Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlər taxıl biçini kampaniyasına start verdilər.

27 may 2020 | 16:00

Cari ilin biçin kampaniyasına ciddi hazırlaşan laçınlı taxıl istehsalçıları  məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər.
2020-ci təsərrüfat ilində laçınlı fermerlər və taxıl istehsalçıları  Taxta Körpü ərazisində 1288,5 hektar sahədə taxıl becəriblər ki, bunun da 117,5 hektarını buğda, 1171 hektarını isə arpa  təşkil edir.
Sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, ziyanvericilərə qarşı tədbirlər və hava şəraitinin əlverişli olması nəticəsində zəmilərdə bol məhsul yetişib. Mütəxəssislərin fikrincə, cari ildə məhsuldarlıq ötən ildəkindən daha çox olacaqdır.
Mövsümü  taxıl biçininə  ətraf rayonlardan 9 ədəd müxtəlif markalı kombayn və 10-dan çox yük maşını cəlb olunub. Ərazidə becərilən taxılın vaxtında və itkisiz yığılması məqsədilə məhsul istehsalçılarının taxılyığan kombayn və digər kənd təsərrüfatı texnikaları ilə tələbata uyğun təmin edilməsinə kömək göstərilməsi üçün Laçın Rayon İcra Hakimiyyəti və Laçın  Dövlət Aqrar İnkişaf Mərkəzinin işçilərindən ibarət operativ işçi qrupu yaradılmışdır. İşçi qrupunun biçin prosesini düzgün təşkil etməsi sayəsində hazırda rayonda kombayn çatışmazlığı yoxdur.
Məhsul istehsalçıları onlara göstərilən hərtərəfli köməkliklərə görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişər.

Keçidlər