Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun - Tibb İşçilərinin Peşə Bayramı günüdür

17 iyun 2020 | 16:00

     Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
        Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüksəldilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı, beynəlxalq əlaqələr genişləndirildi
       Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır.Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən dövlət başçısı cənab  İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.
       Ölkə Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir. Azərbaycan səhiyyəsinə göstərilən bu diqqət və qayğı içərisində tibb işçiləri peşə bayramlarını qeyd edirlər.
      Hazırda pandemiyanın yayılamasından müəyyən müddət keçməsinə baxmayaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ilk gündən başlayan önləyici tədbirlər uğurla davam etdirilməklə  koronavirusla mübarizənin bazası gücləndilirilir. Bu baxımdan bu günlərdə  ölkə Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə ölkəmizdə modul tipli üç xəstəxananın  açılması, bu tipdən olan xəstəxanaların sayının dövlət başçısının tapşırığı əsasında 10-a çatdırılacağı və tezliklə həmin xəsəxanalarında istifadəyə veriləcəyi ölkə başçısının bu sahəni,xüsusilə vətəndaşların sağlamlığı üçün görülən işləri daim diqqətdə saxlaması laçınlı sakinlər tərəfindən də dərin razılıq və minnətdarlıqla qaşılanır.
     Tibb İşçilərinin Peşə Bayramı ərəfəsində Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı və yüksək fəxri adlarla təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2020-ci il tarixli Sərəncamı koronavirus (COVİD-19) pandemiyasının geniş yayıldığı bir vaxtda səhiyyə işçilərinin fədakarlığına verilən ən yüksık qiymət olmaqla onların işinə yeni stimul vermişdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli  tibb işçilərinin peşə bayramı günü münasibətilə rayonun çoxsaylı tibb işçilərini təbrik edir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayır, onların bundan sonra da insanların sağlamlığının qorunmasında ləyaqətlə xidmət edəcəklərinə əminliyini bildirir.
     Hazırda “Laçın Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nəzdində 1  təcili tibbi yardım şöbəsi, 1 poliklinika, 7 kənd xəstəxanası, 3 həkim ambulatoriyası, 99 tibb məntəqəsi rayon sakinlərinin xidmətindədir.
       Laçınlı məcburi köçkünlər, vətəndaşların sağlamlığı naminə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qayğıkeşliklə görülən hər bir tədbiri, xüsusilə koronavirus (COVİD-19) pandemiyasının geniş yayıldığı dövr ərzində ölkənin bütün resurslarının bu sahəyə cəlb eilməsini razılıqla qaşılayır və əmindirlər ki,  ölkəmiz dövlət başçısının rəhbəırliyi altında bu qlobal bəladan da ən az itgi ilə çıxacaqdır.

Keçidlər