Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli imtahan keçiriləcək məktəbdə olmuşdur

03 iyun 2020 | 16:00

   Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə görülən işlər, xüsusi karantin rejimi müddətinin daha da uzadılması, o cümlədən, təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun həyata keçirilən tədbirlərdə müəyyən dəyişikliklərin edilməsini zəruri etmişdir.
   Yaranmış vəziyyətlə əlaqədar buraxılış və qəbul imtahanları qaydalarında müəyyən dəyişikliklər olunmuşdur. Belə ki, 2020-ci ildə keçiriləcək imtahanlar yeni sanitar-gigiyenik qaydaları əsasında aparılacaqdır. İmtahan zallarında 15 nəfərdən çox olmamaq şərti ilə hər masa arxasında 1 şagird (abituriyent) əyləşməsi müəyən edilmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilməsi nəzərdə tutulur. Həmçinin, buraxılış imtahanlarının iyun ayı ərzində keçirilməsi planlaşdırılır.
   Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü ərazisində də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, Dövlət İmtahan Mərkəzinin tələb və tövsiyələrinə birmənalı şəkildə əməl olunur, məktəblərdə imtahanların yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılır.
    2020-ci il 3 iyun tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli adiyyəti məsul şəxslərlə birgə imtahan keçirilməsi nəzərdə tutulan Laçın rayonunun Taxta Körpü qəsəbə  tam orta məktəbində mövcud vəziyyətlə yerində tanış olmuş, sanitar qovşaqların təmiri vəziyyəti, dezinfeksiya tədbirlərinin görülməsi və gigiyena qaydalarına əməl olunması ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.

 

Keçidlər