Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

01 iyun 2020 | 16:00

     Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi yetişməsi hər bir dövlətin başlıca vəzifələrindəndir. Bu mənada 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında 1 iyunun uşaqların müdafiəsinə həsr edilməsi barədə qərarına əsasən hər il dünyanın əksər ölkələrində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur.
    Bundan sonra BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib ki, Azərbaycan Respublikasıda dövlət müstəqilliyi qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, ölkəmizdə də uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.
    Ulu öndər Heydr Əliyevin ən layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan uşaqların sağlam, hərtərəfli, vətənə layiqli övladlar kimi böyümələri üçün ölkəmizdə hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir kimi devizi ilbəil daha aktuallaşır. Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu xüsusilə, ölkəmizin Birinci vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən də uşaq hüquqlarının qorunması onların hərtərəfli inkişafı, daha çox qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş uşaqlara həssaslıqla yanaşılaraq, genişmiqyaslı tədbirlər həyata keçirilir.
    Eyni zamanda ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların təhsil almaları və istedadlarının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsində yaxından iştirak edən Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız və əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində də geniş tədbirlər həyata keçirilir.
    Həmçinin, uşaqlara qayğı təkcə dövlətin üzərinə düşən vəzifə deyildir. Hər bir şəxs uşaqların hərtərəfli böyüdülməsi üçün səy göstərməlidir. Çünki, uşaqlar təkcə bir evin deyil, bütün el-obanın ən qiymətli, ən dəyərli sərvəti, hər bir xalqın gələcəyidir. Gələcəyimizi qorumaq isə hamımızın borcudur.

Keçidlər