Şriftin ölçüsü :

Saytın rəngi :

Arıçılara subsidiyaların verilməsi bu sahənin inkişafına böyük dəstəkdir

20 may 2020 | 16:00

       Arıçılıq Azərbaycanda ən qədim təsərrüfat sahələrindən biri hesab olunur. İqtisadi cəhətdən gəlirli sahə olan arıçılıq, eyni zamanda, ətraf aləmin, ekoloji mühitin yaxşılaşdırılmasına da çox mühüm təsir göstərir.
    Azərbaycanda arıçılığın inkişaf etdirilməsi dövlətin aqrar siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur və bu sahə daim diqqət mərkəzində saxlanılır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev arıçılığa dövlət dəstəyinin artırıldığını vurğulayaraq deyib: “Arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var. Bizim balımız çox keyfiyyətlidir, xarici bazarlarda yüksək qiymətləndirilir. Biz indi həm ailə biznesi çərçivəsində arıçılığa dəstək oluruq, həm də ki, subsidiyalar verilir, bu yaxınlarda artırılıbdır. Arıçılığın böyük perspektivləri var, bu, çox gəlirli sahədir. Fermerlər, vətəndaşlar üçün çox gözəl nəticələr verə bilər” kimi tövsiyəsi respublika arıçılarına yeni stimmul vermişdir.
    Dövlətin arıçılığa dəstəyinin gücləndirilməsi respublikamızın digər arıçılıq təsrrüfat sahibləri ilə yanaşı laçınlı arıçılarında  bu gəlirli sahəyə marağının artmasına səbəb olub. Odur ki, son vaxtlar rayonda arıçılıqla məşğul olanların sayı xeyli artmışdır.
     Azərbaycan Respublikası Prezdentinin“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haddında” 2018-cı il 5 mart tarixli 3747 nömrəli Sərəncamına əsasən  “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq 2020-cı  ilin hazırki dövrünə kimi  Ağcabədi rayonu ərazisində  Laçın Dövlət Aqrar İnkişaf  Mərkəzinə mürəciət etmiş 160  arıçıdan   83 arıçının 989 arı ailəsinə Mərkəzin mütəxəsissləri tərəfindən monitorinq  keçirilərək lazımi sənədləşmə işləri aparılmış, təsərrüfatların səmərəliliyinin artırılması ilə bağlı arıçılara müvafiq tövsiələr verilmişdir.Hazırda monitorinqlər davam etməkdədir.

Keçidlər