Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru
Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının dinamik inkişafının davamlı olaraq təmin edilməsi işləri ilə yanaşıiqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətindəardıcıl olaraq islahatlar aparılır. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinəvə rəqabət mühitinindaha da yaxşılaşmasınamühüm əsaslar yaratmışdır.
Dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlümexanizmlərin geniş tətbiqi nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuş, bununla dadövlət-biznes münasibətləridaha sağlam əsaslar üzərində qurulmuş,bütün sahələrdəmaliyyə intizamı yaxşılaşmışdır.
Statistik məlumatlara görə,2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neftsektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 milyard manatı üstələmişdir.
Buna paralel olaraqəmək haqqı fondu da ağarmış,2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artmış, o cümlədən bu artımın 99 mini özəl sektorun payına düşmüşdür. Ümumilikdə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlmişdir.
Belə ki, pandemiya dövründə dövlət və özəlsektordaişləyən işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanmasıistiqamətindəməqsədyönlü işlər aparılmaqla, nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin“Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik (o cümlədən özəl sektorda 94 minə yaxın) artıma nail olunduğu məlum olmuşdur.
Beləliklə pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundular.
Şəffaf fəaliyyət iş yerlərinin qorunmasını və dövlətin bütün güzəştlərinə tam çıxış imkanlarını təmin etdi. Dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə edir. Koronavirus pandemiyasıdövründə hazırlanan Tədbirlər planı buna mühüm nümunə ola bilər.Tədbirlər planındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 milyon manat birbaşa kompensasiya ödənişi ayrılmışdır.
Bu çərçivədə muzdlu işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyigöstərilmiş, onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə ayrılan1.5 milyard manat bank kreditlərinədövlət zəmanəti verilmiş və faizlərisubsidiyaedilmişdir.
Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldu. Belə “işgüzar cəmiyyət” uzun müddət “kölgə”dəolmaqladövlət ilə əməkdaşlıq imkanlarını itirdi və nəticədədövlət-biznes münasibətlərindən kənarda qaldı. Bu səbəbdən dövlət bütün güzəşt və stimullaşdırıcı tədbirlərini yalnız dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil edə bildi.
Əlavə olaraq iqtisadiyyata mənfi təsirlər zamanı öz fəaliyyətində dürüst olan intizamlı sahibkarı və vətəndaşı qorumaqdövlət üçün daha asan oldu. Qeyri-şəffaf fəaliyyətdə olanlar isə dövlətin genişmaliyyə dəstəyinin daha böyük hissəsindən kənarda qalmış oldu.
Lakin buna baxmayaraq,dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərərək qayğısını əsirgəmədi.
Belə ki, pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar təbii olaraqşəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Belə bir vəziyyət dövləti əslində çətin seçim qarşısında qalsada, ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısınəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi.
Aprelin 17-də ölkə Prezidenti cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. “Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür” deyə vurğulayan cənab Prezident bir daha dedi: “Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”.
Beləliklə, ölkə başçısı cənab İlham Əliyevin humanist qayğısı sayəsində, pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsindən bəhrələnən 987, habelə ictimai işlərə cəlb edilən 25 nəfər aztəminatlı və işsiz Laçın rayon sakinləri bu qayğını dərin razılıq və minnətdarlıq hissi ilə qarşılamışlar. Bu bir daha göstərir ki, hər bir vətəndaşın rifah halı daim dövlət başçısının diqqətində olan məsələdir.
Bununla yanaşı bu qayğının davamı kimi əmək qabiliyyətli ailə üzvünün formal sektorda işləməsi tələbi əsas şərtlərdən olan ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə daha da genişlənmiş, təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilmişdir ki, hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir.
Digər tərəfdən, pensiya, müavinət və təqaüd alan 2 milyon şəxsə ödənişlərin davamlı olaraq təmin edilməsi əhalinin pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründəhər hansı sosial çətinliklə üzləşməsinə imkan verməmişdir.
Ölkə başçısının koronavirus dövrünün “acı nəticələri”ni nəzərə alaraq hər bir sahibkar və vətəndaşınşəffaf fəaliyyət göstərməsi barədə tələbi bir daha onu göstərir ki, dövlətin biznesdən və əhalidən gözləntisi - fəaliyyətin tam şəffaflaşdırılmasıdır.
İş fəaliyyətində şəffaflıq yaratması hər bir sahibkarın və vətəndaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz təsirlərə hazırlıqlı olmasını təmin etməklə bu üstünlüyü qəbul edənlərin dövlət başçısı ilə həmrəylik nümayişi kimi qiymətləndirilməklə beləbir həmrəyliyin olduqca vacib olduğunu bir daha təsdiq etdi.
Ölkə başçısının qeyd etdiyi kimi, “burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar...”. Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcək.
Bütun bu tələb və tövsiyələri dərindən dərk edərək qəbul edən Laçın rayon sakinləri və sahibkarları iş üslublarında və fəaliyyətlərində məsuliyyət və nizam-intizama üstünlük verəcəklərini bu birlik və həmrəyliyi post-koronavirus dövründə də davam etdirilməsinin vacibliyini bildirirlər.