmindədir;
İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti apsalarda Azərbaycan dövlətinin münaqişə ilə bağlı mövqeyi dəyişməz və qətidir. Dövlət başçısının Minsk qrupunun həmsədrlərindən məskunlaşmanın dayandırılması barədə qətiyyətli tələbini hamılıqla bəyənir və dəstəkləyirik. Xalqımız heç zaman Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəkdir.
         Ermənistanın müstəqillik tarixinə  nəzər yetirdikdə  bu dövrün prinsipcə rüsvayçı diktatura olduğu məlum olur. Çünki indiki Ermənistan iqtidarı artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdurdurlar.
Lakin belə bir dövlətdə baş verənlərə, antidemokratik rejimə qarşı, Avropa Şurası və ATƏT  tərəfindən heç bir tədbir görülməməsi və səslərinin çıxarılmaması xalqımızın haqlı etirazına səbəb olmaqla pislənilir, bu təşkilatlarin dövlətimizə qarşı tutduğu ikili standartlardan əl çəkməsi qətiyyətlə tələb olunur.
          Hazırda Ermənistanda diktatura rejiminin  hökm sürməsi nə qədər  çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaqdır. Prinsip etibarilə əgər belə obyektiv təhlil aparsaq, görərik ki, Ermənistanın inkişaf perspektivləri yoxdur, bu dövlətin iflası isə  qaçılmazdır. 
          Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq halının kütləvi xarakter alması, ölkənin birinci şəxsinin  qaçaqmalçılıqla məşğul olması bu dövləti idarə edənlərin  cinayətkar və  rüşvətxor olmasını göstərir. 
Bu bir daha göstərir ki, son 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bunun nəticəsi isə özlərini və xalqı uçuruma aparmaqdır.
            Laçınlı məcburi köçkünlər ölkə  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu istiqamətində görülən işləri  hamılıqla bəyənir və dəstəkləyirlər. Qəti olaraq inanırlar ki, tezliklə  talançılıq, rüşvətxorluq və qohumbazlıq üzərində qurulmuş işğalçı Ermənistan dövlətindən tarixi torpaqlarımız ordumuzun gücü ilə  geri qaytarılacaq bütün məcburi köçkünlər kimi onlarda ata-baba yurdlarına qayıdacaqlar.

Keçidlər