Şriftin ölçüsü :

Saytın rəngi :

Daxili ictimai-siyasi vəziyyəti bərbad olan Ermənistanın dəstəklənməsi yolverilməzdir

19 iyun 2020 | 16:00

     Ermənistan Respublikasının iqtisadi və siyasi tənəzzülə uğradığı bir vaxtda Baş nazir Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşması və bu  xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbindən əhali arasında ona olan inam tamamilə iflasa uğramış ,  xalq arasında nüfuzu aşağı düşərək sosial dayaqlarını sürətlə itirməyə başlamışdır.
     Artıq erməni mətbuatı da haqlı olaraq Nikol Paşinyanın aqoniya vəziyyətində olduğunu iddia etməklə, bunun əsas səbəbinin isə parlament müxalifətinin, xüsusilə də Çiçəklənən Ermənistan Partiyasının açıq şəkildə hökuməti tam tərkibdə istefaya göndərilməsini qəti şəkildə  tələb etməsidir.
     İnsan hüquq və azadlıqlarına məhəl qoymayan Nikol Paşinyanın müxalifətin və Çiçəklənən Ermənistan Partiyasının istefa çağırışı tələbinə cavab olaraqMilli Təhlükəsizlik Xidməti 14 iyunda Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açması ilə yanaşı 14 iyunda ölkənin Təhlükəsizlik Xidməti əməkdaşlarının Çarukyanın evində axtarış aparması isə ölkədəki ictimai-siyasi mühiti daha da gərginləşdirib.
     Nikol Paşinyanın həmləsinə  Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyası (25 deputat) və tərəfdaşları tərəfindən 15 iyunda Təhlükəsizlik Xidmətinin binası qarşısında mitinq keçirilməsi, mitinqdə  “Paşinyan get!”, “Çarukyan Baş nazir!” şüarlarının səsləndirilməsi, mətbuatın məlumatına əsasən bu mitinqdə aralarında deputatların da olduğu 90 nəfər iştirakçının saxlanılması isə  ölkədə müxalifətlə Paşinyan hökuməti arasında yaranmış qarşıdurmanın  nə qədər mürrəkkəb olduğunu bir daha göstərir.
          Həmçinin,15 iyun qarşıdurması zamanı  Çarukyanın hər şeyə hazır olmaları barədə bəyanatı və hökumətin xüsusi göstərişi ilə ona qarşı təzyiqlərin başladığını bildirməsi, bununla da pandemiya dövründə hökumətin bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışdığını, Çarukyanın 2-3 aydan sonra ölkədə aclıq təhlükəsinin baş verə biləcəyini vurğulaması isə əhali arasında ciddi rezonans doğurmuşdur.
Yaranmış vəziyyətlə bağlı 15 iyunda ölkənin Baş Prokuroru tərəfindən  parlamentə müraciət edilərək  Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyanın deputat toxunulmazlığının qaldırılması məsələsinin gündəmə gətirilməsi, 16 iyunda isə məsələnin  parlamentdə müzakirə edilərək müxalifət partiyaları  (Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan parlament fraksiyası ) tərəfindən iclasda iştirak etmədən 87 səslə Çarukyanın deputat toxunulmazlığının qaldırılması,bununla da  Çarukyanın həbs edilməsinin qarşısında ən böyük hüquqi maneənin aradan qaldırılması Nikol Paşinyan hökumətinin inzibati amirlik sistemi ilə idarə olunmasına əyani sübutdur.
           Görülmüş müvafiq tədbirlərə rəğmən, Nikol Paşinyan idarə-üsulunun özünə haqq qazandırmaq üçün  Çarukyana qarşı hüquq çərçivəsində hərəkət etdiklərini bildirsə də, bir çox siyasi partiyalar bunun siyasi məqsəd daşıdığını və onu zərərsizləşdirmək üçün inzibati mexanizmlərdən istifadə edildiyini bildirirlər.
            Ermənistanda cərəyan edən Çarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizcə dayanması  heyrət doğurmaqla qərb “demokratiyasının” hadisələrə ikili standartlardan yanaşması,bu kimi təşkilatların nüfuzunu itirdiyini göstərir.
       Ermənistan  hakim dairələrinin hadisələrə anti-demokratik qaydada yanaşmasına qarşı Çarukyanın tərəfdarları tərəfindən 17 iyunda Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınmış,  yüzlərlə sakin  saxlanılaraq, polisin  aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq etməsi bu ölkədə insan hüquqlarının və mətbuat azadlığının hansı səviyyədə qorunduğunu və törədilmiş hadisələrin ört-basdır edilməsini göstərir.
              Baxmayaraq ki, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlərin ayaq altına salınmasına qərbin isə  bütün bunlara göz yumaraq  susması,  ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsinin, ABŞ-ın Ermənistandakı səfirinin, Qərb ölkələrinin Ermənistandakı səfirliklərinin özlərini  sanki heç nə baş verməmiş kimi aparmaları onların hansı “demokratiyanı” qoruduqlarını,hansı hüquqları  müdafiə etdiklərini açıq şəkildə göstərir.
Çox təəssüf ki, bu ilk hadisə deyil  Qərb özünü görməməzliyə vurur, hələ  Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etməsi zamanı qərb hadisəyə heç bir reaksiya vermədən öz biganəliyini əvvəllərdə dəfələrlə göstərmişdir.
            İstər ölkə daxilində, istərsədə beynəlxalaq aləmdə öz populist çıxışları ilə tanınan Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi, onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyildir. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələməklə  Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılaraq hazırda istintaq işləri davam edir.
            Bununlada ölkədə gələcəkdə özünə rəqib ola biləcək  və ya rəqib olma ehtimalı olan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs edilməsi  və bunun fonunda Qərbin sükutu isə sanki  Nikol Paşinyanın əl-qolunu daha da açır. Artıq son hadisələr bir daha sübut edir ki,  Ermənistanda Nikol Paşinyan tərəfindən diktator hakimiyyəti qurulmuş, bunu hesab edən ölkə vətəndaşlarının sayı isə  sayı durmadan artmaqdadır.  Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirənNikol Paşinyanın isə yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaq, Ermənistanda totalitar inqilabi diktatura qurmaqdır.
              Eyni zamanda Nikol Paşinyanın erməni oliqarx Samvel Aleksanyan ilə qohumluq əlaqələrinin formalaşması onun əsil niyyətindən xəbər verir. Belə ki, erməni mətbuatında hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən Nikol Paşinyan və onun ailə üzvlərinin dövlət büdcəsini talamaqla öz şəxsi məqsədləri üçün istifadə etmələri  dərc olunmuş sil-silə məqalələrdə öz əksini tapmışdır.
Həmçinin küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi artıq sirr deyildir. Nikol Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir. Ermənistanda anti-sorosçuların həbsi isə bütün bunları sübut edir.
Hazırda Ermənistanın hakimiyyəti dairələri ilə kilsə arasında ciddi fikir ayrılıqlarının olması kilsə rəhbərliyində təmsil olunan şəxslərin əvvəlki hakimiyyətlərlə sıx əməkdaşlığı iddia olunsada, əslində məsələnin məğzinin, ermənilərin yaşadıqları bütün ölkələrdə icma üzvləri tərəfindən kilsəyə toplanmış böyük miqdarda maliyyə yardımına nəzarət etmək istəyən Nikol Paşinyana kilsənin “yağlı tikə”ni güzəştə getməməsidir. Bu səbəbdən də  koronavirusun Eçmədzində yayıldığı ərəfədə kilsə rəhbərinin qaçması şəklini mətbuata verən məhz Nikol Paşinyan olduğu artıq heç kimə sirr deyildir.
            Bu gün hər kəsə aydındır  ki, bir  sıra hadisələrlə yanaşı bu ölkə üçün  Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə onların reaksiyasıdır. 2017-ci ildə Ermənistanda keçirilən parlament seçkilərini müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilsədə seçkidən az sonra Ermənistanda inqilabın  baş verməsi , seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirərək hakimiyyətə gəldi.   2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri N.Paşinyan 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq  demişdi: “25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır”. Yenə həmin çıxışında baş nazir bildirir ki, “hakimiyyətə gələndən dərhal sonra heç vaxt ölkəmizdə olmayan demokratik təsisatların yaradılması üçün ciddi addımlar atmağa başladıq”.
           Qərbin Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatları, xüsusilə Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür onların demokratiyasının fəlsəfəsi də budur: Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan.
         Laçınlı məcburi köçkünlər təcavüzkar Ermənistan Respublikasının 30 ilə yaxın bir vaxtda bir milyondan çox Azərbaycan vətəndaşının hüquq və azdlığını kobudcasına pozaraq  tarixi Azərbaycan torpaqlarını işğalda saxlamasını qətiyyətlə pisləyir, dünyanın mötəbər təşkilatları tərəfindən torpaqların azad edilməsi barədə çıxarılmış qətnamələrin hələdə icra olunmamasından dərin təəssüf hissi keçirirlər. Birmənalı olaraq Qərbin bir sıra beynəlxalq təşkilatlarından tələb edirlər ki, region dövlətlərində baş verən hadisələrə real yanaşaraq iki standartlardan qiymət verilməsi kimi hərəkətlərinə son qoysunlar. Bu kimi təşkilatlardan tələb edirik ki, hansısa dövlətin maraqlarından irəli gələn prinsiplərə  əsasən  ölkəmizə qarşı tutduqları qərəzli mövqelərindən birdəfəlik əl çəksinlər.

Keçidlər