Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti ölkəmizin ərazi bütövlüyünü və xalqımızın daha firəvan yaşamasını təmin edəcəkdir
Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkilərinin “məzhəkə oyununun” nəticələrini dünyanın heç bir dövləti tərəfindən tanınmamış, əksinə ictimai qınağa səbəb olmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkiləri ilə bağlı proqram xarakterli çıxışında olduqca vacib məqamlara toxunması bir daha Ermənistan respublikasının məkirli siyasətini dünya ictimaiyyəti qarşısında kəskin şəkildə ifşa etmişdir.
Dövlət başçısının çıxışında qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkilərinin bir şou və təlxəklər tamaşası olduğu bildirilməklə,bu “məzhəkə oyununun” nəticələrini dünyanın heç bir dövləti tərəfindən tanınmadığı qeyd olunmuşdur. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri - Amerika, Fransa, Rusiyanın qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını xüsusilə vurğulanması, bu seçkilərin əsassız bir şou olduğu bildirilmişdir. Həmçinin Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləriin keçirilməsini qınadıqlarını, nəticələrini isə tanımadıqlarını bəyan etmişlər. Bununla yanaşı məsələyə təkcə Avropa Şurasının münasibət bildirməməsinin və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmamasının, susmağının səbəbi isə Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləmək olduğunun bəlli olması bildirilmişdir. Cənab Prezidentin çıxışında haqlı olaraq irad bildirilmişdir ki, bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurasının qitədə yüz illərdir formalaşan bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olanqondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz göz yumması isə xalqımızın nifrət və qəzəbinə səbsb olmuşdur.
Dövlət başçısı cənab İlham Əliyev daha sonra çıxışında “Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır” olduğu bəyan edilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev Avropa Şurası ilə münasibətləri xarakterizə edərək, bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytardıqlarını, indi bu dünyada bəzi ölkələrdə nələr baş verməsi ilə bağlı Avropa Şurasından bəyanat vermələrini gözlədiklərini qeyd etmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyev Avropa dövlətlərinin özlərində olan polis zorakılığının, nümayişçilərə qarşı tətbiq edilən gücün, nümayişçilərin öldürülməsinin, onların gözlərinin çıxarılmasının, kütləvi surətdə həbslərin, jurnalistlərin döyülməsinin, həbs edilməsinin açıq-aydın müşahidə edildiyini, onların isə bu kimi hallalrdan utanmadıqlarını, və görmədiklərini buna susduqlarını kəskin şəkildə bildirməsi vətəndaşlar tərəfindən də birmənalı qarşılanmışdır. Bu kimi halların baş vermsini isə onların güclü dövlətlərdən qorxduqlarının, məsələnin insan haqlarının qorunmasına aidiyyəti olmadığı kimi qiymətləndirmələri, isə bu qurumun riyakar mahiyyəti bir daha açaraq bizim üçün heç bir əhəmiyyət kəsb etmədiyini, əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları tərəfindən Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanınmayaraq qınanması olduğu bildirilmişdir.
Ölkə başçısının nitqində cari ilin mart ayında şouların təşkili üzrə peşəkar olan (şoumen) Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “prezident və parlament seçkiləri” keçirilməsi, bu “seçkilər”in beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildiyi vurğulanaraq,dünyanın aparıcı və mötəbər təşkilatları və bir sıra ölkələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etmələri, qondarma “seçkiləri” tanımadıqları ölkəmizə olan isti münasibətin nəticəsidir. Buna baxmayaraq Azərbaycanı tənqid eləmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək qəribə səssizlik nümayiş etdirmələri isə göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA-nın bir daha mötəbər olmağı bacarmadığını göstərir.
Ölkə başçısı qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkilərinin COVID-19 koronavirus pandemiyasının geniş yayıldığı bir zamanda keçirilməsi məsələsini də geniş izah edərək pandemiya dövründə keçirilən seçkilərə nəQərb dövlətlərinin nə də AŞPA -nın səslərini çıxarmamasının kəskin tənqid edərək, hətta BBC seçkilərlə bağlı xəbərləri “Koronavirusun ortasında seçkilər” kimi manşetə çıxartsadabunun bir “cəsarət nümunəsi” kimi təqdim etməyə çalışmasını qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkiləri zamanı insan həyatına bu qədər ucuz dəyər verilməsini, bütün dünya koronavirus pandemiyasına qarşı ümumi mübarizə edərkən xunta rejiminin pandemiyaya qarşı gərəkli önləyici tədbirlərin almaması da diqqətdən kənarda qalmamalı və gündəmə gətirilməli olduğunu beynəlxalq təşkilatlar qarşısında cəsarətlə bəyan etmişdir.
Azərbaycan və Ermənistanın eyni tarixlərdə Avropa Şurasına üzv olduqlarını və bərabər bir sıra öhdəliklər götürdüklərini vurğulayan dövlətimizin başçısı cənab İlham Əliyev, Ermənistandan fərqli olaraq Azərbaycanın götürdüyü öhdəliklər sadiq qalmasına baxmayaraq, bu iki ölkəyə münasibətdə AŞ-nın ikili standartlarda siyasət həyata keçirdiyini xatırlatması bu kimi təşkilatlara ən tutarlı cavabdır.
Eyni zamanda ölkəmizin 2001-ci il yanvarın 17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürmələrinin çıxışda xatırladılması həmin öhdəliklərdən birinin də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olması, həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirtdiyi bu öhdəliklərə Ermənistandan fərqli olaraq Azrbaycanın daim sadiq qalmasının bildirilməsi, xüsusilə münaqişə məsələsinə dair fikir bildirmək həmməruzəçilərin birbaşa mandatına daxil olması onlara bildirilmişdir.
Çıxışında AŞPA-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana qarşı nifrət aşıladığını qeyd etməklə təbii ki, bunun mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqe olduğu bildirilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin çıxışında heç kəsə sirr olmadan son vaxtlar Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan düşən bir quruma çevrilməsi, AŞPA-nın məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışaraq bu təşkilatda son illər aparılan müzakirələrinədalətli deyil, demokratik dəyərləri və insan haqlarını kobud şəkildə pozduğunu, müzakirələrin sönük keçirilərək bəzən 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak etdiyi bildirilməklə əhəmiyyətsiz bir təşkilata çevrilmsinin cari bu ilin yanvarın sonlarında keçirilən qış sessiyasında Assambleyanın monitorinq proseduru ilə bağlı tərəqqi hesabatının səsverməsində 69 deputat, son vaxtlar AŞ-nin əsas müzakirə mövzularından biri olan yeni komplementar prosedurla bağlı qətnamənin səsverməsində isə 163 deputat iştirak etdiyi konkret faktlarla sübut etmişdir.
AŞPA-nın fəaliyyətinin bəşəri dəyərlərlə və beynəlxalq hüququn prinsipləri ilə üst-üstə düşmədiyini, ikili standartlar nümunəsinə rast gəldiyini qeyd edən ölkə Prezidenti cənab İlham Əliyev bu təşkilatda geniş vüsət alan regional platformalarda ölkəmizin bu yanaşmanın əsas hədəflərindən biri olduğunu, son 20 ildə təşkilatda siyasi sifariş icra edən bir sıra şəxslərin AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edildiyini təəssüf hissi ilə bildirilmişdir.
Ölkə başçısı haqlı olaraq bu gün dünyada demokratiyanın beşiyi sayılan ölkələrdə Hollivud filmlərini xatırladan polis qəddarlığının, zorakılığının, insanların polis tərəfindən döyülməsinin, təhqir edilməsinin, insanların üstünə itlər göndərilməsinin, onların atlarla əzilməsinin şahidi olduğumuzu, bu kimi hallara AŞ və Qərbin bəzi dairələrinin göz yummasını, səsini belə çıxarmağa cürət/cəsarət etmədyi bildirməklə Azərbaycanda kiçik bir çırtmaya dərhal reaksiya vermələrini isə ölkəmizə qarşı ikilistandartlardan yanaşmanın bariz nümunəsi olduğunu bildirmişdir.
Dövlət başçısı çıxışında son zamanlarda ABŞ-da kütləvi etirazların yaşanması probleminə də toxunaraq ABŞ-ın Minneapolis şəhərində “Nəfəs ala bilmirəm” deyə inildəyən silahsız qaradərili Corc Floydun ölümü ilə əlaqədar kütləvi iğtişaşların səngimədiyini həmin səhnələrə baxdıqda məşhur Hollivud filmləri olan “Qara cəngavərin yüksəlişi” və “Coker” filmləri insanın gözü qarşısından keçidiyini bildirməklə ABŞ-da qaradərililərə qarşı sistematik hal almış ayrı-seçkilikin sirr olmadığını bildirmişdir. Hadisələrin başladığı andan 11 mindən çox insanın həbs olunduğu, 16-dan çox insan həyatını itirdiyi, çoxsaylı jurnalistlərin xəsarət almasının, aksiyalar zamanı lüzumsuz yerə hədsiz dərəcədə güc tətbiqinin şahidi olduğumuz halda ölkəmizi tənqid etməyə vərdiş eləmiş qüvvələrin nədənsə həmin hadisələri görməməzliyə vurmalarını haqlı olaraq tənqid etmişdir.
Çıxışında AŞPA və ATƏT-in Azərbaycana yönəlik haqsız siyasətini qiymətləndirən dövlət başçısı cənab İlham Əliyev bu qurumların müvafiq strukturlarının azərbaycanafobiya halını almış Azərbaycana qarşı antipatiyasını heç cürəgizlədə bilmədini, bunun əsas səbəblərindən birinin hazırda Qərbdə sürətlə vüsət alan islamofobiya olduğunu, AŞPA-nı sırf “xristian klubu” kimi görmək istədiklərini, artıq “Beyin iflici” keçirən Qərbin özünün məhsulu olan Suriya və Liviyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanı aydın şəkildə sezmələri kimi qiymətlndirmişdir.
Dövlətimizin başçısı AŞPA-nın Azərbaycana yönəlik siyasətində siyasi məhbuslar məsələsinin haqsız və əsassız olaraq hər zaman gündəliyə gətirməsi məsələsinə də münasibət bildirərək bu qurumun ölkəmizə qarşı antipatiyasının daha da güclənməsinin səbəblərindən birinin şübhəsiz ki 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi olduğunu bildirmişdir. Sözsüz ki, bu məğlubiyyətdən sonra anti-Azərbaycan qüvvələri daha da quduzlaşmış, revanş hissi ilə yaşayan həmin qüvvələr ilk növbədə ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində və zamanı Azərbaycanı qaralamağa başlayaraq bunun isə bir kampaniya olduğu və kimlərsə tərəfindən idarə edildiyi aydın şəkildə sezilirdiyini bildirmişdir. Çıxışda, ölkəmizə qarşı ciddi nəsə edə bilməyən qüvvələrin mifik “Azərbaycan landromatı” söhbətini ortaya atmaqla özlərini ifşa edən AŞPA-da olan deputatlar, siyasətçilər pula satılmış prinsipsiz və əqidəsiz tülüngülər olduğu sübut olunmuş, bu satılmış siyasətçi və deputatların hansı əsasla insan hüquqı və dəyərlərindən danışmalarının isə heç bir məntiqə sığmadığı bildirilmişdir.
AŞPA-nın cari ilin 9 fevral tarixində keçirilən parlament seçkiləri ilə bağlı qərəzli və ədalətsiz münasibəti də ölkə Prezidenti cənab İlham Əliyevin nitqində geniş şərh edilmişdir. Belə ki, çıxışda Azərbaycanda keçirilmiş parlament seçkilərinə AŞPA-da göstərilən münasibətin qəbuledilməzliyi bildirilməklə, seçki prosesini, atılan addımları, tərəqqini kənara qoyaraq diqqəti bir neçə nəfərin üzərinə cəmləməklə ölkəmizə qarşı iftiralar atmaq sırf qərəzdən xəbər verdiyi qətiyyətlə pislənilmişdir. Həmçinin 2020-ci il yanvarın 30-da AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş qətnamənin məzmunu bir yana, vaxtı da suallar doğurdu, AŞPA-nın seçkiyə az qalmış belə bir destruktiv addım atması onun sadəcə siyasi cəhətdən yetişməməsinin bariz nümunəsi olmaqla AŞPA-nın Azərbaycana qarşı antipatiyasının növbəti nümunəsi kimi qiymətləndirilmişdir.
Çıxışında AŞPA-Azərbaycan münasibətlərini təhlil edən ölkə Prezidenti cənab İlham Əliyev qurumun təməlini təşkil edən bəşəri demokratik dəyərlərin qurumun özü tərəfindən heç də bəşəri qəbul edilmədiyini göstərməsi baxımından maraqlı müqayisə aparılaraq AŞPA-nın nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qaldığı, AŞPA-da 2005-ci ildə qəbul edilmiş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamə çox yüksək əhəmiyyətə malik sənəd olsada, bu sənəddən irəli gələrək, yaradılmılş Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olunmadığı Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermədiyi ciddisual doğurduğu bildirilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev qondarma Dağlıq Qarabağ xunta rejimində əsirlikdə olan iki mülki Azərbaycan vətəndaşının-Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz olaraq xunta rejimində həbsdə saxlanılmasına aidiyyəti qurumların səssiz qalmasına münasibət bildirərək AŞPA – da azərbaycanlıları sevirsə, niyə indiyədək hazırda Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa bir fikir səsləndirilmədiyini, onların daim işgəncə altında saxlanılmalarına heç bir reaksiya verilməməsini qətiyyətlə pisləmişdir.
AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvlərinin Azərbaycana qarşı qərəzli mövqeyinə, faşistlərlə əməkdaşlıq etmiş Qareqin Njdenin İrəvanda heykəlinin qoyulmasına bu qurumun münasibət bildirilməməsi məsələsinə toxunan ölkə Prezidenti cənab İlham Əliyev AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvləri zaman-zaman Azərbaycana qarşı nifrət dolu çıxışlar edərək, ölkəmizi tamamilə qəbulolunmaz formada ittiham etmələrinə şərait yaradılmasının yolverilməz olduğunu bildirmişdir. Bununla yanaşı AŞPA-nın 2020-ci ilin yanvarında keçirilmiş qış sessiyasında Qaregin Njdeyə kimi əli günahsız insanların qanına batmış və faşistlərlə əməkdaşlıq etmiş Ermənistanın bir deputatı Azərbaycanı faşizm ilə əlaqələndirməsinə adekvat reaksiya verilməməsi, AŞPA- nın kimin tərəfində faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdeni dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın, yoxsa mədəniyyətlərarası və dinlərarası dialoqu özünün xarici siyasətinin əsas prioritetlərindən birinə çevirmiş Azərbaycanın tərəfində olması hələdə sual doğurduğu vurğulanmışdır. Məkirli erməni siayasətini alt-üst edə dövlət başçısı Utanmasan, oynamağa nə var ki? Gör kim kimə faşist deyir? Sanki qədim Azərbaycan şəhərini həyasızcasına özününküləşdirmiş İrəvan şəhərində faşistə abidəni də Azərbaycan tərəfinin qoymasını ironiya ilə soruşması ikili siyasət yürüdənlərə ən tutarlı cavab olmuşdur.
AŞPA-nın qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan qarayaxma kampaniyasının Azərbaycanın siyasi iradəsindən döndərə bilməyəcəyini, doğru və qanuni bildiyi yoldan uzaqlaşdırmayacağını qeyd edən ölkə Prezidenti cənab İlham Əliyevin AŞPA-da bəziləri Ermənistan, erməni lobbisi və islamofobların apardıqları qatı anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərməyin mümkünsüz olduğu, Azərbaycanda siyasi məhbuslarla bağlı qəbul edilmiş son qətnamənin isə heç bir əhəmiyyət kəsb etmədiyi, bu qətnamənin Azərbaycan üçün dəyəri bir kağız parçasından artıq olmadığı cəsarətlə qeyd etmişdir. Azərbaycan orada səslənən uydurma ittihamların heç birini qəbul etmədini, ölkəmizlə hədə, şantaj dilində danışmağın mənasız olduğunu, bundan sonra da Azərbaycanın AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcəyi qətiyyətlə bildirilmişdir.
Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra qazandığıiqtisadi, siyasi uğurlar, ölkə Prezidenti cənab ilham Əliyevin qayğıkeşliyi və uzaqgörənliyi ilə pandemiya dövründə qəbul etdiyi doğru qərarlar, istər vətəndaşlara, istərsə də digər dövlətlərə göstərdiyi humanitar yardımlar təqdirəlayiq hal kimi əksər dünya dövlətləri və təşkilatları tərəfindən bəyənilərək bir örnək kimi öyrənilir və qəbul edilir. Bu baxımdan ölkəmizin son 30 ilə yaxın bir dövr ərzində ölkəmiz kifayət qədər uğurlar qazanıb. Belə ki, əksər dünya dövlətlərinin qarşısında aciz qaldığı COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan əhəmiyyətli töhfə verib. Multilateralizmin can verdiyi bir şəraitdə Azərbaycan çoxtərəfli diplomatiyanın vacibliyini və zəruriliyini uzunmüddətli müstəqillik tarixi olan dövlətlərə nümayiş etdirə bildi. Pandemiya dövründə belə Azərbaycanı ağ-qara ekrandan izləməyə vərdiş edən AŞPA və Qərbin bəzi dairələrinin bir daha qərəzinin canlı şahidi olduq.
Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevintəşəbbüsü ilə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşləri keçirilməsi xüsusi əhəmiyyət kəsb etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunan Zirvə görüşünü keçirib. Qoşulmama Hərəkatının zirvə görüşündə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökumət başçıları və xarici işlər nazirləri iştirk ediblər ki, bu da bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir. Eyni zamanda, Azərbaycan pandemiya dövründə 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım edilmişdir ki, buda beynəlxalaq aləmdə razılıqla qarşılanır.
Eyni zamanda Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarlarına çıxarılması, Avropanın enerji tələbatının qarşılanmasında mühüm yerə sahib olması, həyata keçirdiyi beynəlxalq infrastruktur layihələri olduqca əhəmiyyətlidir. Bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyada artıq “orta miqyaslı” (middle power) ölkə kimi tanınır. Ərazisinin kiçik olmasına baxmayaraq, dövlətimizin apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir. Eyni zamanda, uğurlu regional enerji və infrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verir. Azərbaycanın dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında dəfələrlə vasitəçi kimi çıxış etməsi isə ölkəmizin nüfuzundan xəbər verir ki, bu da öz növbəsində azərbaycanafobiya qüvvələri narahat etməyə bilməz.
Bu gün hər bir laçınlı məcburi köçkün istər pandemiya dövründə istərsədə əvvəlki vaxtlarda ölkə başçısı cənab İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğını dərin razılıq və minnətdarlıqla qarşılayır, ölkə prezidentinin ətrafında daha sıx birləşərək ölkəmizdəki sabitliyə, inkişafa və tərəqiyyə qarşı istər xaricdən , istərsədə daxildən edilən hər hansı həmləni qətiyyətlə pisləyirlər.
Laçınlı məcburi köçkünlər qəti əmindirlər ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət sayəsində yağı düşmən tapdağı altındakı torpaqlarımız tezliklə azad olunaraq dövlətimizin ərazi bütövlüyü təmin ediləcək, xalqımız daha da firəvan yaşayacaqdır.