İnsanların sağlamlığının qorunması ölkə başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.
Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci-vistse prezident Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışı keçirilmişdir.
Dövlət başçısı cənab İlham Əliyev karonavius (COVİD-19) pandemiyasının yayılmağa başladığı ilk gündən bütün vətəndaşların özlərini və yaxınlarını qorumaları üçün məsuliyyətli olmaları və nizam-intizama riayət etmələri barədə onlara bir neçə dəfə çağrışlar etməsi bir daha göstərir ki, hər bir vətəndaşın sağlamlğı və rifahı ölkə başçısı üçün daim önəmlidir.
Koronavirus pandemiyası Azərbaycan vətəndaşlarının normal həyat tərzinə nə qədər mənfi təsir etsədə onlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşalarda, tətbiq edilən məhdudiyyətləri, ölkə rəhbərliyi tərəfindən atılan bütün addımları dəstəkləmiş, bunun yalnız onların qorunması və sağlamlığı məqsədi ilə olunduğunu birmənalı dərk edirlər.
İnsanların sağlamlığını daim birmənalı vəzifə kimi diqqətdə saxlayan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət və qayğı ilə ölkənin bütün resurslsrının insan sağlamlığı və vətəndaş təhlükəsizliyinin qorunması naminə səfərbər edərək önə çəkməsi bütün vətəndaşlar kimi laçınlı məcburi kıçkünlər tərəfindəndə böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanmışdır.
Bütün çıxışlarında “Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir” deyən ölkə Prezidenti “Gücümüz birlikdədir” devizi ilə xalqla iqtidar birliyinin sarsılmazlığı sayəsində bu qlobal bəladan ölkəmizin qat-qat az itkilərlə çıxmasını təmin etməsi qarşılıqlı insanlarda dövlət başçısına olan inamı daha da möhkəmləndirmişdir.
Pandemiya ilə bağlı dövlət başçısının göstərişi əsasında bütün qabaqlayıcı tədbirlərin operativ qaydada qurulması bu məqsədlə yeni laboratoriyalar alınınaraq hazırda onların sayınının 20-dən çox olması ölkənin bütün sahələrinin ən çətin vəziyyətə belə hazır vəziyyətə gətirilməsi ölkə başçısının çevik idarəetmə qabiliyyətinin və uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Hazırda ölkəmizdə koronavirus xəstələrini müalicə etmək üçün respublikanın ən qabaqcıl xəstəxanalarının ayrılması o cümlədən “Yeni klinika”-ın istifadəyə verilməsi bununla əlaqədar 20-dən çox xəstəxanada müalicə olunması, eyni zamanda, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılması dövlətin onun rəhbərliyinin hər bir vətəndaına olan həssas münasibətinin və qayğısının bariz nəticəsidir.
Hazırda dünyanın bir çox ölkələrində xəstəliyi simptomsuz keçirənlərin bu ağır xəstəliyə düçar olmuş insanların bir çoxu ev şəraitində müalicə alırlar, onları xəstəxanalara da qəbul etmirlər. Lakin Azərbaycanda bu xəstəliyə yoluxmuş bütün xəstələrin tibbi müəssisələrə qəbul edilərək müalicə olunmasına görə də ölkəmiz dünyanın nadir ölkələri sırasındadır. Məhz dövlətin qayğısının nəticəsidir ki, ölkəmizdə koronavirusdan ölənlərin sayı digər dövlətlərlə müqayisədə azlıq təşkil edir.
Pandemiyanın yayılamasından müəyyən müddət keçməsinə baxmayaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında önləyici tədbirlər davam edir, koronavirusla mübarizənin bazası gücləndilirilir. Bu baxımdan bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə ölkəmizdə modul tipli üç xəstəxananın açılması, bu tipdən olan xəstəxanaların sayının dövlət başçısının tapşırığı əsasında 10-a çatdırılacağı və tezliklə həmin xəsəxanalarında istifadəyə veriləcəyi ölkə başçısının bu sahəni,xüsusilə vətəndaşların sağlamlığı üçün görülən işləri daim diqqətdə saxlaması laçınlı sakinlər tərəfindən minnətdarlıqla qaşılanır.
Dövlət başçısının tapşırığı əsasında koronavirus pandemiyasına qarşı mübarizədə ölkədə 10 xəstəxana tikilməlidir ki, bunların da 4-nü özəl sektor öz vəsaiti hesabına inşa ediləcəkdir. Olkəmizdə bu sahədə qarşılıqlı əməkdaşlığın təşkili dövlətin üzərinə yükü bir qədər azaltmaqla özəl sektor nümayəndələrinin bu təşəbbüsə yaxından qoşulmaları və adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinin dövlət başçısı tərəfindən yüksək qiymətləndirilməsi bu sahədə işləyənlər tərəfindən sevinclə qarşılanmışdır. Həmçinin dövlət başçısının təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq ən böyük məbləğdə Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait ayrılması, ölkə sahibkarları və adi vətəndaşlar tərəfindən fondun hesabına yığılmış məbləğin 100 milyon manatı ötməsi isə bir daha onu göstərir ki, xalqımız çətin dövrdə öz dövləəti və Prezidenti ətrafında birləşə, həmrəylik və birlik göstərməyi bacarır buna daim qadirdir.
Təqdirəlayiq haldır ki, dövlət başçısının tapşırığı əsasında karantin şəraitində qalan vətəndaşlar üçün ölkəmizdə dünya miqyasında xüsusi şərait yaradılmaqla onların ölkənin 4-5 ulduzlu otellərində, eyni zamanda, Atletlər Kəndində yerləşdirilməsi, minlərlə insanın xaricdən təxliyə edilrək qrafik üzrə ölkəmizə gətirilərək onlarada diqqət və qayğı ilə yanaşılır.
Bütün bunlarla yanaşı ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında xaricdə qalan və Azərbaycana gəlmək istəyən vətəndaşlar üçün xüsusi portal yaradılması, vətəndaşların portalda qeydiyyatdan keçərək, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun. Sevindirici haldır ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır, ölkəmiz bir neçə dəfə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu sahədə nümunəvi ölkə adlandırılmışdır.
Ölkə başçısının pandemiya dövründə həkimlərin fəaliyyətini, fədakarlığını xüsusilə qiymətləndirərək cəmiyyətdə bu peşə sahiblərinə olan hörmətin daha da artığını dəfələrlə vurğulaması ölkə həkimlərinin işinə yeni stimul vermişdir. Məhz həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır ki, ölkəmizddə ölüm səviyyəsinin çox aşağıdır.
Bu gün koronavirusla bağlı görülən tədbirlərə bir daha nəzər yetirdikdə ölkəmizin inkişaf etmiş ölkələrlə müqayisədə belə,ölənlərin sayına görə bizdəki yoluxanlardan çox olduğunu, halbuki bu ölkələrin səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilmişdir. Ölkəmizin bu sahədədə öndə olması yalnız dövlət tərəfindən hadisələrə ən düzgün, ən humanist yanaşması, hər bir yoluxmuş insana lazımi tibbi xidmət göstərilməsidir.
Dövlət başçısı cənab İlham Əliyevin uzagörən siyasətinin nəticəsidir ki, pandemiyaya qarşı mübarizədə sənaye imkanlarımızdan da xeyli irəliləyişlər əldə edilmişdir. Belə ki, qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başlaması, dezinfeksiya vasitələrinin artıq Azərbaycanda istehsal olunması, eyni zamanda, ölkəmizdə həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunması bu istiqamətdə zəruri avadanlıqların xaricdən alınması xüsusilə əhəmiyyətlidir. Bununla yanaşı son dövrdə tibbi masnaın istifadəsinə xüsusi əhəmiyyət verilməsi bununla bağlı ölkə başçısının şəxsi nümunəsi və təkrar çağırışı ölkə vətəndaşları kimi laçınlıməcburi köçkünlər tərəfindən hamılıqla dəstəklənmişdir.
Cənab Prezidentin çıxışlarında ölkə vətəndaşlarının xüsusi karantin rejiminə çox diqqət və məsuliyyətlə yanaşmalarının tətbiq edilən qaydaların cəmiyyət tərəfindən ümumiliklə qəbul edilməsi təqdirəlayiq hal kimi qiymətləndirilmiş bu sahədə yol verilmiş nöqsanların azlıq təşkil etdiyi bildirilmişdir
Qürurverici haldır ki, ölkə başçısı cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə Qoşulmama Hərəkatının üzvlərinə, ilk növbədə, müraciət edilərək təklif olunmuşdur ki, BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyası keçirilsin. Ölkə başçısının bu təklifi Qoşulmama Hərəkatının üzvləri tərəfindən yekdilliklə dəstəklənmiş, indiki şəraitdə dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi zəruriliyi gündəmə gətirilmişdir.
Göründüyü kimi bu çətin şəraitdə Azərbaycan sadəcə öz problemlərini həll etmir, eyni zamanda başqa dövlətlərə də yardım edir.Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və humanist siyasəti sayəsində ölkəmiz məsələnin beynəlxalq səviyyədə müzakirəsinin təşəbbüsçsü olmaqla yanaşı ötən müddət ərzində fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərmiş, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstərmiş, Ümumdünya Səhiyyə Təşkilatına fərdi qaydada iki dəfə ianə vermişdir.
Hər bir laçınlı məcburi köçkün həmişə olduğu kimi bu gündə ölkə Prezidenti cənab İlham Əliyevin karonavius (COVİD-19) pandemiyasının yayılmağa başladığı ilk gündən vətəndaşların sağlamlığı və rifahı naminə gördüyü tədbirləri dəstəkləyir, minnətdarlıq və dərin razılıq hissi ilə qarşılayırlar.