Şriftin ölçüsü :

Saytın rəngi :

Şagirdlərimizin uğuru hər birimizin sevincidir

16 iyun 2020 | 16:00

     2020-ci il 9 iyun tarixdə Respublika Fənn Olimpiadasının final mərhələsi keçirilmiş, final mərhələsində  iki  laçınlı şagird iştirak etmişdir.
     Nəticələrə görə 28 nömrəli Laçın tam orta məktəbinin 10-cu sinif şagirdi Fərmanova Əsmər Valeh qızı  Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 1-ci yer tutaraq qızıl medala, 33 nömrəli Laçın tam orta məktəbinin 8-ci sinif şagirdi Nurəhməd Təbriz Rüstəm oğlu  tarix fənni üzrə 2-ci yer tutaraq gümüş medala layiq görülmüşlər.
    Bu münasibətlə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli həmin şagirdlərimizi, Laçın Rayon Təhsil Şöbəsinin kollektivini, habelə onların təhsil aldıqları məktəb rəhbərlərini, müəllim kollektivini, valideynləri təbrik edir, şagirdərimizə uğurlar arzulayır.

 

Keçidlər